Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eagle
Eagle — 1990-cı illərdə Chrysler və Mitsubishi-nin ortaq olaraq hazırladığı Mitsubishi əsaslı marka. 1999-cu ildə istehsalı dayandırılmışdır. Həmçinin 1966–1969-cu illər arasında Formula 1-də yarışmış markadır.
Anders Bagge
Anders Bagge isveçli prodüser, söz yazarı, bəstəkar və aranjimançıdır. Həmçinin Stefan Örn ilə birlikdə "Drip Drop" mahnısını arnjiman etmişdir. "Drip Drop" mahnısı 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə tərəfindən ifa edilmişdir və 5-ci yerə layiq görülmüşdür.
Desert Eagle
Desert Eagle (azərb. Səhra Qartalı‎) — Böyük kalibrli özüdolan tapança. 1983-ci ildə ABŞ-də Magnum Research şirkəti və İsraildə Israel Military Industries şirkəti tərəfindən yaradılıb. Desert Eagle bir çox video, oyun, filmlər və televiziya tamaşalarında yer alıb. == Mənbə == ↑U.S. Patent 4619184 (İngiliscə) ↑ 1 2 3 4 5 6 Magnum Research, Inc.
Colt Double Eagle
Colt Double Eagle - ABŞ istehsalı olan özüdolan tapanca. Colts şirkəti tərəfindən 1989-1997- ci illərdə istehsal edilirdi. Silah tam olaraq standart vəziyyətdə eləcə də kompakt halda və bir neçə kalibrdə mövcud idi. Double Eagle tapancası M1911-in bazasında konstruksiya edilmişdir. Tapancanın maqazini M1911 ilə eyni idi (7 gülləli).
Golden Eagle Tiandi Tower A
Golden Eagle Tiandi Tower A — Çinin Cianqsu vilayətinin Nankin şəhərində yerləşən göydələndir. Göydələnin hündürlüyü 368 m-ə bərabərdir. Binanın tikintisinəə 2013-ci ildə başlanılıb və 2018-cı ildə başa çatacağı gözlənilir.
Golden Eagle Tiandi Tower B
Golden Eagle Tiandi Tower B — Çinin Cianqsu vilayətinin Nankin şəhərində yerləşən göydələndir. Göydələnin hündürlüyü 328 m-ə bərabərdir. Binanın tikintisinəə 2013-ci ildə başlanılıb və 2018-cı ildə başa çatacağı gözlənilir.
McDonnell Douglas F-15 Eagle
F-15 Qartal (ing. McDonnell Douglas F-15 Eagle) — ABŞ istehsalı olan IV nəsil taktiki-qırıcı təyyarə. İstənilən hava şərtlərində fəaliyyət göstərmək imkanına malik olan təyyarə havada üstünlük əldə etmək üçün yaradılmışdır. 1976-cı ildə silahlanmaya qəbul edilən F-15 Eagle ABŞ-İraq müharibələri zamanı, Yaxın Şərqdə və keçmiş Yuqoslaviya ərazisindəki konfliktlərdə geniş istifadə edilmişdir. 2025-ci ilə kimi ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında saxlanılması planlaşdırılan F-15 daha çox heç bir döyüşdə məhv edilməməsi ilə məşhurdur. F-15 təcillənmə, silah təchizatı və inkişaf etmiş avionika avadanlığına (radar, istiqamət tapma sistemi və s.) görə, çox təkmil təyyarədir; elektronik sistem birdən çox düşmən təyyarəsini təsbit etmə, məlumat toplama, izləmə və hücum bacarığına malikdir. ABŞ-la yanaşı İsrail, Səudiyyə Ərəbistanı və Yaponiya silahlı qüvvələri tərəfindən istifadə edilir. 2017-ci ilə olan məlumata əsasən bu döyüş təyyarəsinin müxtəlif variantlarının istehsalı 2022-ci ilə qədər davam edəcək. == Yaradılma tarixi == 1960-cı illərin sonlarında ABŞ Hərbi Hava Qüvvələri tərəfindən aparılan tədqiqatlar, Vyetnam müharibəsində toplanılmış hava döyüşü təcrübələri nəticəsində havada üstünlük əldə edə biləcək qırıcı üçün tələblər hazırlandı. Yeni təyyarənin dizayn-konsepsiyasının hazırlanmasına başlayan 8 kompaniyadan 4-ü 500-ə yaxın dizayn konsepsiyası təqdim etdilər.
McDonnell Douglas F-15E Strike Eagle
McDonnell Douglas F-15E Strike Eagle McDonnell Douglas F-15 Eagle döyüş təyyarəsi əsasında ABŞ tərəfindən istehsal olunan çoxməqsədli qırıcıdır. F-15E 1980-ci illərdə düşmənin nəzarəti altında olan ərazilərin dərinliklərində radioelektron mübarizə təyyarələrinin müşayiəti olmadan uçuşlar həyata keçirmək məqsədilə dizayn olunmuşdur. ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-15E qırıcıları bu qurumun arsenalında olan digər təyyarələrlə müqayisədə daha tünd rəngli hava kamuflajına və konformal yanacaq çənlərinə sahibdir. F-15E qırıcıları indiyə qədər İraq, Əfqanıstan, Suriya və Liviyada baş tutmuş döyüş əməliyyatlarında istifadə olunmuşdur. Həmin əməliyyatlar zamanı bu döyüş təyyarələri düşmənin dərinlikdə yerləşən vacib hədəflərinin məhv edilməsi, hava patrulunun təşkil olunması və koalisiya qoşunları üçün yaxın hava dəstəyi məqsədilə istifadə olunub. F-15E sonradan bəzi xarici ölkələrə də ixrac olunmuşdur.
Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyası (WAGGGS)
Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyası (ing. World Association of Girl Guides and Girl Scouts - WAGGGS / w æ ɡ z) 152 ölkədə qadınlara yönəlmiş və yalnız qadınlardan ibarət Bələdçi və Skaut təşkilatlarını dəstəkləyən qlobal birlikdir . O 1928 - ci ildə Macarıstanın Parad şəhərində yaradılmışdır və baş ofisi Londonda , Böyük Britaniyada yerləşir . O, Dünya Skaut Hərəkatı Təşkilatının (WOSM) həmkarıdır. WAGGGS beş regionda təşkil olunub və beş beynəlxalq Rəhbərlik mərkəzini idarə edir. Avropa Gənclər Forumunda tamhüquqlu üzv statusuna malikdir, Avropa Şurası və Avropa İttifaqı ərazilərində fəaliyyət göstərir və bu qurumlarla sıx əməkdaşlıq edir. == Tarix == Qız Bələdçiləri 1910-cu ildə Lord Baden-Powell tərəfindən bacısı Agnes Baden-Powellin köməyi ilə yaradılmışdır . 1912-ci ildə evləndikdən sonra həyat yoldaşı Olave Baden-Powell Qız Rəhbərliyi və Qız Skautluğunun inkişafında aparıcı rol oynadı.Hərəkat yayıldıqca müstəqil milli Rəhbər birliklər yaradıldı. Lakin beynəlxalq əməkdaşlığa ehtiyac hiss olunurdu. Ledi Baden-Pauel 1918-ci ilin fevralında Londonda qeyri-rəsmi Beynəlxalq Şuranın əsasını qoydu.
Kleman Lanqle
Kleman Lanqle (fr. Clément Lenglet; 17 iyun 1995, Madrid) — Fransa milli komandasının və İspaniyanın Barselona klubunun müdafiəçisi. == Həyatı == 17 iyun 1995-ci ildə Fransada anadan olub.
Şahzadə Çanqle
Çanqle (长乐公主) — Qərbi Vey dövlətindən şahzadə, Göytürklərin ilk xatunu. 551-ci ilin iyunu Bumın xaqanla evlənmişdir.
Aqilə Xanım
Aqilə (Ruqiyyə) Xanım (Osmanlı türkcəsi: عقیلہ خاتون‎);(d. 1607 - ö. 1630) — II Osmanın ilk nikahlı hərəmi və Şeyxülislam Əsad Əfəndinin qızıdır. == Həyatı == II. Osmanın əsrlərdir davam edən Osmanlı adətlərinə zidd olaraq saray ərkanından kənar bir qadınla evlənməsi o dönəmdə hər kəs tərəfindən təəccüblə qarşılanmışdı. Bu evliliyə qarşı çıxanlar arasında Aqilə Xanımın atası Şeyxülislam Əsad Əfəndi də vardı. Bütün bu qarşıdurmalara baxmayaraq nikah bağlandı. II. Osmanın vəfatından bir neçə ay əvvəl əkiz övladları dünyaya gələn Aqilə Xanım ərinin vəfatının ardından köhnə saraya sürgün edildi. 1627-ci ildə Qənizadə Nadir Əfəndi ilə nikahlandı. Ölüm tarixi bilinməməklə birlikdə, təqribən 1630-cu ildə vəfat etdiyi bilinməktədir. Övladları isə uşaq yaşlarında naməlum səbəblərdən vəfat etdi.
Aqilə Xatun
Aqilə (Ruqiyyə) Xanım (Osmanlı türkcəsi: عقیلہ خاتون‎);(d. 1607 - ö. 1630) — II Osmanın ilk nikahlı hərəmi və Şeyxülislam Əsad Əfəndinin qızıdır. == Həyatı == II. Osmanın əsrlərdir davam edən Osmanlı adətlərinə zidd olaraq saray ərkanından kənar bir qadınla evlənməsi o dönəmdə hər kəs tərəfindən təəccüblə qarşılanmışdı. Bu evliliyə qarşı çıxanlar arasında Aqilə Xanımın atası Şeyxülislam Əsad Əfəndi də vardı. Bütün bu qarşıdurmalara baxmayaraq nikah bağlandı. II. Osmanın vəfatından bir neçə ay əvvəl əkiz övladları dünyaya gələn Aqilə Xanım ərinin vəfatının ardından köhnə saraya sürgün edildi. 1627-ci ildə Qənizadə Nadir Əfəndi ilə nikahlandı. Ölüm tarixi bilinməməklə birlikdə, təqribən 1630-cu ildə vəfat etdiyi bilinməktədir. Övladları isə uşaq yaşlarında naməlum səbəblərdən vəfat etdi.
Haqqə surəsi
69-cu surə