Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kimyəvi kinetika
Kimyəvi kinetika — kimyanın əsas sahələrindən biri olub, kimyəvi reaksiyaların sürətinin və onun müxtəlif amillərindən — reaksiyaya daxil olan maddələrin qatılığından, temperaturdan, təzyiqdən (qazlar üçün), katalizatorların təsirindən və s. asılılığı öyrənir. == Reaksiyanın sürəti == Kimyəvi reaksiyaların hamısı eyni sürətlə getmir. Bəzi kimyəvi reaksiyalar çox böyük sürətə malik olduğundan , demək olar ki, ani vaxtda başa çatır. Məsələn, partlayıcı maddələrin reaksiyası saniyəönin on mində bir hissəsi ərzində qurtarır. Bununla yanaşı elə reaksiyalar da vardır ki, onların axıra çatması üçün saatlar, sutkalar və hətta illərlə vaxt lazım olur. Kimyəvi reaksiyanın sürəti hər şeydən əvvəl reaksiyaya daxil olan maddələrin təbiətindən və həmçinin onların qatılığından, temperaturdan, katalizator istirakından və s.-dən asılıdır. Bu sürəti vahid həcmdə (homogen sistemdə) zaman vahidi ərzində cərəyan edən reaksiya həcmi ilə ölçülür. Daha dəqiq deyilərsə, reaksiyanın sürəti reaksiyaya daxil olan və ya reaksiya nəticəsində əmələ gələn maddələrin qatılığının (əsasən mol/l-lə) zaman vahidi (dəqiqə və ya saniyə) ərzində dəyişməsi ilə xarakterizə olunur. A + B → C + D , {\displaystyle A+B\to C+D,} v = ∂ C ∂ t = − ∂ A ∂ t .
Navicula veneta
== Elmi adı == Navicula veneta Kütz. — Kirpiklilər və ya İnfuzorlar cinsinə aid yosun. == Sinonimlər == Navicula cryptocephala Kütz. var. subsalina Hust. N. cryptocephala var. veneta (Kütz.) Rabenh. N. lancettula Schum. == Ekologiyası == Epifit, göllərdə, çaylarda, su anbarlarında və estuarilərdə bentik, torpaqda, şortəhər sularda (Sa), alkalifil (pH), polisaprob (S). == Yayılması == Böyük Qafqaz: Şəki-Zaqatala bölgəsinin sututarları, Qax r-nu: Hamamçay və Süskənçay çayları.
Vinek xan
Vinek xan — (bolq. Винех) - Bulqar xanı. 754-762 yaxud 756-762 illərində hökmdarlıq etmişdir. Uokil sülaləsindən idi. Kormisoş xanın bacısı oğludur. == Hakimiyyətə gəlməsi == İmperator V Konstantin Frakiya ətrafını gücləndirməyə, erməniləri və suriyalıları bölgəyə köçürməyə başlamışdı. Buna cavab olaraq Kormisoş xan, illik verilən verginin artırılmasını tələb etmişdi. Cavab almayan xan hücuma keçmiş lakin məğlub olmuşdu. Bu məğlubiyyətin nəticəsi olaraq saray çevrilişi nəticəsində devilmiş, taxta bacısı oğlu Vinek xan gəlmişdi. == Hakimiyyəti == Taxta çıxarkən V Konstantinə hücum edən xan Karnobat yaxınlığında məğlub olmuş, sülhə məcbur edilmişdi.
Inerka gölü
İnerka — Mordoviya Respublikası ərazisində yerləşən böyük göl. Göl Sura çayı vadisində, Böyük Berezniki kəndindən 17 km-lik məsafədə yerləşir. Erzyan dilində İnerka böyük göl deməkdir ( "ine" - böyük, "erke" - göl). İnerka gölü respublikanın turizm potensialı olan bölgələrindən biridir. Gölün uzunluğu 3 kilometr, maksimal eni 215 metrdir. Maksimal dərinlik - 12 metr (orta dərinlik - 7 m), sahəsi isə 0,437 km²-dir (təxminən 44,2 hektar). Uzunsov formada olan İnerka axmaz göl hesab olunur. O Sura çayının qədim yatağında su-erozion proseslər nəticəsində meydana gəlmiş meandrın axmaza çevrilməsi nəticəsində formalaşmışdır. Göl şirin suludur və şəffaflığı 2 metr dərinliyə qədər saxlanılır. İnerka gölü müxtəlif növ balıqlar, sahildə su quşları ilə zəngindir.