Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saludo vulcano
Vulkan salamı — 1960-cı illərdə yayımlanan televiziya serialı Ulduz Yolunda populyarlaşan əl jestidir. Jest orta və üzük barmağını bir-birindən ayırıb ovuc içini qabağa verib baş barmağı açmaqla yaranır.
Amblyseius volcanus
Bernard Bolsano
Bernhard Bolzano (5 oktyabr 1781[…], Praqa, Bohemiya krallığı, Müqəddəs Roma imperiyası[…] – 18 dekabr 1848[…], Praqa, Bohemiya krallığı, Avstriya imperiyası[…]) — Çexiya riyaziyyatçısı və filosofu. == Həyatı == Bernhard Bolzano Çexiyanın Praqa şəhərində 5 oktyabr 1781-ci ildə anadan olmuşdur. Atası bir italyan köçkünü idi. Anası Praqada mədənçilik ilə məşğul olan bir ailənin qızı idi. Bolzano, Praqa Universitetində fəlsəfə, fizika, riyaziyyat və ilahiyyat oxumuşdur. 1807-ci ildə Praqada eyni universitetdə din və fəlsəfə professoru olaraq işləməyə başladı. 1816-cı ilə qədər bu univeristetdə dərslər keçdi. 1816-cı ildə Xirstian kilsəsincə mənimsənən inam, duyğu və düşüncə ilə üst-üstə düşmədiyi üçün din və fəlsəfə dərslərini tulladı və riyaziyyatla məşğul olmağa başladı. == Elmi fəaliyyəti == XIX əsrin əvvəllərində Koşi ilə paralel limitin, diferensial və inteqralın tərifini vermiş, parçada kəsilməz funksiyalar haqqında teoremin ciddi riyazi isbatını təklif etmişdir. O sonsuz çoxluqların tədqiqində Kantorun davamçısı olmuşdur.
Bernhard Bolzano
Bernhard Bolzano (5 oktyabr 1781[…], Praqa, Bohemiya krallığı, Müqəddəs Roma imperiyası[…] – 18 dekabr 1848[…], Praqa, Bohemiya krallığı, Avstriya imperiyası[…]) — Çexiya riyaziyyatçısı və filosofu. == Həyatı == Bernhard Bolzano Çexiyanın Praqa şəhərində 5 oktyabr 1781-ci ildə anadan olmuşdur. Atası bir italyan köçkünü idi. Anası Praqada mədənçilik ilə məşğul olan bir ailənin qızı idi. Bolzano, Praqa Universitetində fəlsəfə, fizika, riyaziyyat və ilahiyyat oxumuşdur. 1807-ci ildə Praqada eyni universitetdə din və fəlsəfə professoru olaraq işləməyə başladı. 1816-cı ilə qədər bu univeristetdə dərslər keçdi. 1816-cı ildə Xirstian kilsəsincə mənimsənən inam, duyğu və düşüncə ilə üst-üstə düşmədiyi üçün din və fəlsəfə dərslərini tulladı və riyaziyyatla məşğul olmağa başladı. == Elmi fəaliyyəti == XIX əsrin əvvəllərində Koşi ilə paralel limitin, diferensial və inteqralın tərifini vermiş, parçada kəsilməz funksiyalar haqqında teoremin ciddi riyazi isbatını təklif etmişdir. O sonsuz çoxluqların tədqiqində Kantorun davamçısı olmuşdur.
Vulkano vulkanı
Vulkano (it. Vulcano) — İtaliyanın Siciliya adasından şimalda yerləşən Lipar adaları prupuna daxil olan Vulkano adasında yerləşən vulkanlar qrupu. Vulkan 130 000 il öncə formalaşmağa başlamışdır. Onun formalaşmasını 6 etapa bölmək olar. Aktivlik cənubdan şimala döğru uzanırdı. del Pryano kalderası adanın cənub-şərqində, del Rossa isə şimal-qərbdə yerləşir. La Rossa hazırda 391 [metr hündürlüyə malikdir. B.e.ə 183-cü ildə Vulkanello krateri formalaşmağa başlamışdır. Onun zirvəsi üç konusdan ibarətdir. Vulkanellnun aktivliyi XVI əsrdə bitmişdir.
