Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Valyuntarizm
Volüntarizm və ya voliuntarizm (lat. voluntas - iradə) — təbiətin və cəmiyyətin inkişafında başlıca rolu insanın və ya ilahinin iradəsi ilə əlaqələndirən fəlsəfənin idealist istiqamətidir. Assosiativ psixologiyada yeni istiqamətdir. Banisi V.Vundtdur. Volüntarizm, ətraf aləmi mütləqləşdirən və şəxsiyyətin rolunu heçə endirən, iradəsiz və heç nəyə təsir etməyən kimi təsvir edən panteizmə qarşı qoyulur.Qədim ənənələrə əsasən, panteizm taleyin əvvəlcədən müəyyən edilməsi fikrini əsas götürür. Alleqorik mənada volüntarizm, bir növ şəxsiyyətin mühitlə mübarizəsidir. Volüntarizm termini XIX əsrin sonunda sosioloq F.Tyonnis tərəfindən işlənilmişdir. Buna baxmayaraq etika və fəlsəfədə Volüntarist ideyalar daha əvvəllər A.Şopenhauer, F.Nitşe, A.Berqson tərəfindən irəli sürülmüşdür. Digər mənaları: Volüntarizm — ehtimal edilə biləcək nəticələr və obyektiv şəraiti nəzərə almadan arzuolunan məqsədlərə çatmaq istəyi. Eyni zamanda Qərbdə iqtisadi və siyasi sahədə Volüntarizm tamamilə başqa prinsip nəzərdə tutulur: sosial vı iqtisadi quruluşun bütün cəmiyyətin birbaşa iradəsi ilə və kənradan məcbur edilmədən (bu bir sıra anarxist məktəblərin fikirlərinə yaxındır) formalaşdırılması.
Volüntarizm