Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Caucasus Ventures
Caucasus Ventures — Azərbaycanda vençur fondu. Ölkədə ilk belə bir fonddur. 29 noyabr 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PAŞA Holdinq" Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə yaradılmışdır. == Tarixi == "Caucasus Ventures" 29 noyabr 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PAŞA Holdinq" Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə yaradılmışdır. Azərbaycanda ilk belə bir fonddur. Fondun yaradılması ilə əlaqədar keçirilmiş təqdimat mərasimində dövlət və özəl sektoru təmsil edən şirkətlərin təmsilçiləri, investorlar, inkubasiya və akselerasiya mərkəzlərinin məsul əməkdaşları, xarici diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri və media nümayəndələri iştirak etmişdilər.Fondun fəaliyyətinin əsas istiqaməti toxum sonrası böyümə və "A" mərhələsində olan startaplara sərmayə yatırmaqdır. Fondun nizamnamə kapitalı 11,300,000 Azərbaycan manatı təşkil edir. "Paşa Holdinq" Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1,3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəlmişdilər. Eyni zamanda, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək "Caucasus Ventures"ə əlavə 5 milyon manat vəsait ayırmışdır. "Caucasus Ventures" fondunun 2028-ci ilə qədər Azərbaycan, Gürcüstan, Türkiyə, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrindən olan 50 startapa sərmayə yatırmağı planlaşdırılır.