Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vladivostok
Vladivostok (rus. Владивосто́к) ya da Uraşio (yap. 浦塩) — Uzaq Şərqdə Rusiya Federasiyasında şəhər, Primorsk diyarının mərkəzi. Çin Xalq Respublikası və Şimali Koreya sərhədlərinə yaxındır. Rus Donanmasının ana bazası bu şəhərdə yerləşir. Trans Sibirya Dəmiryolu ilə Moskvaya bağlı. 2002-ci ildə əhalinin sayı 594.701 nəfərdir Vladivostok Rusiya Uzaq Şərqinin ən böyük şəhəridir. Şəhərin ən önəmli iqtisaddiyat fəaliyyətləri nəqliyyat, balıqçılıq və donanma bazası ilə əlaqadar fəaliyyətlərdir. Vladivostokda altı universitet yerləşir. Valdivostok Primorsk diyarı kimi Vladivostok saat qurşağında yerləşir.
Vladivostok Beynəlxalq Hava Limanı
Vladivostok Beynəlxalq Hava Limanı (rus. Международный аэропорт Владивосток) (IATA: VVO, ICAO: UHWW) — Rusiyanın Artyom şəhərinin yaxınlığında yerləşən beynəlxalq hava limanı. Vladivostok şəhərindən 44 km şimalda yerləşir. Kneviçi Hava Limanı olaraqda adlandırılır. Hava limanı 1931-ci ildə Artyom şəhərinin yaxınlığında tikilmişdir. Ticarət uçuşları 1932-ci ilin yayında başlamışdır. İkinci Dünya müharibəsindən sonra 10 il ərzində Po-2 və W-2 təyyarələri aviakimya işlərində və geoloq və meşə-patrul xidmətində balıqlar üçün sahil kəşfiyyatlarında geniş istifadə olunmuşdur. Moskva-Vladivostok marşrutu üzrə sərnişin reysləri 1948-ci ildə İlyushin İL-12-dən istifadə etməklə başlamışdır. 1959-cu ildən 1964-cü ilədək, böyük təyyarələrlə müntəzəm uçuşlara imkan verən obyekt kompleksləri tikilib. Hava limanının "B" terminalı 2005–2006-cı illərdə tamamilə yenilənmişdir.