Maunaseius volcanus
Maunaseius volcanus (lat. Maunaseius volcanus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin maunaseius cinsinə aid heyvan növü.
Avro Vulcan
Avro Vulcan (ing. Avro Vulcan) — İngiltərə istehsalı, Britaniya Hərbi Hava Qüvvələri tərəfindən 1953-1984 illər arası istifadə edilmiş delta qanadlı subsonik bombardman təyyarəsidir. Vulcan, soyuq döyüş əsnasında RAF'ın SSRİ-yə qarşı daşındırıcı bombardman donanmasının bir parçası idi. Folklend müharibəsi əsnasında Argentinaya qarşı da şərti bombardman məqsədiylə istifadə edilmişdir. İkinci dünya müharibəsindən sonra Böyük Britaniya Hərbi Hava Qüvvələri, artan Sovet nüvə təhdidinə qarşı yeni bir nüvə və strateji bombardman təyyarəsi ehtiyacı hissedildi. Bu ehtiyacın nəticəsi olaraq 1947-ci ildə baş dizayner Roy Chadwick liderliyində, Avro Aviasiya firması bir neçə ay içərisində delta qanadlı təyyarənin ilk layihəsini Böyük Britaniya Hərbi Hava Qüvvələrinə təqdim etdi. Qəbul edilən bu layihə nəticəsində ardıcıl istehsala başlandı. Təyyarə 30 avqust 1952-ci ildə ilk uçuşunu reallaşdırdı və 1956-ci ildə xidmətə başladı. Xidmətə verdiyi illər üçün ümumi mənada təmin edici bir təyyarə olsa da, təhdidinə qarşı inkişaf etdirildiyi Sovetlər Birliyi coğrafiyasının böyüklüyü və inkişaf edən hava müdafiə sistemlərinə qarşı, əskikliklərini aradan qaldırmaq məqsədi ilə davamlı bir modernizasiya proqramına tabe tutulmaq məcburiyyətində qaldı. Bu səbəblə yeni və daha güclü mühərriklər ilə inkişaf etdirilmiş yanacaqdoldurma və erkən xəbərdarlıq sistemləriylə təchiz olunmuş 2-ci versiya Avro Vulcan istehsalına keçildi.
M61 Vulcan
M61 Vulcan, ilkin olaraq 1946-cı ildə General Dynamics şirkəti tərəfindən yaradılmışdır. Mərmilərinin çapı NATO standartlarına uygun olaraq 20 mm-dir. İlk istifadə edildiyi təyyarə Lockheed F-104 Starfighter (F-104) olmuşdur. İki modeli vardır: M61A1 və M61A2. M61A1, 6 fırlanan lüləli və 510 mərmilikdir. Dəqiqədə 6000 ədəddən çox mərmi ata bilir. Yaxın məsafədəki hava-hava vəzifələrində və hava döyüşlərində olduqca təsirlidir.
Solano Kassamajor
Solano Kassamayor — 21 noyabr 1995-ci ildə anadan olmuşdur. Belçikalı akrobatika gimnastıdır. Belçikanı 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 gümüş medal qazandı. Solano Kassamayor Yana Vastavel ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində gümüş medal qazandı. 2013-cü ilin Avropa Çempionatınında gümüş medalçısıdır. == Həyatı == Solano Kassamayor 21 noyabr 1995-ci ildə anadan olmuşdur. == Karyerası == Solano Kassamayor ilk uğurunu 2013-cü ildə Portuqaliyada qazandı. O Odivelasdə Avropa Çempionatının gümüş medalını qazandı. 1 il sonra isə Solano 2015-ci ildə Azərbaycan paytaxtında böyük uğur qazandı. O Bakıda Avropa Oyunlarında Yana Vastavel ilə birgə 3 gümüş medal qazandı.
