Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Theremin
Termenvoks (ing. theremin və ya thereminvox) — 1918-ci ildə rus ixtiraçısı Lev Termen tərəfindən yaradılmış elektromusiqi aləti. Alətin ən məşhur xüsusiyyəti onu çalarkən ifaçının alətlə təmasına ehtiyac olmamasıdır. 1928-ci ildə ixtiraçısı tərəfindən patentləşdirilmişdir. Orijinal adı termenvoks və ya ezerfondur. İfa iki metal anten sayəsində təmin edilir. Bu antenlər aləti çalan adamın əllərinin mövqeyinə görə səs çıxarırlar. Bir əl ilə titrəyiş dalğaları göndərilir, digər əl ilə isə səsin şiddəti müəyyən edilir. Elektrik siqnalları termenvoks üzərində yaradılır və səs dinamiklərinə göndərilir.
Heroin
Heroin və ya diasetilmorfin (diamorfin) – XIX–XX əsrin əvvəllərində dərman kimi qəbul edilən narkotik növü. XIX əsrin sonundan XX əsrin əvvəllərində dərman kimi istifadə edilən yarı sintetik ağır opioid dərmandır. Asılılığa səbəb olur. Formulu: C21H23NO5. XX əsrin sonu və XXI əsrin əvvəlindən opioid narkotik istifadəçilərinin əksəriyyəti heroindən istifadə edir. Bu, onun bariz narkotik təsiri, nisbi ucuzluğu və sürətlə inkişaf edən fiziki və əqli asılılığı ilə bağlıdır. Heroinin bir çox jarqon adları var: eriz (aries), harri (harry), tiqer, cenni (jenny), spayder, svit drims (sweet dreams), antifriz (antifreeze), bonita, heyzel (hazel), qara qartal, dinamit, predator.
Where I Am
Where I Am (azərb. Mən haradayam‎) — Danimarkanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Anya Nissen "Where I Am" mahnısı ilə Danimarkanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı ifaçının özü, Angel Tupai və Maykl D'Arcy tərəfindən bəstələnmişdir.
Up Where We Belong
Up Where We Belong – An Officer and a Gentleman filminin musiqisi. Mahnının musiqisi Jack Nitzsche və Buffy Sainte-Marie tərəfindən yazılmışdır.
Where Is My Mind?
Ağlım Haradadır? (ing. Where Is My Mind?) — Amerikalı alternativ rok qrupu Pixies-in mahnısıdır. 1988-ci ildə çıxan debüt albomu Surfer Rosa-nın yeddinci parçası kimi buraxılmışdır. Mahnı 2021-ci ildə Rolling Stone jurnalının "Bütün Zamanların 500 Ən Yaxşı Mahnısı" siyahısında yer almış və 493-cü sırada qərarlaşmışdır. == Haqqında == Mahnı, Black Francis tərəfindən Massachusetts Amherst Universitetində oxuyarkən yazılıb və Karib dənizində dalğıc olduğu zaman yaşadığı təcrübələrdən ilham alıb. O dalğıclıq edərkən öz gördüklərini belə ifadə edib, "Mənim arxamca qaçan çox kiçik balıqlar var idi. Niyə belə olduğunu bilmirəm? balıqların davranışı haqqında çox şey bilmirəm". Gitarist Joey Santiago mahnının gitara xəttini tərtib edib.
Hərsin
Hərsin (fars. هرسين‎) — İranın Kirmanşah ostanının şəhərlərindən və Hərsin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,562 nəfər və 12,001 ailədən ibarət idi.
Sərein
Səreyn (Sarıqaya) — Iran Ərdəbil ostanında, Savalan dağının ətəyində yerləşən şəhər. Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir; adın mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır. Bu şəhər təqribən 8000 nəfər əhaliyə malikdir və istisuyuna görə məhşurdur. Səreyn müalicə əhəmiyyətinə malik istisuyu ilə şöhrət qazanmışdır. Belə yüksək müalicəvi xassəyə malik suya dünyanın çox az yerində rast gəlmək olar. Məhz bu səbəbdən istisu özünə həm ölkədaxilindən, həm də ölkəxaricindən hər il minlərlə turist cəlb edir. Səreynin tanınmış istisuları arasında Qarasu, Sarısu, Camışgölü, Qəhvəsuyu, Beşbacılar istisularının adlarını çəkmək olar. Həmçinin Səreyn yaxınlığında yerləşən Vilədərə kəndi öz qazlı müalicəvi mineral suyuyla məşhur bulağa sahibdir.
