Aqilə Xatun

Aqilə (Ruqiyyə) Xanım (1607, İstanbul1630, İstanbul) — II Osmanın ilk nikahlı hərəmi və Şeyxülislam Əsad Əfəndinin qızıdır.

Aqilə Xatun
osman. عقيل روكية هانم
Şəxsi məlumatlar
Doğum adı Rukiye
Doğum tarixi 1607
Doğum yeri
Vəfat tarixi 1630
Vəfat yeri
Atası Xocasadəttinzadə Mehmed Əsad Əfəndi
Həyat yoldaşları II Osman
Qənizadə Nadir Əfəndi
Uşaqları Şahzadə Ömər
Zeynəb Sultan
Ailəsi Osmanlı xanədanı

II. Osmanın əsrlərdir davam edən Osmanlı adətlərinə zidd olaraq saray ərkanından kənar bir qadınla evlənməsi o dönəmdə hər kəs tərəfindən təəccüblə qarşılanmışdı.[1] Bu evliliyə qarşı çıxanlar arasında Aqilə Xanımın atası Şeyxülislam Əsad Əfəndi də vardı. Bütün bu qarşıdurmalara baxmayaraq nikah bağlandı. II. Osmanın vəfatından bir neçə ay əvvəl əkiz övladları dünyaya gələn Aqilə Xanım ərinin vəfatının ardından köhnə saraya sürgün edildi.

1627-ci ildə Rumeli qazəsgəri Qənizadə Mehmed Nadiri Əfəndi ilə nikahlandı. Ölüm tarixi bilinməməklə birlikdə, təqribən 1630-cu ildə vəfat etdiyi bilinməktədir. Övladları isə uşaq yaşlarında naməlum səbəblərdən vəfat etdi.[2]

  1. Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. pp. 106–107. ISBN 978-0-195-08677-5.
  2. Gabriel Piterberg (2003). An Ottoman Tragedy: History and Historiography at Play. University of California Press. pp. 18–19. ISBN 978-0-520-93005-6.