Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xərçəng
Xərçənglər (lat. Astacidea) — onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi.
Cərzəng (Hurand)
Cərzəng (fars. جرزنگ‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (10 ailə).
Kolorektal xərçəng
Yoğun bağırsaqlarda bədxassəli yenitörəmələr — yoğun bağırsaqda və ona bitişik olan — kor bağırsaqda bədxassəli çoxalma. İngiliscə terminin (ing. colorectal cancer) düzgün tərcümə olunmaması nəticəsində, bu şişlər qrupu daha çox sadələşdirilmiş şəkildə Kolorektal xərçəng adlandırılır, halbuki, azərbaycan dilində bu bir qədər dar termindir (məsələn, özündə yoğun bağırsaq limfomasını əks etdirmir); ingilis dilində isə bu termin özündə düz bağırsaq xərçəngi anlayışını da əks etdirməkdədir. Hər il dünyada 600 mindən çox, Rusiyada isə təxminən 50 min nəfərdə yoğun bağıraq xərçəngi aşkar edilir. Kolorektal xərçəngin bütün hallarında – hətta gecikmiş mərhələsində, üzə çıxma nisbəti 70%-dən çox deyi. Gec diaqnoz səbəbli bu xəstəlikdən ölüm nisbəti olduqca yüksəkdir və xəstəliyin geç aşkar edilməsindən sonra 1 il üçün 40 % nisbətindədir. Kolorektal xərçəngin ən çox metastaz etdiyi orqan isə qaraciyərdir. Çünki bağırsaqlardan vena qan damarları ilə qanın dövriyyəsi, qaraciyərin Qapı venası sistemindən keçməklə baş verir. Bəzi mütəxəssislər hesab edirlər ki, kolorektal xərçəng səbəbindən qaraciyərdə metastazın ola bilməsi ehtimalı 50 %-ə yaxın nisbətdədir (Curtiss, 1995). Viganonun qənaətinə görə, qaraciyərində kolorektal xərçəng metastazı olan pasientlərin spesifik müalicə tətbiq edilmədən beş il yaşaya bilmə ehtimalı 2 %-dən çox deyil; bu xəstələrin müalicəsiz yaşaya bilmə ehtimalı orta hesabla 6,6–10 ay arasında dəyişir Kolorektal xərçəngin metastazı nəticəsində zədələnmiş qaraciyər hissəsinin kəsilib götürülməsindən sonra ölüm nisbəti hal-hazırda 6 %- dən də azdır; daha ixtisaslaşmış klinikalarda isə bu nisbət hətta 3 %-dən də aşağıdır.
Xərçəng (astronomiya)
Xərçəng (lat. Cancer) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Xərçəng (bürc)
Xərçəng (lat. Cancer) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Xərçəng (xəstəlik)
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Xərçəng dumanlığı
Xərçəng dumanlığı (NGC 1952) — Messier cisimlərindən biri. Yeni Baş Kataloqda qeydə alınmış qalaktik dumanlıqdır. Göy üzündə Buğa bürcü istiqamətində yerləşir. SNR tipli qalaktikadır. İngilis astronomu John Bevis tərəfindən 1731-ci ildə 7.62 sm (3 inç) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir. Diffuz dumanlıqlar içərisində daha çox maraq doğuran qaz lifləri ilə "toxunmuş" bəzəkli-torlu quruluşa malik Xərçəngə bənzər dumanlıqdır. O, 1054-cü ildə Buğa bürcündə alışmış İfrat yeni ulduzun (enerjisi bitən ulduzların şiddətlə partlamasına verilən ad) qalığı hesab edilir. Xərçəngə bənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.
Xərçəng xəstəliyi
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Xərçəng (dəqiqləşdirmə)
Xərçəng — onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi. Xərçəngkimilər — buğumayaqlılar tipinə aid yarımtip. Xərçəng xəstəliyi — Bədxassəli şişlərlə əlaqəli xəstəlik. Xərçəng (astrologiya) — Ulduzlar sistemində dördüncü yeri tutan Xərçəng bürcü təxminən iyunun 22-dən iyulun 22-nə qədər olan dövrü (31 günü) əhatə edir. Xərçəng (astronomiya) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Follikulyar xərçəng
Follikulyar xərçəng — papilyar xərçəng kimi follikulun divarlarını mənfəzdən örtən A-hüceyrələrdən inkişaf edir. Papilyar xərçəngə nisbətən bu forma az rast gəlinir (10%). Folikulyar xərçəng də yüksək differensasiyalı şişlərə aiddir.
Hepatosellular xərçəng
Hepatosellular xərçəng (HSX) — hepatositlərdən inkişaf edən, qaraciyərin ən çox rast gələn birincili bəd xassəli şişi olub, birincili xərçəngin 80%-ni təşkil edir. Sənaye ölkələrində bütün şişlər arasında 0,2–0,8%, bitki qidaları çox istifadə edilən ölkələrdə isə, 5,5–20% hallarda rast gəlir. Ən çox 60–70 yaşlarında və kişilərdə (qadınlardan 2,5 dəfə çox) rast gəlir. Yüksək riskli ölkələrdə isə, daha çox 30–40 yaşlarında müşahidə edilir.