Hərsin şəhristanı
Hərsin şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Hərsin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 90,452 nəfər və 20,788 ailədən ibarət idi.
Sərein şəhristanı
Səreyn şəhristanı - Ərdəbil ostanının (vilayətinin) şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Səreyn (Sarıqaya) şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 17,197 nəfər və 3,937 ailədən ibarət idi. Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir, mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır. Əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
When We All Fall Asleep, Where Do We Go?
When We All Fall Asleep, Where Do We Go? — (böyük hərflərlə stilizə olunur) amerikalı müğənni-mahnı yazarı Billi Aylişin ilk studiya albomu. ABŞ-də 29 mart 2019-cu ildə Darkroom və Interscope Records tərəfindən, Birləşmiş Krallıqda isə Polydor Records tərəfindən buraxılıb. Ayliş albomu qardaşı Finneas O'Konnell ilə birlikdə yazıb, qardaşı albomun prodüserliyini Los-Ancelesin Haylend-Park məhəlləsində yerləşən kiçik yataq otağı studiyasında etmişdir.
Hərənin öz payı+tayı
== Məzmun == Film adidən də adi bir məişət əhvalatı üzərində qurulub: Mayılla (Rafael İsgəndərov) Qəndab (Samirə Əliyeva) bir ildir ki, nişanlıdırlar. Bakıya oxumağa getmiş Qəndab geri qayıdanda valideynlərindən nişan üzüyünü qaytarmağı tələb edir. Hadisələrin gedişatında məlum olur ki, Qəndab Bakıda Fəqan (Coşqun Rəhimov) adlı bir gənclə tanış olub və onlar bir-birilərini sevirlər. Fəqan da sevgilisinin arxasınca kəndə gəlir və bundan sonra hadisələr daha da mürəkkəbləşir... == Film haqqında == Film İsi Məlikzadənin xatirəsinə həsr edilmişdir.
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist, Yaponiyada tanınan adı ilə Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai (下ネタという概念が存在しない退屈な世界, azərb. Ədəbsiz zarafatların mövcud olmadığı maraqsız dünya‎) və ya qısaca Shimoseka (下セカ) — Eyto Şimatsukinin rəssamlığı ilə Hirotaka Akaqi tərəfindən yazılmış ranobe seriyası. İlk cildi Shogakukan nəşriyyatı tərəfindən 18 iyul 2012-ci ildə Gagaga Bunko imprinti altında buraxılmışdır. 18 fevral 2016-cı ildə isə sonuncu – 11-ci cildi buraxılmışdır. N' Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen" adlı manqa 28 mart 2014-ci ildən 5 fevral 2016-ci ilə kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuş və 4 cildi buraxılmışdır. J.C.Staff studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmiş və Yaponiyada 4 iyul 2015-ci ildən 19 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. Şimoneta (下ネタ) yapon dilindən tərcümədə "ədəbsiz zarafat" deməkdir. Antiutopik bir gələcəkdə Yaponiya hökuməti ölkənin və vətəndaşların əxlaq normasını qorumaq üçün "Sağlam Şəkildə Uşaq Yetişdirmədə İctimai Nizam və Əxlaq Qanunu" qəbul edərək bütün ədəbsiz materialları məhv etmək və insanların ədəbsiz ifadələr işlətməsinə qadağa qoymaq qərarına gəlir. Hətta vətəndaşlar işlətdikləri bütün sözləri və əl hərəkətlərini qeydə alan Peace Makers (PM) adlı xüsusi cihazları geyinməyə məcburdurlar. Nəticədə, Yaponiya dünyanın ən yüksək əxlaq normalarına malik ölkəyə çevrilir.
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn’t Exist

Hərənin öz payı+tayı (film, 2006)