Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adonis vernalis
Bahar xoruzgülü (lat. Adonis vernalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. (Dərman xoruzgülü, qaradağlı, dərman bahargülü, xoruzgülü, ağ hərif, pörtmə otu, dovşan laləsi, tüklü, xovlu, liflicə, dovşan laləsi, ovçu otu) == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökümsovları qısa, tünd-qəhvəyi olub, sıxtükcüklü kökləri vardır. Gövdəsinin hündürlüyü 20-50 sm, budaqlanan, bəzən sadə, yan budaqları əsas gövdədən inkişaf edir. Gövdənin aşağı hissəsində qoltuq tumurcuqlarının pulcuqları vardır. Gövdənin yuxarı hissəsində oturaq yaşıl yarpaqlar, güclü şaqqalanmış çox kiçik (1 mm-ə qədər) yarpaqcıqları vardır. Gövdəsinin qurtaracağında iri çiçəkləri (diametri 2-7 sm) vardır. Kasayarpağı 5, yaşıl, bəzən çəhrayı və ya qəhvəyi çalarlı olmaqla, azacıq tükcüklüdür. Birtoxumlu mürəkkəb meyvələrdən ibarətdər.
Ageratina vernalis
Ageratina vernalis (lat. Ageratina vernalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Amaryllis vernalis
Fişer şternbergiyası (lat. Sternbergia fischeriana) (Sternbergia vernalis sinonimi) — fəsiləsinin şternbergiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c; B2ab (i, ii, iii, v). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı iri, 4 sm-ə qədər uzunluqda, 3 sm enində, dairəvi, tünd-qonur qınla örtülmüşdür. Bitki 20-35 sm hündürlükdə, enli-xətvari, hamar, yaşıldır. Çiçəklər baharda yarpaqlarla birlikdə görünür. Parlaq –sarı, uzunsov-ellipsivari kənarlıdır. Erkəkcik çiçəkyanlığından 2 dəfə qısadır.
Baccharis vernalis
Baccharis vernalis (lat. Baccharis vernalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Mandragora vernalis
Yaz mandraqorası (lat. Mandragora vernalis) — quşüzümükimilər fəsiləsinin mandraqora cinsinə aid bitki növü.
Sternbergia vernalis
Fişer şternbergiyası (lat. Sternbergia fischeriana) (Sternbergia vernalis sinonimi) — fəsiləsinin şternbergiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c; B2ab (i, ii, iii, v). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı iri, 4 sm-ə qədər uzunluqda, 3 sm enində, dairəvi, tünd-qonur qınla örtülmüşdür. Bitki 20-35 sm hündürlükdə, enli-xətvari, hamar, yaşıldır. Çiçəklər baharda yarpaqlarla birlikdə görünür. Parlaq –sarı, uzunsov-ellipsivari kənarlıdır. Erkəkcik çiçəkyanlığından 2 dəfə qısadır.
Rhinanthus vernalis
Yaz çınqıllıqotu (lat. Rhinanthus vernalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin çınqıllıqotu cinsinə aid bitki növü. Hündürlüyü (8) 15-50 sm, gövdəsi düz, zəif tüklü və ya çılpaqdır, tünd rəngli uzununa cizgili və düyünaraları uzanmış olan birillik ot bitkisidir. == Yarpaq == Yarpaqları qarşı-qarşıya düzülmüş, oturaqdır, uzunsov-neştərvari, neştərvari və ya ensiz neştərvaridir, sivri, küt və ya demək olar ki, yastı dişcikləri olan mişarvari-dişlidir, təpə hissədə qısa daralmışdır, qısa tüklü və kələkötürdür. == Çiçək == Tac açıq-sarı rəngdədir, uzunluğu 15-20 mm-dir, tacın borucuğu azacıq bükülmüşdür və kasacıqla eyni uzunluqdadır. == Meyvə == Qutucuq ovalşəkillidir, kasacıqdan qısadır, uzunluğu 10-12 mm-dir. Toxumlarının uzunluğu 5 mm-ə qədər, oval, eni 1 mm-ə yaxın olan qanadı vardır. == Çiçəkləməsi == İyul == Meyvə verməsi == İyul-avqust Azərbaycanda yayılması: BQ (Quba) BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax. dağ. Orta və ya subalp qurşaqlarında.
Ferdinand Verbist
Ferdinand Verbiest (9 oktyabr 1623[…] – 28 yanvar 1688[…], Pekin) Flamanq yezuit missioner, Qin sülaləsi dövründə Çində olan keşiş. Flandriya (bugünkü Belçika) da Pittemdə anadan olan Verbiest Çin dilində Nan Huairen və ya 南懷仁 kimi tanınır. Bir riyaziyyatçı və astronom olan Verbiest Çində sübut etdi ki, o dövrdəki Avropa astronomiyası Çin astronomiyasından daha tutarlı və dəqiq idi. Bundan sonra Çin təqvimini düzəltmiş, ona Rəsədxana direktorluğu və Riyaziyyat Şurasının sədri vəzifələri verilmiş və ondan Qədim Pekin Rəsədxanasının yenidən qurulması və təchiz edilməsi istənilmişdir. Verbiest otuzdan çox kitabın müəllifidir və latın, alman, holland, ispan, ibrani və italyan dillərindən tərcümələr etmişdir. İmperator Kangxi ilə yaxın dost idi və imperator tez-tez həndəsə, fəlsəfə və musiqi sahəsində ondan kömək etməsini və dərs deməsini istəyirdi. Verbiest həm diplomat, həm kartoqraf, həm də tərcüməçi işləmiş, həmçinin latın, alman, holland, ispan, italyan və mancur dillərini bilmişdir İlk buxar gücünə işləyərək özü hərəkət edə bilən, 65 sm hündürlüyündəki vasitəni 1670-ci ildə dizayn etmiş və dövrün Çin İmperatoruna təqdim etmişdir.