xərçəng-əqrəb 2021

xərçəng-əqrəb
xərçəng
xərçəngcik
OBASTAN VİKİ
Əqrəb
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır.
Xərçəng
Xərçənglər (lat. Astacidea) — onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi.
Omikron Əqrəb
Omikron Əqrəb — Scorpiusun Bürcündə bir ulduzdur. +4.57 görünən vizual ölçülü ilə adi gözlə görünə bilər. Parallaks ölçmələr təxminən 900 işıq ili olan məsafəni göstərir. Bu, Rho Ophiuchi qaranlıq bulud yaxınlığında yerləşir. Bu A4II / III mükəmməl təsnifatlı ağ A tipli parlaq nəhəngdir. Bu nadir sinif sinfinin parlaq üzvlərindən biridir və öyrənməyə maraqlıdır. Omikron Əqrəb günəş kütləsinin təxminən səkkiz dəfə, radiusdan on beş dəfə, təxminən 40 milyon yaşındadır.Ulduzun günəş işığının 3.125 dəfə təxminən 8,128 K olan effektiv temperaturda xarici atmosferindən yayılır.Ətrafdakı tozun və ya mümkün bir infraqırmızı parlaq yoldaşı olması səbəbindən infraqırmızı aşınma göstərmir, lakin bu ulduzun işığı interstellar tozundan məhv olur. Omikron Əqrəb 20-ci əsrdə Scorpius-Centaurus OB assosiasiyasında Üst Scorpius alt qrupunun mümkün bir üzvü kimi bəzən xatırlandı.Bununla belə, Hipparcos tərəfindən ölçüldüyü qədər kiçik hərəkətə və kiçik trigonometrik paralaksaya görə bu qrupundaha son üzvlük siyahılarında görünmür. Bu, Scorpius-Centaurus ilə əlaqəli bir fon ulduzu olduğunu göstərir.
Otokar Əqrəb
Otokar Əqrəb, Otokar tərəfindən hazırlanan zirehli transportyor.
Əqrəb (astrologiya)
(lat. Scorpio) 23 oktyabr — 22 noyabr Ünsürü — su Rəmzi — əqrəb Rəngi — tünd qırmızı Himayəçi planeti — Pluton, Mars Aparıcı motivi — idarəetmə, hökmranlıq və nəzarət Rəmzi görkəmi — İnsan qəlbinin fatehi Müsbət xüsusiyyətləri — məğrur, ləyaqətli, ürəyiaçıq, xeyirxah, təmkinli və ehtiraslı, müstəqil, mübariz və dərin intuisiyalıdır, mistikaya meyillidir, amma hər hansı hadisədən baş çıxara bilir, məsuliyyətli, dözümlü, cəsarətli və rəhmdildir. Mənfi xüsusiyyətləri — xudbindir, şöhrətpərəst və hökmranlığa meyillidir, özbaşına, şıltaq, yeri gəldi-gəlmədi hər kəsdən ehtiram tələb edən, mərkəzci, amansız və qapalıdır.
Əqrəb (bürc)
Əqrəb (lat. Scorpius) - zodiakal bürc.
Əqrəb (dəqiqləşdirmə)
Əqrəblər — hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəb (film, 1972) — "Mozalan" Satirik Kinojurnalı № 5, 3-cü süjet. Əqrəb (astrologiya) — 12 zodiak bürcündən biri. Əqrəb (bürc) — Süd Yolunda yerləşən ulduz toplusu. Əqrəb (saat) — Saat, kompas və s. öz oxu ətrafında fırlanan mil.
Əqrəb (jurnal)
"Əqrəb" — Bakıda nəşr edilmiş satirik jurnal. 8 səhifədən ibarət olan "Əqrəb" jurnalının 1923-cü ildə 6, 1924-cü ildə 2 nömrəsi çap edilmişdir. Jurnalda nəzm və nəsrlə həm satirik, həm də yumoristik yazılar, karikaturalar verilirdi. "Əqrəb" jurnalının redaktoru Həsən Rəhmanov, rəssamı Əzim Əzimzadə idi. "Əqrəb" imzalı baş məqaləsindən jurnalın bəzi əsas vəzifələri, dil, üslub xüsusiyyətləri etibarilə "Molla Nəsrəddin"dən öyrənməyə çalışdığı görünürdü. Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı,2008.
Əqrəb zərbəsi
Əqrəb zərbəsi — futbolda fiziki fənd. 1995-ci ildə Kolumbiya milli futbol komandasının qapıçısı Rene İquitanın imza atdığı qeyri-adi zərbə futbol tarixinin ən yaddaşlarda qalan məqamlarından hesab olunur.
