Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xələfli
Xələfli (qəsəbə, Cəbrayıl)
Ayvaz Xələfli
Xələfli Ayvaz Alı oğlu — coğrafiya elmləri doktoru, professor. == Həyatı == Ayvaz Xələfli 1942-ci ildə Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1949-cu ildə Cil kəndində birinci sinifə getmiş, oranı bitirdikdən sonra 1959-cu ildə Ardanış kənd orta məktəbini bitirmiş, həmin ildə də təhsilini davam etdirmək üçün Bakıya getmiş və Bakı dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1965-ci ildə təhsilini başa vurub, təyinatla öz kəndlərinə qayıdıb fizika müəllimi işləmişdir. 1965-ci ilin noyabrında hərbi xidmətə çağrılmış, bir ilik hərbi xidmətdən sonra Bakı şəhərinə qayıdıb Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstititu nəzdində olan Yer fizikası bölməsində paleomaqnetizm və Yer maqnetizmi laboratoriyasında baş mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. Bir il işlədikdən sonra aspiranturaya daxil olub Leninqrad şəhərinə oxumağa getmiş, aspiranturanı bitirdikdən sonra Leninqrad şəhərində elmi tədqiqat institunda elmi işini davam etdirərək orada yaşamışdır. 1977-ci ilin noyabrına qədər orada yaşamışdır. Həmin ildə Leninqrad şəhərindən evini dəyişib Bakıya gəlmiş, akademyanın Geologiya İnstitutunda elmi işlərini davam etdirmişdir. Azəbaycanda aparılan paleomaqnit tədqiqatlarını davam etdirimş, ilk olaraq aparılan tədqiqatların nəticəsi olaraq Azərbaycan, eləcədə bütün Qafqaz ərazisinin qonşu ölkələrin ərazisində aparılan paleomaqnit tədqiqatların nəticələri ilə müqayisəli şəkildə paleotektonik bərpasını vermişdir. 100 çap vərəqi elmi iş yazmışdır, o cümlədən 6 monoqrafiya, 90 dan çox məqalə 15 elmi məruzə etmişdir.
Mahir Xələfli
St.Xələfli
Xələfli (qəsəbə, Cəbrayıl)
Stansiya Xələfli
Xələfli (qəsəbə, Cəbrayıl)
Xələfli tirəsi
Xələfli tirəsi Cavanşir elinin Yağləvənd oymağının Havsallı tayfasının qollarından biridir. Tirənin yaranması Xələf bəy Yağləvəndli-Cavanşirlə bağlıdır. Onun törəmələri bu tirəni yaratmışlar. Xələfli tirəsi Əzimməmmədli və Nurməmmədli törəyinə bölünür. Nurməmmədli törəyi Xələfov, Nurməmmədov, Vəliyev soyadlarını daşıyan ailələrdən təşkil olunub. Əzimməmmədli törəyi Əzimzadə, Əzimli, Əzimov, Səfiyev, Ağayev, Ağakişiyev soyadlarını daşıyan ailələrdən ibarətdir.
Əlirza Xələfli
Əli Rza Xələfli (Əzizli Əlirza Zal oğlu; 1953, Xələfli, Cəbrayıl rayonu) — Azərbaycan şairi və yazıçısı, "Kredo" qəzetinin baş redaktoru. Əli Rza Xələfli 1953-cü ildə Cəbrayıl rayonunun Xələfli kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, doğulduğu rayonun Şahvəlli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləmişdir. Həmin illərdəki pedaqoji fəaiyyətinə görə "Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülmüşdür. 1980-ci illərin əvvəlindən mətbuatda çalişir. 1980–1993-cü illərdə rayon qəzetində müxtəlif vəzifələrdə çalışdı. "Xudafərin", "Qoşa qanad", "Qarabağ" və "Həyat" qəzetlərində xüsusi müxbir, şöbə müxbir, şöbə müdiri və redaktor əvəzi vəzifələrin işləmişdir. Ə.Xələflinin ədəbi-publisistik yazıları və şeirləri dövrü mətbuatda müntazam çap olunur. 2002-ci ildə "Qızıl qələm" medalı mükafatına, 2003-cü ildə "Məmməd Araz"ali ədəbi mükafatına, 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliq Bürosunun "Qılınc və qələm" yaddaş mükafatı, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına, 2010-cu ildə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülmüşdür. 2002-ci ildə Əli Rza müəllim Azərbaycan Yazıçıları və 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1980-ci ildən Qabaqcıl maarif xadimi, 2010-cu ildə isə Prezident təqaüdçüsüdür.
Xələfli (kənd, Cəbrayıl)
Xələfli — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Xələfli kəndi Sirik kəndi Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Xələfli kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Xələf adlı şəxs salmış və hazırda onun qəbri Xələf piri adı ilə kəndin şərqindədir. Kənd dağlıq ərazidə yerləşir. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edib.