Medulyar xərçəng
Medulyar xərçəng — qalxanabənzər vəzin yüksək differensiasiya etmiş şişidir, parafollikulyar C-hüceyrələrindən inkişaf edir. Vəzin bütün bədxassəli şişlərinin 5–10%-ni təşkil edir. 45 yaşdan sonra daha çox rast gəlir. Medulyar xərçəng hormonal aktivdur, şiş hüceyrələri müxtəlif bioloji fəal maddələr (sekretin, embrional şiş antigeni, histaminaza, somatostatin, tireoqlobulin, seratonin və s.) sekresiya edir.
Papilyar xərçəng
Papilyar xərçəng — qalxanabənzər vəzi şişlərinin 50–72%-ni təşkil edir və qadınlar arasında kişilərə nisbətən çox rast gəlir. Proqnostik cəhətdən xoşgedişlidir. Gedişinə görə yerli, yerli-metastatik və metastatik formaları ayırd edilir. Xərçəngin bu növü boyunun sinir-damar dəstəsinin önü ilə qırtlaqönü, traxeyaönü, yuxarı, orta və aşağı vidaci limfa düyünlərinə limfogen yolla metastazlar verir.
Xərçəng (astrologiya)
Xərçəng (♋︎) (lat. Cancer) — Zodiakın dördüncü bürcü. Ekliptik sektora 90°-dən 120°-ə qədər müvafiq gəlir. Xərçəng bürcü Ay tərəfindən idarə olunur, burada Yupiter ucalır, Saturn uzaqlaşır və Mars zəifləyir. Tropik zodiak altında Günəş təxminən 22 iyun və 22 iyul arasında bu ərazidən keçir. Xərçəngin əks əlaməti Oğlaqdır. Buğa bürcü ilə müvafiq gəlir. == Tarixi == "Xərçəng" hind-Avropa mənşəli qədim sözdür, "cızmaq" mənasını verən kökdən götürülmüşdür. Qədim Misirdə Xərçəng əlaməti Scarab böcəyi, Mesopotamiyada isə tısbağa hesab olunurdu. Hər bir halda, işarənin heyvan nümayəndəsi günəşi göylərdə "itələyərək" yay gündönümünü başlatan kimi qəbul edilirdi.
İki xərçəng
İki xərçəng — 1889-cu ildə Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. İki xərçəngin natürmortu olan bu sənət əsərində yaşıl arxafonda xərçənglərdən diri düz, digəri isə beli üstə tərsinə təsvir olunub. Hündürlüyü 47 sm, genişliyi 61 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Van Qoqun bu əsəri 1889-cu ilin yanvarında xəstəxanadan çıxdıqdan sonra çəkdiyi düşünülür. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
Qızıl qısqaclı xərçəng
Qızıl qısqaclı xərçənq - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 9-cu hissəsidir.
Medulyar tiroid xərçəng
Medulyar xərçəng — qalxanabənzər vəzin yüksək differensiasiya etmiş şişidir, parafollikulyar C-hüceyrələrindən inkişaf edir. Vəzin bütün bədxassəli şişlərinin 5–10%-ni təşkil edir. 45 yaşdan sonra daha çox rast gəlir. Medulyar xərçəng hormonal aktivdur, şiş hüceyrələri müxtəlif bioloji fəal maddələr (sekretin, embrional şiş antigeni, histaminaza, somatostatin, tireoqlobulin, seratonin və s.) sekresiya edir.
İki Xərçəng (rəsm əsəri)
İki xərçəng — 1889-cu ildə Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. İki xərçəngin natürmortu olan bu sənət əsərində yaşıl arxafonda xərçənglərdən diri düz, digəri isə beli üstə tərsinə təsvir olunub. Hündürlüyü 47 sm, genişliyi 61 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Van Qoqun bu əsəri 1889-cu ilin yanvarında xəstəxanadan çıxdıqdan sonra çəkdiyi düşünülür. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
Beli üstə uzanan xərçəng (rəsm əsəri)
Beli üstə uzanan xərçəng — Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Yaşıl rəngli arxafonda çəkilmiş bu sənət əsəri beli üstə tərsinə uzanmış xərçəngi təsvir edir. Van Qoq Muzeyinə görə əsər 1887-ci ilin avqust-sentyabr aylarında, digər mənbələrə görə isə 1889-cu ilin əvvəllərində çəkilmişdir. Hündürlüyü 38 sm, genişliyi 46.5 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Rəsm əsəri Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
Serezen-de-la-Tur
Serezen-de-la-Tur (fr. Sérézin-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalye-Syud kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38481. Kommunanın 1999-cu il üçün əhalisi 611 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 266 ilə 466 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.