Əqrəb mövsümü
Əqrəb mövsümü — 2023-cü ilin yanvarında İctimai TV kanalında yayımlanmış dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı. Serial Ceyhun Hidayətlinin "Əqrəb" romanına əsaslanır. Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir. 12 seriyadan ibarətdir. Serial bütün şəhəri qorxu və təşviş içində saxlayan sirli seriyalı qatildən (Əli Əlizadə) bəhs edir. Qatili tapmaq üçün edilən bütün cəhdlər uğursuzluqla nəticələnir. Nəticədə, qatili tapmaq işi təcrübəli detektivlər Rauf Eyvazov (Azər Aydəmir) və Kənan Orucova (Hikmət Rəhimov) tapşırılır. Hər bir qətl bir mesaj daşıyır və cinayət işini daha da mürəkkəbləşdirir. Serialın quruluşçu rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmir, prodüseri Yalçın Verdiyev, kinematoqrafı Məhəmməd Osmanov, rejissorları Kənan Nadirli və Nicat Muxtarov, kostyum dizayneri Olqa Şabanova, səs rejissoru MORII və quruluşçu rəssamı Aysel Əmirovadır. Serial Ceyhun Hidayətlinin 2015-ci ildə nəşr olunmuş "Əqrəb" romanına əsaslanır.
Qırmızı əqrəb
Qırmızı əqrəb (ing. Red Scorpion) – 1989-cu ildə istehsal olunmuş ABŞ bədii filmidir. Afrikada (Anqola nəzərdə tutulur) anti-kommunist hərakatı olan Vətəndaş müharibəsi başlayır. Bu səbəbdən SSRİ-nin hərbi qüvvələri Afrikaya ən yaxşı Xüsusi Təyinatlı Əsgərlərindən biri olan leytenant Nikolay Raçenkoya, üsyançıların başçısını öldürmək əmri verilir. Nikolay Raçenko SSRİ, Kuba və Çexoslovakiyanın birləşmiş hərbi qüvvələrinin yerləşdiyi Afrika səhrasına gəlir. Nikolay burada yerləşən bara gələn zaman mübahisə edir və bu səbəbdən dustaqxanaya göndərilir. Nikolayın qaldığı kamerada amerikalı jurnalist və komandir vardır. Həmin komandir Sundat üsyançılarına çalışır. Nikolay isə barda qəsdən mübahisə etmişdir ki, bu komandirin sayəsində üsyançıların başçısına çata bilsin. Amerikalı jurnalist və komandir Nikolayın planı sayəsində buranı tərk edə bilirlər, lakin bu zaman qarşı tərəf onları izləməyə davam etməyə başlayır.
Kolorektal xərçəng
Yoğun bağırsaqlarda bədxassəli yenitörəmələr — yoğun bağırsaqda və ona bitişik olan — kor bağırsaqda bədxassəli çoxalma. İngiliscə terminin (ing. colorectal cancer) düzgün tərcümə olunmaması nəticəsində, bu şişlər qrupu daha çox sadələşdirilmiş şəkildə Kolorektal xərçəng adlandırılır, halbuki, azərbaycan dilində bu bir qədər dar termindir (məsələn, özündə yoğun bağırsaq limfomasını əks etdirmir); ingilis dilində isə bu termin özündə düz bağırsaq xərçəngi anlayışını da əks etdirməkdədir. Hər il dünyada 600 mindən çox, Rusiyada isə təxminən 50 min nəfərdə yoğun bağıraq xərçəngi aşkar edilir. Kolorektal xərçəngin bütün hallarında – hətta gecikmiş mərhələsində, üzə çıxma nisbəti 70%-dən çox deyi. Gec diaqnoz səbəbli bu xəstəlikdən ölüm nisbəti olduqca yüksəkdir və xəstəliyin geç aşkar edilməsindən sonra 1 il üçün 40 % nisbətindədir. Kolorektal xərçəngin ən çox metastaz etdiyi orqan isə qaraciyərdir. Çünki bağırsaqlardan vena qan damarları ilə qanın dövriyyəsi, qaraciyərin Qapı venası sistemindən keçməklə baş verir. Bəzi mütəxəssislər hesab edirlər ki, kolorektal xərçəng səbəbindən qaraciyərdə metastazın ola bilməsi ehtimalı 50 %-ə yaxın nisbətdədir (Curtiss, 1995). Viganonun qənaətinə görə, qaraciyərində kolorektal xərçəng metastazı olan pasientlərin spesifik müalicə tətbiq edilmədən beş il yaşaya bilmə ehtimalı 2 %-dən çox deyil; bu xəstələrin müalicəsiz yaşaya bilmə ehtimalı orta hesabla 6,6–10 ay arasında dəyişir Kolorektal xərçəngin metastazı nəticəsində zədələnmiş qaraciyər hissəsinin kəsilib götürülməsindən sonra ölüm nisbəti hal-hazırda 6 %- dən də azdır; daha ixtisaslaşmış klinikalarda isə bu nisbət hətta 3 %-dən də aşağıdır.
Xərçəng (astronomiya)
Xərçəng (lat. Cancer) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Xərçəng (bürc)
Xərçəng (lat. Cancer) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Xərçəng (xəstəlik)
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Xərçəng dumanlığı
Xərçəng dumanlığı (NGC 1952) — Messier cisimlərindən biri. Yeni Baş Kataloqda qeydə alınmış qalaktik dumanlıqdır. Göy üzündə Buğa bürcü istiqamətində yerləşir. SNR tipli qalaktikadır. İngilis astronomu John Bevis tərəfindən 1731-ci ildə 7.62 sm (3 inç) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir. Diffuz dumanlıqlar içərisində daha çox maraq doğuran qaz lifləri ilə "toxunmuş" bəzəkli-torlu quruluşa malik Xərçəngə bənzər dumanlıqdır. O, 1054-cü ildə Buğa bürcündə alışmış İfrat yeni ulduzun (enerjisi bitən ulduzların şiddətlə partlamasına verilən ad) qalığı hesab edilir. Xərçəngə bənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.