Xələfli (qəsəbə, Cəbrayıl)
Xələfli və ya Stansiya Xələfli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində qəsəbə. Cəbrayıl rayonunun Qumlaq inzibati ərazi vahidində qəsəbə. Araz çayı sahilində, düzənlikdədir. Yaşayış məntəqəsini Xələfli kəndindən çıxmış ailələr salmışlar. 1965-ci ildən qəsəbə adlanır.. 2 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Xələfli kəndini yandırmış, əhalinin əmlakını talan etmiş, heyvanlarını aparmışlar. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilibdir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 30 oktyabr 2020-ci il tarixində "Xələfli" sərhəd-keçid məntəqəsi üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd-keçid məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb. Əsas təsərrüfatı heyvandarlıq idi.
Əli Rza Xələfli
Əli Rza Xələfli (Əzizli Əlirza Zal oğlu; 1953, Xələfli, Cəbrayıl rayonu) — Azərbaycan şairi və yazıçısı, "Kredo" qəzetinin baş redaktoru. Əli Rza Xələfli 1953-cü ildə Cəbrayıl rayonunun Xələfli kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, doğulduğu rayonun Şahvəlli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləmişdir. Həmin illərdəki pedaqoji fəaiyyətinə görə "Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülmüşdür. 1980-ci illərin əvvəlindən mətbuatda çalişir. 1980–1993-cü illərdə rayon qəzetində müxtəlif vəzifələrdə çalışdı. "Xudafərin", "Qoşa qanad", "Qarabağ" və "Həyat" qəzetlərində xüsusi müxbir, şöbə müxbir, şöbə müdiri və redaktor əvəzi vəzifələrin işləmişdir. Ə.Xələflinin ədəbi-publisistik yazıları və şeirləri dövrü mətbuatda müntazam çap olunur. 2002-ci ildə "Qızıl qələm" medalı mükafatına, 2003-cü ildə "Məmməd Araz"ali ədəbi mükafatına, 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliq Bürosunun "Qılınc və qələm" yaddaş mükafatı, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına, 2010-cu ildə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülmüşdür. 2002-ci ildə Əli Rza müəllim Azərbaycan Yazıçıları və 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1980-ci ildən Qabaqcıl maarif xadimi, 2010-cu ildə isə Prezident təqaüdçüsüdür.
Sələfilik
Sələfiyyə və ya Sələfilik — Lüğətdə- əvvəl gəlmək, keçmək mənasında olan “sələf” (ərəb. سلف‎) sözündən törəyən sələfiyyə, ilk İslam alimləri və keçmiş İslam böyükləri ilə onların yolunu tutanlar mənasına gəlir. Bəzən buna “yaxşı”, ”xeyirli” mənasında “salih” sözünü də əlavə edərək , “sələfi-salihin” ifadəsi ilə İslamın ilk dövrlərindəki İslam alimləri nəzərdə tutulur. Sələfi əqidəsinin yəni İşid qruplaşmasın üzvləri açıq şəkildə hakimiyyətlərini yaymaqdan ötrü baş kəsmək zorakılıq icazəli hesab edirlər.Döyüşdə Şiələrlə mübarizədə məğlub olub qadın paltarı ilə (niqab,burqa) ilə qaçmışdırlar. Bu iddialar sələfi əqidəsi üçün deyil. Bu insanlar həvariclərdir ki, günümüzün bir çox cahil kütləsi Suriyada döyüşən terroristləri sələfilərlə səhv salır. Birincisi bu sələfi əqidəsinə tərsdir ona görə ki, sələfilikdə başçıya qarşı çıxmaq yoxdur. Hətta zülmkar olsa belə bunun əvəzində Allaha pənah apararaq səbir etməyi ən doğru hesab edirlər. Üstəlik də dövlət başçısının rızası olmadan özbaşına ölkədən çıxıb başqa bir ölkədə döyüşə qoşulmaq da qəbuledilməzdir Termin olaraq isə sələfiyyə- inanc mövzularına aid məsələlərdə ayə və hədislərdəki zahiri ifadə ilə kifayətlənib, bunları olduğu kimi qəbul edən fərqli izahlardan uzaq qalaraq təşbih və təcsimə düşməyən qruplar deməkdir. İlk İslam böyükləri səhabə və tabiindən çıxmışdır.
Xəlifəlik
Xilafət (ərəb. خلافة‎ — yəni əvəzetmə, varislik) — müsəlmanlarda islamın dəyişməz prinsiplərinə əsaslanan teokratik dövlət-hüquq sistemi, habelə xəlifələrin (müavin, varis) başçılıq etdikləri müsəlman dövlətlərinin tarixi ədəbiyyatda adı.
