Xələfli və ya Stansiya Xələfli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində qəsəbə.
Xələfli | |
---|---|
39°10′36″ şm. e. 47°00′35″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Cəbrayıl rayonunun Qumlaq inzibati ərazi vahidində qəsəbə. Araz çayı sahilində, düzənlikdədir. Yaşayış məntəqəsini Xələfli kəndindən çıxmış ailələr salmışlar. 1965-ci ildən qəsəbə adlanır.[1].
2 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Xələfli kəndini yandırmış, əhalinin əmlakını talan etmiş, heyvanlarını aparmışlar.[2]
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilibdir.
23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir[3]. 30 oktyabr 2020-ci il tarixində "Xələfli" sərhəd-keçid məntəqəsi üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd-keçid məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb.[4][5]
Əsas təsərrüfatı heyvandarlıq idi.
Cəbrayıl rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |