Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqata Harkness
Aqata Harkness (ing. Agatha Harkness) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən personaj. Yazıçı Sten Li və rəssam Cek Körbi tərəfindən yazılmış personaj, ilk dəfə Fantastik dördlük #94 komiksində (oktyabr, 1969) debüt etmişdir. Güclü cadugər olan Aqata Harkness, Salem cadugər məhkəmələrində iştirak etmiş orijinal cadugərlərdən biridir. Personaj, Frenklin Riçardsın quvernyoru, Fantastik Dördlüyün müttəfiqi kimi təqdim edilmişdir. O, Qırmızı cadugər/Vanda Maksimoffa magiya sənətini öyrətmişdir. Aqata Harkness supercani Nikolas Skretçin anasıdır. Aqata Harkness həm də, "Azadlığın qızları" adlı komandanın üzvü olmuşdur. Əvvəlcə yaşlı qadın kimi təqdim olunsa da, sonradan personaj gəncləşmiş və gücünü artıra bilmişdir. Marvel Kinematoqrafiya Kainatına daxil olan "Vanda/Vijn" miniserialında (2021) Aqata Harkness personajı aktrisa Ketrin Han tərəfindən canlandırılmışdır.
Jennifer Warnes
Cennifer Uorns - ABŞ musiqiçisi və aranjimançısı. Müğənni kimi, o, daha çox əsərlər üzərində etdiyi qeyri-adi interpretasiyalar ilə tanınıb.
Vikipediyada Star Trek Into Darkness mübahisəsi
Vikipediyada Star Trek Into Darkness mübahisəsi – 1 dekabr 2012-ci ildən 31 yanvar 2013-cü ilə qədər vikipediyanın ingilisdilli bölməsində davam etmiş müzakirə. Mübahisə 2013-cü ildə buraxılmış "Ulduz yolu qaranlığa doğru" filminin (ing. Star Trek Into Darkness) adlandırılması zamanı "into" sözünün böyük hərflə yoxsa kiçik hərflə yazılması barəsində yaranmışdır. Məqalənin müzakirə səhifəsində (redaktorların məqalə üzərində dəyişiklikləri müzakirə etməsi üçün səhifə) 40.000-dən çox söz yazılmış, sonda sözün böyük hərflə yazılması barədə konsensus əldə olunmuşdur. Rejissor Cefri Ceykob Abrams "Ulduz yolu qaranlığa doğru" (ing. Star Trek Into Darkness) filmini 2013-cü ilin aprelində buraxmağı planlaşdırmışdır. Digər "Ulduz yolu" filmlərinin adlarından fərqli olaraq, bu filmin ingiliscə adında "Star Trek" sözlərindən sonra iki nöqtədən istifadə olunmamışdı. Filmin rəsmi adında "into" sözü böyük hərflə yazılsa da, ingiliscə vikipediyanın stil kitabçası qaydasına görə beş hərfdən az olan bağlayıcılar kiçik hərflə yazılmalı idi. Məqalənin adındakı "into" sözünü böyük hərflə yoxsa kiçik hərflə yazmaq barədə mübahisə məqalənin müzakirə səhifəsində 1 dekabr 2012-ci ildən 9 yanvar 2013-cü ilə qədər, daha sonra 13 yanvardan 31 yanvar 2013-cü ilə qədər davam etmişdir. Vikipediyanın qaydalarına uyğun hərəkət etmək yaxud istisnaya yol vermək barədə olan bu müzakirə 40.000-dən çox sözü əhatə etmişdir.