Vladivostok Beynəlxalq Hava Limanı
Vladivostok Beynəlxalq Hava Limanı (rus. Международный аэропорт Владивосток) (IATA: VVO, ICAO: UHWW) — Rusiyanın Artyom şəhərinin yaxınlığında yerləşən beynəlxalq hava limanı. Vladivostok şəhərindən 44 km şimalda yerləşir. Kneviçi Hava Limanı olaraqda adlandırılır.
Hava limanı 1931-ci ildə Artyom şəhərinin yaxınlığında tikilmişdir. Ticarət uçuşları 1932-ci ilin yayında başlamışdır. İkinci Dünya müharibəsindən sonra 10 il ərzində Po-2 və W-2 təyyarələri aviakimya işlərində və geoloq və meşə-patrul xidmətində balıqlar üçün sahil kəşfiyyatlarında geniş istifadə olunmuşdur. Moskva-Vladivostok marşrutu üzrə sərnişin reysləri 1948-ci ildə İlyushin İL-12-dən istifadə etməklə başlamışdır.
1959-cu ildən 1964-cü ilədək, böyük təyyarələrlə müntəzəm uçuşlara imkan verən obyekt kompleksləri tikilib.
Hava limanının "B" terminalı 2005–2006-cı illərdə tamamilə yenilənmişdir.