Xəlfəli
Xəlfəli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Xəlfəli (Qobustan) — Azərbaycanın Qobustan rayonunda yaşayış sahəsi. Xəlfəli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Xəlfəli (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd. Kolxəlfəli — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Xəlfəli məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Xəlfəli məhəlləsi — Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən salınmış məhəllə.
Kürdlərdə sələfilik
Kürdlərdə sələfilik — Kürdüstan regionunda kürdlərin tətbiq etdiyi sələfi hərəkatının tarixi. Kürdüstanda sələfiliyin tarixi həmhüdud deyil və Kürdüstanın hansı hissəsindən asılı olaraq fərqli bir tarixə malikdir. == Suriya Kürdüstanında == Hökuməti Şimali və Şərqi Suriya Muxtar İdarəsi kimi tanınan Suriya Kürdüstanında hakim PYD İslam Dövlətinin yüksəlişindən sonra sələfiliyə qarşı sərt tədbirlər həyata keçirib. Suriya Kürdüstanından iki kürd sələfi hərəkatı var, məsələn, Salahəddin el-Kürdi Hərəkatı və Kürd İslam Cəbhəsi. Bu qrupların hər ikisi özlərini kürd hərəkatı hesab edir və hər ikisi daim kürdlərin, kürdlərin hüquqlarının və kürd dilinin qorunmasının prioritet olduğunu bəyan edirlər. Lakin onların hər ikisi məhdudiyyətlə üzləşdi və Kürd İslam Cəbhəsi sonradan dağıldı. PYD-nin sərt dünyəvi-liberal siyasətləri kürdlər arasında müəyyən qəzəb doğurdu və Suriya Kürdüstanından olan bir çox mühafizəkar kürdlər Kobaninin mühasirəsi zamanı İŞİD-lə əməkdaşlıq etməklə şöhrət qazandılar, çünki onlar PYD-nin ideologiyasını İŞİD-i daha yaxşı bir alternativ kimi qiymətləndirdilər. Həmçinin Kobani mühasirəsi zamanı iki Çeçen İŞİD yaraqlısı, Səlahuddin Şişani və Musa Əbu Yusuf Şişani, videoda görünüblər ki, onlar İslam Dövlətinin gələcəkdə onların Xorasan vilayətləri Əlcəzair Vilayətinə və ya Qərbi Afrika Vilayəti bənzər Kürdüstan üçün bir vilayət qura biləcəyinə işarə ediblər. Yaraqlılar kürdləri kommunizmdən xilas edəcəklərinə söz verib və bəyan ediblər ki, "biz indi Kobani şəhərindəyik. Gördüyünüz bu bayraqlar kürd xalqını birləşdirməyə çalışdıqları kommunist, ateist, allahsız Kürdüstanı simvollaşdırır.
Xəlfəli (Qobustan)
Xəlfəli — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində yaşayış sahəsi. Yaşayış məntəqəsinin adı 2020-ci ildə dərc olunmuş "İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2019" sənədində adı keçməsə də, Qobustan rayon İcra Hakimiyyətinin saytında yaşayış məntəqəsinin Qobustan rayonunun Qurbançı kənd inzibati ərazi dairəsinin tərkibində olduğu göstərilir. Yaşayış sahəsi 1999-cu ildə yaradılmışdır[mənbə göstərin]. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsdiq etdiyi kapital qoyuluşu proqramına əsasən Xəlfəli yaşayış məntəqəsinin qazlaşdırılması 2012-ci ildə nəzərdə tutulmuşdur.
Xəlfəli (Sabirabad)
Xəlfəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Yerli əhalinin əksəriyyəti tərəkəmələrdir. Məhəmmədhəsən bəy Vəliyev-Baharlının 1923-cü ildə yazdığı "Azərbaycan: Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” adlı kitabda Xəlfəli barədə söz açılır. Müəllifin iddiasına görə bu kəndin formalaşdıran Şahsevən tayfalarıdır. Onlar Şah Abbasın hakimiyyətə gəlişindən sonra İrandan Şimali Azərbaycana köçüblər. Azərbaycanın bir çox yerlərində bu tayfa özünə məntəqə qurub. Məsələn, günümüzdə İmişli rayonunun Xəlfəli kəndi ilə Sabirabadın bu kəndi demək olar eyni tayfalar, qan qohumlarıdır. Şuşanın Xəlfəli kəndində yaşayanların bu kənddə yaşayanlarla əlaqəli olmasını ağsaqqallar söyləsələr də, hələ ki bu faktı təsdiq edəcək materaial yoxdur ( çox güman ki araşdırmanın ciddi aparılmaması ucbatından). Kənddə oturaq həyat əsasən Sovet ittifaqı qurulandan, daha dəqiqi kolxozlaşma başlayandan sonraya təsadüf edir. Kolxoz sistemi yaranandan sonra əhalinin tərəkəmə həyat tərzinə son qoyulur.