Solano Kassamayor
Solano Kassamayor — 21 noyabr 1995-ci ildə anadan olmuşdur. Belçikalı akrobatika gimnastıdır. Belçikanı 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 gümüş medal qazandı. Solano Kassamayor Yana Vastavel ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində gümüş medal qazandı. 2013-cü ilin Avropa Çempionatınında gümüş medalçısıdır. == Həyatı == Solano Kassamayor 21 noyabr 1995-ci ildə anadan olmuşdur. == Karyerası == Solano Kassamayor ilk uğurunu 2013-cü ildə Portuqaliyada qazandı. O Odivelasdə Avropa Çempionatının gümüş medalını qazandı. 1 il sonra isə Solano 2015-ci ildə Azərbaycan paytaxtında böyük uğur qazandı. O Bakıda Avropa Oyunlarında Yana Vastavel ilə birgə 3 gümüş medal qazandı.
Volkan Bozkır
Volkan Bozkır (22 noyabr 1950, Ankara) — türk vəkil, diplomat və siyasətçi. Türkiyə Cümhuriyyətinin keçmiş naziri və Avropa Birliyinin baş müzakirəçisi, İstanbul millət vəkili, TBMM Xarici İşlər Komitəsinin sədri, Türkiyə-ABŞ Parlamentlərarası Dostluq Qrupunun sədri vəzifəsini icra etdi. == Həyatı == Volkan Bozkır 22 noyabr 1950-ci ildə Ankarada anadan olub. Atasının adı Fethi, anasının adı Sevgi. Ankara Universiteti Hüquq Fakültəsini 1971-ci ildə bitirib. 1972-ci ildə daxil olduğu Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1987–1989-cu illər arasında Baş nazir Turgut Özalın Xarici Məsləhətçisi, 1989–1992-ci illər arasında New York Baş Konsulluğu və 1992–1996-cı illər arasında Dövr Prezidentləri Turqut Özal və Süleyman Dəmirəl vəzifələrində çalışmışdır. Şəxsi qələm müdiri və xarici məsləhətçi kimi çalışmışdır. 1996–2000 illəri arasında Buxarestdəki səfirlik, 2000–2003 illəri arasında Avropa Birliyi Baş katibinin köməkçisi, 2003–2005 illəri arasında Xarici İşlər Nazirliyi, 2005–2009 illəri arasında müvəkkil köməkçisi və səfir adı olaraq Türkiyənin Avropa Birliyindəki Daimi Nümayəndəliyində tapıldı.2009-cu ildə başlayan Avropa Birliyi, Baş katiblik vəzifəsindən istefa edərək 2011 mart 2011 ümumi seçkilərində İstanbulda Ədalət və İnkişaf Partiyası 2. Bölgəyə millət vəkili namizədi oldu. Seçki nəticəsində XXIV. Dövrün İstanbul Millət vəkili seçildi.
Volkan Dəmirəl
Volkan Dəmirəl (27 oktyabr 1981, İstanbul, Türkiyə) — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı. Fənərbaxçadakı ilk rəsmi oyununa 26 aprel 2003-cü ildə Samsunspora qarşı çıxıb. == Futbol üzrə Avropa çempionatı 2008 == Futbol üzrə Avropa çempionatı 2008-də A qrupunda mübarizə aparan Türkiyə yığmasının heyətində 3 oyunda meydana çıxıb. Türkiyənin Çexiya yığmasına qarşı keçirdiyi və 0-2 hesabı ilə məğlub durumda olsa da sonda 3-2 hesabı ilə qələbə qazandığı oyunun 92-ci dəqiqəsində Jan Kolleri dartıb yıxdığına görə qırmızı vərəqə ilə cəzalandırılıb. Oyunu tərk edən Volkanın yerinə hücumçu Tuncay Şanlı qapıçı dayanıb. Bundan sonra Türkiyənin çempionatda keçirdiyi növbəti iki oyununu buraxmalı olub.
Əli Volkan
Əli Volkan (1887, Nardaran - 1981, İstanbul, Türkiyə) — Azərbaycan mühacirət ədəbiyyatının nümayəndələrindən biri, folklorçu. == Həyatı == Əli Volkan 1887-ci ildə Nardaran kəndində dünyaya gəlmişdir. Kiçik yaşlarından bədii yaradıcılıqla ardıcıl məşğul olmuşdur. Azərbaycanda Xalq Cümhuriyyətinin elan edilməsini böyük coşqunluqla, ruh yüksəkliyi ilə qarşılamış, duyğularını şerlərində ifadə etmişdir. Gəncə alayında hərbi xidməti borcunu yerinə yetirmişdir. Xalq Cümhuriyyətinin süqutundan sonra şeirlərini Əli Usta təxəllüsü ilə dərc etdirmişdir. Türkiyədə milli ruhlu şerləri siyasi mühacirətin nəşr etdiyi dərgilərdə çıxmışdır. Bu şerlərdə Azərbaycanın müstəqil dövlət olacağına dərin inam əksini tapmışdır. Azərbaycan bayatıları kitabını tərtib və nəşr etdirmişdir. 1981-ci il avqustun 2-də İstanbulda vəfat etmişdir.
