Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vegetarianizm
Vegetarian (lat. vegeterian) — ət yeməyən insan. "Vegetarian" latın sözü olub "sağlam həyat" mənasını bildirir. Adi halda vegetarianlıq dedikdə heyvan mənşəli məhsullardan - ət, süd, yumurtadan pəhriz etmək nəzərdə tutulur. Bir insanın sadəcə ət məhsullarından çəkinməsi vegetarianlıq deyil. Sırf vegetarianlıq təkcə qida pəhrizi deyil və xüsusi bir həyat tərzindən ibarətdir. == Xüsusiyyətləri == Vegetarianlar öz rasionlarından əti və balığı çıxarırlar və yalnız göyərti, meyvə və südlü yeməklərlə qidalanırlar. Süd məhsullarından istifadə edənlər "laktovegetarian" adlanırlar. Yumurtadan istifadə edənlər isə "ovo-laktovegetarian" adlanırlar. Ciddi, tələbkar vegetarianlar nə yumurta yeyir, nə də süd içirlər.