Xəlfəli (çay)
Xəlfəli — Xocalı və Şuşa rayonu ərazisində çay. Qarqar çayının sol qoludur. Mənbəyini Sarı Baba dağının Şimal-Şərq yamacından (2100 m. yüksəklikdən) alır. Çay öz adını ərazisindən axdığı Xəlfəli kəndinin adından almışdır.
Xəlfəli (İmişli)
Xəlfəli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Razi Nurullayev — Deputat, millət vəkili İmamverdi Əliyev — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Mərdəliyev Qabil Əliağa oğlu (1975–1993) Qəhrəmanov Abbas İmamverdi oğlu (1971–1992) İbayev Qəni Novruz oğlu (1973–1993) İbayev Nəbi Novruz oğlu (1973–1993) Tarverdiyev Qoşqar Zülfəli oğlu (1972–1993) Qasımov Gülnəzər Abuzər oğlu (1947–1991) Quliyev Şiraslan Qəzənfər oğlu (1957–1991) Abışov Tacəddin Elşən oğlu (2001–2020) Abışov Qabil Sərxoş oğlu (1973–1991) İmanov Elman Yaqub oğlu (1994–2013) Əhmədzadə Həsən İnşallah oğlu (1936–1991) Əliyev Barat Sumbat oğlu (1970–1994) Əliyev İmamverdi Barat oğlu (1950–1991) Vəliyev Qismət Bəyiş oğlu (1961–1994) Vəliyev Tural İlham oğlu (2001–2020) Gülalıyev Əlnur Seymur oğlu (1997–2020) Babaşov Ucal Nərbala oğlu (1995 – 2023) İmişli rayonunun ən böyük kəndidir. Əhalisinin sayı 7256 nəfərdir və 1900 evdən ibarətdir. Xəlfəli kəndindən indiyədək çox sayda vəzifəli şəxslər və dövlət xadimləri çıxmışdır. Kənd əhalisi türk mənşəli Xəlfəli tayfasına mənsubdur. Tayfanın əhalisi Böyük Səlcuq imperiyasının dövründə Xorasandan köçərək Azərbaycan ərazisində, həmçinin indiki İmişli rayonunda məskunlaşmışdır. XIX əsrin ortalarından isə bu ərazilər Xəlfəli adlanmağa başlayıb. Kənd Muğan düzündə yerləşir. Baş-Muğan kanalı da Xəlfəli kəndi ərazisindən keçir. Xəlfəli kəndi şimalda Kürdmahmudlu kəndi ilə, cənubda Hacalmuradlı kəndi ilə, şərqdə Saatlı rayonu ilə, qərbdə Qulubəyli və Nurulu kəndləri ilə həmsərhəddir.
Xəlfəli (İğdır)
Xəlfəli — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan bir bələdiyyə. İğdır Şəhərr Stadionu burada yerləşir. Özvatan, Turqut Özal və Yunus Əmrə məhəllələrindən ibarətdir. İğdır il mərkəzinə 7 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 892 erməni yaşayırdı.
Xəlfəli (Şuşa)
Xəlfəli — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. Qarabağda orta əsrlərdə yaşamış Xəlfəli elinin adındandır. Mənbədə Xəlfəli eli Hacılı tayfasının qollarından biri kmi qeyd olunmuşdu. Tam adı Milli Xəlfəlidir. Qarabağ xanı İbrahim xanın qardaşı Mehdiquluxana mənsub bu el məskunlaşdıqdan sonra 11 məntəqə yaranmışdır. Xudaverdi qışlağı, Xəlfə qışlağı, Xanlıqpəyə, Laçınlar, Zamanpəyə, Şuşulu, Mirzələr, Məmişlər, Şırran və Kosalar. Sonra bu kəndlər xanın qızı Xurşud banu Natavana mənsub olmuşdur. Bu ərazidə "ASALA" erməni terrorçu təşkilatının radikal qanadı üçün təlim düşərgəsi təşkil edilmişdi.
Xəlfəli bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xəlfəli məhəlləsi
Xəlfəli məhəlləsi — Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən salınmış məhəllə. Gəncənin yeni məhəllələrindən biri.
Xəlfəli məscidi
Xəlfəli məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Xəlfəli məscidi iki gümbəzlidir. Məscidin Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən tikildiyi müəyyən edilmişdir. Məscidi tikən ustanın adı məlum deyil. Dini abidə kimi tikilmiş və istifadə olunmuşdur. Sovet Hakimiyyəti qurulduqdan sonra ateizm təbliğatının gücləndiyi bir dövrdə məsciddən anbar kimi istifadə olunmuşdur.