Volkan Ünlü
Volkan Ünlü (d. 8 iyul 1983, Gelzenkirxen ) — türk qapıçı. O , "Şalke 04" ün qapıçı məşqçisidir. == Futbol karyerası == === Şalke 04 === Futbola 1995-ci ildə 12 yaşında ikən FC Gladbeck komandasında başlayıb. Bir il sonra SV Höntrop klubuna keçdi. O, burada ikinci ilindən qapıçı kimi fəaliyyətə başlayıb. O, qapıda istedadı ilə güclü təsir bağışlayıb və karyerasını bu vəzifədə davam etdirib. 1998-ci ildə "Şalke 04" ə keçib. Müxtəlif infrastruktur səviyyələrində oynadıqdan sonra ilk dəfə 2002-03 mövsümündə A komandası ilə işləməyə başladı. 2003-04 mövsümündə FC Schalke 04 II komandasına yüksəldi.
Fransisko Solano Lopes
Fransisko Solano Lopes Karillo (isp. Fransisko Solano López Carrilo; 24 iyul 1826[…], Asunson – 1 mart 1870). == Həyatı == 1827-ci ilin 24 iyulda Monaro Asunsonda dünyaya göz açır. 1870-ci ilin 1 martında Serro Kora Amabayda öldürülür.O böyük hökumət adamı, respublika ordusunun marşalı (Marşal de los Ejėrcitosde la Respública) (5 mart 1865), hərbi nazir (1855-1862), müvəqqəti prezident vəzifəsini daşıyıcısı (10 sentyabr 1862 - 16 oktyabr 1862), 1862 16 oktyabrdan 15 avqust 1869-ilə qədər Paraqvayın prezidenti olmuşdur.16 avqustdan vəzifədən uzaqlaşdırısada ölənə qədər bu vəzifəni yerinə yetirilmişdir. O Karlos Antonio Lopesin böyük oğlu olur. Bundan da irəli gələrək atasından hakimiyyəti vərəsə olaraq almışdır. Paraqvay müharibəsinin əsas fiqurlarınından biri və ideoloqlarından idi. == Ölümü == Müharibənin sonunda 1870-ci ilin 1 martında öldürülür. Onun 200 nəfərlik dəstəsi müharibəni davam etdirirdi və onları Üçlər birliyinin qüvvələri təqib edirdi. Nəhayət Lopesin tərəfdarlarının düşərgəsi aşkarlanır.
Solano qraflığı (Kaliforniya)
Solano — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 413,444 nəfər olmuşdur. Mərkəzi Feyrfeld şəhəridir.
Volkan Şövkət Edigər
Volkan Şövkət Edigər (25 sentyabr 1953, Konya ili) - Türkiyəli diplomat (bürokrat), yazıçı, alim
Volçansk
Volçansk — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Yakov Tolçan
Yakov Moiseyeviç Tolçan (rus. Яков Моисеевич Толчан; 13 avqust 1901 – 1993) — SSRİ operatoru, rejissor. == Həyatı == 1954-cü ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirmişdir. Kinoda 1924-cü ildən fəaliyyət göstərir. Rejissor, operator kimi bədii və sənədli filmlər çəkmişdir. Həmçinin 1931–1957-ci illər ərzində Ümumittifaq Kinematoqrafiya İnstitutunda dərs demişdir. D.Vertovun "Dünyanın altıncı hissəsi" və s. filmlərinin çəkilişində iştirak etmişdir. "Vip üzərindən körpü" (1928), "Günəş Qərbdən doğur" (1933) və s. filmləri çəkmişdir.