Xallanlı
Xallanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Xallanlı kəndi Başlıbel çayının sahilində, Dəlidağın (Kicik Qafqaz) ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonu ərazisindəki Bozlu və Kamallı kəndlərindən köçmüş ailələr salmışlar. Həmin ailələr xallanlı kürd tayfasının ilyaslar və Şükürları tirələrinə mənsub idilər. Kənd həmin tayfanın adını daşıyır.
Ağqaya yurdu, Boğaz yurd, Dəvəboynu yurdu, Dərə yurdu, Nabatxanım yurdu, Çay yurdu, Batıxlar yurdu, Seyiddüzü yurdu, Aşağı yurd, Dadaşın yurdu, Qubadın yurdu, Məstanın yurdu, Nəsirin yurdu, Mirzəalıbəyli yurdu, Şiralı yurdu, Qazma yurd.
Ağ bulaq, At bulağı, Qara bulaq, Duzlu bulaq, Maral bulağı, Dovşan bulağı, Kurro bulağı, Qırxgözlü bulaq, Şırşır bulaq, Qədimalı arzulayan bulaq, Mamır bulaq, Sarı bulaq, Tala bulağı, Madarın bulağı, Cəfərin bulağı, Cəmlər bulağı, Turşsu, Kor bulaqlar, Kərbəlayı Əziz bulağı, Çimizlik bulağı, Qaysaxlı bulaq, Qırmızı şırran, Karvan bulağı.
Qəjəl, Arpa çüxuru, Göllər, Armudun çalası, Tanrıyoxuşu, Sarıdaşın çüxuru, Maydanuçan, Çəpərqaya, Çimizlik, Xəccəbani, Novenikcan, Yolaşan, Telefon aşan, Duzlu bulağın biçənəyi, Dikyerlər, Yoncalığın dərəsi, Topgüney, Humayın qayası, Söyüdün barmaqları, Niççinbaşı, Niççinqabağı, Xırdalar, Bənnavlıx, Sürüşcək daş, Alçalıq, Çayqovuşan, Böyükparaq, Kiçikparaq, Səlimuçan qaya, Dardərə, Haçaqaya, Düzlər, Süsənin zağası, Qənşərgüney, Çiliyin düzü, Qaragüney, Əvəzin düzü, Üstümalan, Ağtop qayası, Qaratop qayası, Daşatılan, Ayrıcıq, Nehrəağzı, Babalı şamı, Şırranın qabağı, Dayüçan, Allahverənin tapı, Meşənin başı, Elyolu, Talalar, Xəlilin çökəyi, Kincallının dərəsi, Palıdlıq, Nəcəfin tapı, Qəbirli, Şakkar, Nurullavurulan dərə, Köçərivurulan, Narincyurd, Ağakişinin yeri, Dumaça.