Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zərrəcik
Fizika elmlərində zərrəcik həcm, sıxlıq və ya kütlə kimi fiziki və ya kimyəvi xüsusiyyətlər daşıya bilən kiçik lokallaşdırılmış obyektdir. Onlar elektron kimi subatomik zərrəciklərdən, atomlar və molekullar kimi mikroskopik zərrəciklərə, tozlar və digər dənəvər materiallar kimi makroskopik zərrəciklərə qədər ölçü və ya kəmiyyət baxımından dəyişirlər. Zərrəciklər, həmçinin sıxlığından asılı olaraq daha böyük obyektlərin elmi modellərini yaratmaq üçün istifadə edilə bilər, misal olaraq, izdihamda hərəkət edən insanlar və ya hərəkətdə olan göy cisimləri kimi. == Konseptual xüsusiyyətləri == Zərrəciklər konsepsiyası təbiəti modelləşdirərkən xüsusilə faydalıdır, çünki bir çox fenomenin tam öyrənilməsi mürəkkəb ola bilər və eyni zamanda çətin hesablamaları da əhatə edə bilər. Əlaqəli proseslərlə bağlı sadələşdirici fərziyyələr etmək üçün istifadə edilə bilər. Fransis Siyers və Mark Zemanski "University Physics" dərsliyində havaya atılan beysbol topunun eniş yerini və sürətini hesablamaq nümunəsini verirlər. Əvvəlcə beysbol topunu sərt hamar kürə kimi ideallaşdırmaqla, sonra fırlanma, batmazlıq və sürtünməni nəzərə almamaqla, nəticədə problemi klassik nöqtəvi zərrəciyin ballistikasına reduksiya edirlər. Çoxlu sayda zərrəciklərin tətqiqi statistik fizikanın sahəsidir. === Ölçüləri === "Zərrəcik" termini adətən üç ölçü sinfinə fərqli şəkildə tətbiq edilir. Makroskopik zərrəcik termini adətən atom və molekullardan daha böyük zərrəciklərə aiddir.
Dərəcik
Dərəcik (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Dərəcik (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd.
Alfa-zərrəcik
Alfa zərrəcik (α — zərrəcik) — 2 proton və 2 neytrondan ibarət olan 42He nüvəsidir. α zərrəciyin kütləsi mα=4,0027 а.е.м.= 6,644 q, spini və maqnit momenti sıfra bərabərdir. Əlaqə enerjisi 28,11 МеВ (1 nuklona 7,03 МеВ). Maddədən keçərkən α — zərrəcik ionlaşma, atom və molekulaların həyəcanlanması hesabına, həmçinin molekulların dissosiasiyası nəticəsində tormozlanır. Havada α — zərrəciyin uçuş yolunun uzunluğu l=aυ -dur, burada υ -başlanğıc sürət, α=9,7.10−28 s3 sm−2(l~3–7 sm üçün)-dir. Bərk maddə üçün l ~10−3 сsм (şüşədə sм) olur. Nüvə fizikasında çox fundamental kəşflər, gəlməsinə görə, alfa zərrəciyin öyrənilməsinə borcludurlar. Belə ki, Alfa zərrəciyin səpilməsinin tədqiqi -atom nüvəsinin, yüngül elementlərin α -zərrəcikləri ilə şüalandırılması nüvə reaksiyalarının və süni radioaktivliyin kəşfinə gətirib çıxartdı. Alfa hissəciyi nüvə reaksiyaların həyata keçirilməsinə səbəb olur. Alfa hissəciyi axımına Alfa şüalanması deyilir.
Dərəcik (Xudafərin)
Dərəcik (fars. دره جيك‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (31 ailə).
Mədəcik (ürək)
Mədəcik — ürəyin ürək qulaqcığından qanı qəbul edib arteriyalara ötürən bir şöbəsidir. == Sağ mədəcik == Sağ mədəcik — (lat. Ventriculus dexter) üçbucaqlı piramidaya bənzəyir; bu piramidanın oturacağı sağ qulaqcığa və zirvəsi isə aşağıya doğru baxır. == Sol mədəcik == Sol mədəcik — (lat. Ventriculus sinister) ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır.
Sağ mədəcik
Sağ mədəcik (lat. Ventriculus dexter) — üçbucaqlı piramidaya bənzəyir; bunun əsəsı sağ qulaqcığa və zirvəsi aşağı doğru baxır. Sağ mədəcikdən ağciyər kötüyü başlandığı üçün iki hissəyə bölünür; dal hissəsi tam mənada mədəcik boşluğunu təşkil edərək sağ qulaqcıq ilə rabitədə olur; qabaq hissəsi isə konusa ya qıfa bənzədiyi üçün (lat. conus arteriosus s. infundibulum) adlanır. Bunlar bir-birindən əzələvi bir daraq — (lat. crista supraventricularis) vasitəsilə ayrılmışdır. Qurluş cəhətcə konusun fərqi bundadır ki, burada ətli atmalar yoxdur, divar hamardır. Sağ mədəcik divarlarınada bir çox ətli atmalar — (lat. trabeculae carneae) və üç ədəd məməyəbənzər əzələ — (lat.
Sol mədəcik
Sol mədəcik (lat. Ventriculus sinister) — ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır. Məməyəbənzər əzələlər — (lat. mm. papillares anterior et posterior) mədəciyin ön və arxa divarlarında olurlar. Mədəciklərarası arakəsmənin — (lat. septum interventriculare) çıxıq səthi sağ mədəciyə tərəf olduğu üçün sol mədəciyin eninə kəsiyi ovala bənzəyir; bu arakəsmənin yuxarı hissəsində əzələ elementləri yoxdur; odur ki, buna zarlı hissə — (lat. pars membranacea (septum membranaceum ventriculorim - BNA)) və mədəciklərarası arakəsmənin yerdə qalan hissəsinə əzələvi hissə — (lat. pars muscularis (septum musculare ventriculorum - BNA)) deyilir. Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat.
Dərəcik (Qars)
Dərəcik — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 379 nəfərdir (2022).
Qulaqcıq-mədəcik dəstəsi
His dəstəsi, yaxud Qulaqcıq-mədəcik dəstəsi (lat. fasciculus atrioventricularis) — 1893-cü ildə İsveçrə həkim anatomu və kardioloqu Uilyam His tərəfindən aşkar edildiyinə görə onun şrəfinə adlandırıılmış, ürəryin aparıcı sisteminə aid bir hissənin adı. His dəstəsi qulaqcıq-mədəcik düyünündən başlayaraq sağ və sol lifli halqaların arası ilə və mədəcikarası arakəsmənin zarlı hissəsinin arxa kənarı ilə aşağı doğru gedir və iki ayaqcığa bölünür: sağ – (lat. crus dextrum) və sol – (lat. crus sinistrum). Ümumi kötüyün uzunluğu təxminən 1 sm-dir. Sağ ayaqcıq mədəcikarası arakəsmənin sağ tərəfilə gedərək Purkinye lifləri vasitəsilə məməyəbənzər əzələlərdə, ətli atmalarda və mədəcik divarının əzələ liflərində tamam olur. Sol ayaqcıq mədəcikarası arakəsmənin sol tərəfilə gedir və sağ ayaqcıq kimi məməyəbənzər əzələlərdə qurtarır. == İstinadlar == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Waldeyer: Anatomie des Menschen, de Gruyter, Berlin 2003, ISBN 3-11-016561-9 S. 869f.