Vaterloo körpüsü (ing. Waterloo Bridge)— Blekfrayrs körpüsü və Hungerford körpüsü arasında Londonda Temza çayının üzərindən keçən avtomobil və piyada yolu üçün nəzərdə tutulmuş körpüdür. Körpünün adı 1815-ci il Vaterloo döyüşündə Prussiya və İngilis-hollandiyanın qələbəsinə hərs olunub. Çayın strateji əyilməsi sayəsində körpüdən Londonun görünüşü (Vestminister, qərbə tərəf Saut Bank və Londonun gözü, şərqə tərəf Kanari-Uorf və Siti) yer səviyyəsində istənilən nöqtədən geniş şəkildə görünür.
Vaterloo körpüsü | |
---|---|
ing. Waterloo Bridge | |
51°30′31″ şm. e. 0°07′01″ q. u.HGYO | |
Keçid | A301 yolu |
Yeri | Lambet[d], Vestminster borosu |
Üslubu | Qutu tir körpü |
Material | qranit |
Uzunluğu | 375 m |
Eni | 24 m |
Açılışı | 1945-ci il |
Vikianbarda əlaqəli mediafayllar |
Bu yerdəki körpü Strend Bridge Company üçün Con Renni tərəfindən 1809-1810-cu illərdə layihə edilib və 1817-ci ildə keçidi rüsumla olan körpü kimi açılışı olub. Qranit körpü[1] giriş də daxil olmaqla, 748.6 m olan və qoşa Yunan-Dorik daş sütunları ilə ayrılmış bir-birindən 36.6 metr məsafədə olan doqquz arkadan ibrət idi. Açılışından əvvəl bu körpü "Strend Bridge" kimi tanınırdı. 1840-cı illərdə körpü intihara cəhd yeri kimi məşhurluq qazanmışdı. 1841-ci ildə Amerikalı kaskadyor Samuel Gilbert Skott həmin körpüdə eşafot iplə asılma hərəkətini yerinə yetirərkən həlak olub.[2] 1844-cü ildə Tomas Hud körpüdən özünü atmış satqın qadın haqqında The Bridge of Sighs poemasını yazıb.[3] Körpünü rəsm əsərlərində fransız impressionist rəssam Klod Mone və ingilis romatik rəssam Con Konstebl əks etdiriblər. Körpü 1878-ci ildə milliləşdirildi və burada rüsumu ləğv edən Metropolitan Board of Works orqanına təhvil verildi.
Maykl Faradey 1832-ci ildə Yerin maqnit sahəsi nəticəsində axan duzlu suyun geri çəkilməsinə görə körpünün hər bir tərəfi arasında potensial fərqi ölçməyə çalışırdı.[4] 1884-cü ildən etibarən qədim London körpüsünün zədələnib uçmasından sonra, çay axınının artması nəticəsində yuyulma və Renni körpüsünün dirəklərində ciddi problemlər tapıldı. 1920-ci illərədək problem artmaqda davam etdi. Körpüdə beş tələb olunan dirək nizama salındı, bəzi ağır üstqurumlar kənarlaşdırıldı və müvəqqəti olaraq armaturlaşma işi aparıldı.[5]
London Qraflıq Şurası Jil Gilbert Skott tərəfindən yeni layihə olunmuş strukturla körpünün dağıdılaraq, yenisi ilə əvəz olunmasını qərara aldı. Mühəndislər Rendel Palmer & Tritton şirkətindən olan Ernest Buckton və Con Kuerel idi. Yeni keçidin açılışı natamam da olsa 11 mart 1942-ci ildə baş tutdu.[6] Tam olaraq isə körpü 1945-ci ildə tamamlanıb. Yeni körpü ikinci dünya müharibəsi zamanı Almaniyanın bombardmanı nəticəsində Temza çayının üzərindən keçən zədələnmiş yeganə körpü idi. Tikinti üzrə podratçı Piter Lind & Company şirkəti idi. Tez-tez iddia olunur ki, işçi qüvvəsinin daha çoxunu qadınlar təşkil etmişdir. Buna görə də bəzən köpünü "qadınların körpüsü" kimi də adlandırırlar.[7][8]
Bolqarıstanlı dissident Georgi Markov 1978-ci ildə KQB-nin köməyilə Bolqarıstanın gizli polis agentləri tərəfindən Vaterloo körpüsündə qətlə yetirilib.[9]
Saut-Bank, Royal Festival Hall, Vaterloo vağzalı, Queen Elizabeth Hall, Royal National Theatre, BFI Southbank (düz körpünün aşağısında) kimi tanınan yerlər körpünün cənub qurtaracağının ərazisindədirlər.
1950-ci illərdə National Film Theatre düz Vaterloo körpüsünün aşağısında tikildi. 1980-ci illərdə mükafat qazanan Museum of the Moving Image də birbaşa olaraq körpünün aşağısında tikilib.
Körpünün şimal qurtaracağı Somerset Haus yaxınlığında Strend və Oldviç yolu ilə birləşən Viktoria sahil küçəsi üzərindən keçir . Bu qurtaracaqda əvvəllər—1950-ci illərin sonuna qədər Kinqsuey Tramvay Metrosunun cənub əsas girişi yerləşirdi. Bütün körpü 1981-ci ildə Qrade II*tikililəri siyahıya alan strukturun (ing. Listed building) himayəsinə verilib.
Robert Şervud 1930-cu ildə Vaterloo körpüsü tamaşasında birinci dünya müharibəsində qəfil hava hücumu zamanı körpüdə qarşılaşdığı qadına vurulan və onunla evlənnən əsgər rolunu canlandırıb. Bu tamaşa əsasında üç film buraxılıb: 1931, 1940, 1956. 1940-ci ildə çəkilmiş filmdə baş rolları Vivyen Li və Robert Teylor canlandırıb.
Vendi Koup tərəfindən yazılmış After the Lunch şeri iki sevgilinin Vaterloo körpüsündə ayrılması haqqındadır. Hal-hazırda Vaterloo körpüsü mahnısının lirik forması Couls Holland və Luiza Marşall tərəfindən yazılıb.
Körpünün özəllikləri Maykl Keynin baş rolda çəkildiyi Elfi filminin sonundakı və başlanğıcındakı epizodlarda göstərilir. Filmin son epizodunda baş qəhrəmanın sahibsiz itin ardınca körpünü keçdiyi görünür.[10]
Britaniya detektiv filmi olan Şerlokun Böyük Oyun bölümündə hadisələr körpünün şimal tərəfinin altında baş verir.
Britaniya orkestri The Kinks tərəfindən söylənilən Vaterlooda Qürüb çağı mahnısı Londonda yaşayış və Vaterloo körpüsündən həyata baxış haqqındadır.
2013-cü ildə baş rollarda Din Lennoks Kelli və Kristofer Testerin çəkildiyi "Körpüdə" bədii filmi bir kişinin gecə Vaterloo körpüsündə əsgərlərlə qarşılaşması və Temza çayına özünün tullamaq istəməsi haqqında olmuş hadisəyə əsaslanan qısa filmdir.[11]