Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaterloo Universiteti
Vaterloo Universiteti — Kanadanın Ontario ştatının Vaterloo şəhərində ictimai universitetdir. Universitet, 1957-ci ildə Gerry Hagey və Ira G. Needles tərəfindən yaradılıb.
Vaterloo döyüşü
Vaterlo döyüşü — 1815-ci il 18 iyun tarixində Niderland Birləşmiş Krallığının ərazisində (müasir Belçika) baş vermiş və Napoleon Bonapartın başçılığı altındakı fransız ordusunun Lord Vellinqtonun rəhbərlik etdiyi Britaniya və müttəfiq qoşunları, həmçinin Gebhard Blüxerin rəhbərliyi altındakı Prussiya ordusundan ibarət Yeddinci koalisiya ordularına məğlub olduğu döyüş. Barbero, Alessandro, The Battle: A New History of Waterloo, Atlantic Books, 2005, ISBN 1-84354-310-9 Barbero, Alessandro, The Battle: A New History of Waterloo (translated by John Cullen) (paperback), Walker & Company, 2006, ISBN 0-8027-1500-1 Barbero, Alessandro, The Battle: A New History of Waterloo, Atlantic Books, 2013, səh. 160, ISBN 9781782391388 Adkin, Mark (2001). The Waterloo Companion. Aurum. ISBN 1-85410-764-X Barbero, Alessandro (2005). The Battle: A New History of Waterloo. Atlantic Books. ISBN 1-84354-310-9 Beamish, N. Ludlow (1832, reprint 1995). History of the King’s German Legion.
Vaterloo körpüsü
Vaterloo körpüsü (ing. Waterloo Bridge)— Blekfrayrs körpüsü və Hungerford körpüsü arasında Londonda Temza çayının üzərindən keçən avtomobil və piyada yolu üçün nəzərdə tutulmuş körpüdür. Körpünün adı 1815-ci il Vaterloo döyüşündə Prussiya və İngilis-hollandiyanın qələbəsinə hərs olunub. Çayın strateji əyilməsi sayəsində körpüdən Londonun görünüşü (Vestminister, qərbə tərəf Saut Bank və Londonun gözü, şərqə tərəf Kanari-Uorf və Siti) yer səviyyəsində istənilən nöqtədən geniş şəkildə görünür. Bu yerdəki körpü Strend Bridge Company üçün Con Renni tərəfindən 1809-1810-cu illərdə layihə edilib və 1817-ci ildə keçidi rüsumla olan körpü kimi açılışı olub. Qranit körpü giriş də daxil olmaqla, 748.6 m olan və qoşa Yunan-Dorik daş sütunları ilə ayrılmış bir-birindən 36.6 metr məsafədə olan doqquz arkadan ibrət idi. Açılışından əvvəl bu körpü "Strend Bridge" kimi tanınırdı. 1840-cı illərdə körpü intihara cəhd yeri kimi məşhurluq qazanmışdı. 1841-ci ildə Amerikalı kaskadyor Samuel Gilbert Skott həmin körpüdə eşafot iplə asılma hərəkətini yerinə yetirərkən həlak olub. 1844-cü ildə Tomas Hud körpüdən özünü atmış satqın qadın haqqında The Bridge of Sighs poemasını yazıb.
Waterloo
Waterloo — İsveçin pop qrupu olan ABBA-nın ikinci studiya albomu olan Waterlooda çıxan ilk sinqldır.
Vaterlo döyüşü
Vaterlo döyüşü — 1815-ci il 18 iyun tarixində Niderland Birləşmiş Krallığının ərazisində (müasir Belçika) baş vermiş və Napoleon Bonapartın başçılığı altındakı fransız ordusunun Lord Vellinqtonun rəhbərlik etdiyi Britaniya və müttəfiq qoşunları, həmçinin Gebhard Blüxerin rəhbərliyi altındakı Prussiya ordusundan ibarət Yeddinci koalisiya ordularına məğlub olduğu döyüş. Barbero, Alessandro, The Battle: A New History of Waterloo, Atlantic Books, 2005, ISBN 1-84354-310-9 Barbero, Alessandro, The Battle: A New History of Waterloo (translated by John Cullen) (paperback), Walker & Company, 2006, ISBN 0-8027-1500-1 Barbero, Alessandro, The Battle: A New History of Waterloo, Atlantic Books, 2013, səh. 160, ISBN 9781782391388 Adkin, Mark (2001). The Waterloo Companion. Aurum. ISBN 1-85410-764-X Barbero, Alessandro (2005). The Battle: A New History of Waterloo. Atlantic Books. ISBN 1-84354-310-9 Beamish, N. Ludlow (1832, reprint 1995). History of the King’s German Legion.
Xurşidbanu Natəvanın heykəli (Vaterlo, 2016)
Xurşidbanu Natəvanın heykəli — XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, Xurşidbanu Natəvana Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında 2016-cı ildə qoyulmuş heykəl. 18 fevral 2016-cı ildə Belçika Krallığının Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov və Vaterlo şəhərinin meri Floran Röter də iştirak ediblər. Vaterlo şəhərinin mərkəzi parkında qoyulan heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb. Heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltaraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Zəngin geyinmiş Xurşidbanu Natəvanın oturmuş vəziyyətdə hazırlanmış fiquru plastik həllinə və yapma incəliklərinə görə fərqlənir. Müəllif bürüncdən hazırladığı bu heykəldə el arasında böyük nüfuz sahibi olan şairənin lirik-psixoloji tutumlu, yaddaqalan obrazını yaratmışdır. Əsərdə Natəvanın düşüncəli və qəmli görkəmi onun həyatının təzadlı, ağrılı-acılı keçdiyinə bədii işarə kimi qəbul olunur. 2020-ci ilin mart ayında Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı qeydə alınıb. Abidənin üzərində yazılmış "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" yazısı qopardılaraq qırılıb və heykəlin üzərinə boya tökülüb.