Xərçəng xəstəliyi
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Xərçəng (dəqiqləşdirmə)
Xərçənglər — onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi. Xərçəngkimilər — buğumayaqlılar tipinə aid yarımtip. Xərçəng xəstəliyi — Bədxassəli şişlərlə əlaqəli xəstəlik. Xərçəng (astrologiya) — Ulduzlar sistemində dördüncü yeri tutan Xərçəng bürcü təxminən iyunun 22-dən iyulun 22-nə qədər olan dövrü (31 günü) əhatə edir. Xərçəng (astronomiya) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Follikulyar xərçəng
Follikulyar xərçəng — papilyar xərçəng kimi follikulun divarlarını mənfəzdən örtən A-hüceyrələrdən inkişaf edir. Papilyar xərçəngə nisbətən bu forma az rast gəlinir (10%). Folikulyar xərçəng də yüksək differensasiyalı şişlərə aiddir.
Hepatosellular xərçəng
Hepatosellular xərçəng (HSX) — hepatositlərdən inkişaf edən, qaraciyərin ən çox rast gələn birincili bəd xassəli şişi olub, birincili xərçəngin 80%-ni təşkil edir. Sənaye ölkələrində bütün şişlər arasında 0,2–0,8%, bitki qidaları çox istifadə edilən ölkələrdə isə, 5,5–20% hallarda rast gəlir. Ən çox 60–70 yaşlarında və kişilərdə (qadınlardan 2,5 dəfə çox) rast gəlir. Yüksək riskli ölkələrdə isə, daha çox 30–40 yaşlarında müşahidə edilir.
Medulyar xərçəng
Medulyar xərçəng — qalxanabənzər vəzin yüksək differensiasiya etmiş şişidir, parafollikulyar C-hüceyrələrindən inkişaf edir. Vəzin bütün bədxassəli şişlərinin 5–10%-ni təşkil edir. 45 yaşdan sonra daha çox rast gəlir. Medulyar xərçəng hormonal aktivdur, şiş hüceyrələri müxtəlif bioloji fəal maddələr (sekretin, embrional şiş antigeni, histaminaza, somatostatin, tireoqlobulin, seratonin və s.) sekresiya edir.
Papilyar xərçəng
Papilyar xərçəng — qalxanabənzər vəzi şişlərinin 50–72%-ni təşkil edir və qadınlar arasında kişilərə nisbətən çox rast gəlir. Proqnostik cəhətdən xoşgedişlidir. Gedişinə görə yerli, yerli-metastatik və metastatik formaları ayırd edilir. Xərçəngin bu növü boyunun sinir-damar dəstəsinin önü ilə qırtlaqönü, traxeyaönü, yuxarı, orta və aşağı vidaci limfa düyünlərinə limfogen yolla metastazlar verir.
Xərçəng (astrologiya)
Xərçəng (♋︎) (lat. Cancer) — Zodiakın dördüncü bürcü. Ekliptik sektora 90°-dən 120°-ə qədər müvafiq gəlir. Xərçəng bürcü Ay tərəfindən idarə olunur, burada Yupiter ucalır, Saturn uzaqlaşır və Mars zəifləyir. Tropik zodiak altında Günəş təxminən 22 iyun və 22 iyul arasında bu ərazidən keçir. Xərçəngin əks əlaməti Oğlaqdır. Buğa bürcü ilə müvafiq gəlir. "Xərçəng" hind-Avropa mənşəli qədim sözdür, "cızmaq" mənasını verən kökdən götürülmüşdür. Qədim Misirdə Xərçəng əlaməti Scarab böcəyi, Mesopotamiyada isə tısbağa hesab olunurdu. Hər bir halda, işarənin heyvan nümayəndəsi günəşi göylərdə "itələyərək" yay gündönümünü başlatan kimi qəbul edilirdi.
İki xərçəng
İki xərçəng — 1889-cu ildə Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. İki xərçəngin natürmortu olan bu sənət əsərində yaşıl arxafonda xərçənglərdən diri düz, digəri isə beli üstə tərsinə təsvir olunub. Hündürlüyü 47 sm, genişliyi 61 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Van Qoqun bu əsəri 1889-cu ilin yanvarında xəstəxanadan çıxdıqdan sonra çəkdiyi düşünülür. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
Xərçəng (film)
Xərçəng (ing. The Lobster) — 2015-ci ildə ekranlara çıxan absurd film. Distopik bir dünyada subay insanlar otelə göndərilir, orada onlara partnyor tapmaları üçün 45 gün vaxt verilir, uğursuz olsalar onda heyvana döndərilərək meşəyə göndəriləcəklər. Kolin Farrel Reyçel Vays Lea Seydu The Lobster — Internet Movie Database saytında.