Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
WordPress
WordPress (WP və ya WordPress.org) pulsuz və açıq mənbəli məzmun idarəetmə sistemidir (CMS-Content Management System / Məzmun İdarəetmə Sistemi). Hipermətn preprosessor dilində yazılmışdır və dəstəklənən HTTPS ilə MySQL və ya MariaDB verilənlər bazası ilə qoşalaşmışdır. Tətbiq sahəsi bloqlardan kifayət qədər mürəkkəb xəbər resurslarına qədərdir. Daxili "mövzular" və "pluginlər" sistemi uğurlu arxitektura ilə birlikdə geniş funksional mürəkkəb layihələrini tərtib etməyə imkan verir. Kökləri və inkişafı 2001ə qədər uzanır. İstifadədə olan ən populyar məzmun idarəetmə sistemlərindən biri olan WordPress 2021-ci ilin oktyabrına olan ən yaxşı 10 milyon vebsaytın 42,8%-i tərəfindən istifadə edilir. WordPress güclü bir fərdi yayım platformasıdır və internetdə bir nümayişçi olaraq istifadəçinin təcrübəsini mümkün olduğu qədər cazibədar hala gətirmək üçün nəzərdə tutulmuş xüsusiyyətlər ilə işləyir. Azadca paylaşma, standart, sürətli, yüngül və fərdi rejimdə və tamamilə istənilən xüsusiyyətlərə görə dəyişdirilə bilən bir yayım platforması təqdim edir. Bunun yanında hər istifadəçi öz ehtiyacları istiqamətində mövzular çıxarıb istifadə edə bilməkdədir. Bu sahədə WordPress, rəqiblərinə görə olduqca müvəffəqiyyətli və zəngindir.
Cucumis melo var. adress
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.