Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanımotu
Xanımotu (lat. Atropa) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Xanımotu cinsinin Azərbaycanda bir növünə — Qafqaz xanımotuna (Atropa caucasica Kr.) təsadüf edilir. Ona əsasən Böyük və Kiçik Qafqazın aşağı və orta dağ qurşaqlarında rast gəlinir. Meşələrdə, meşə açıqlıqlarında, yol və çayların kənarlarında bitir. Adi xanımotu (Atropa bella-donna L.) Qafqaz xanımotu (Atropa caucasica Kreyer) Sivri xanımotu (Atropa acuminata) - Hindistanda Himalay və Hindiquş dağlarında yayılıb. İspan xanımotu (Atropa baetica) - Piriney yarımadasında, Əndəlis və ya Bet dağlarında yayılıb Komarov xanımotu (Atropa komarovii) (= Atropa lutescens Blin. et Shal. (1944)) — Kopetdağda tapılıb. Sarı çiçəkləri və meyvələri ilə fərqlənir.
Adi xanımotu
Adi xanımotu (lat. Atropa belladonna) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. Adi xanımotu yaxşı inkişaf etmiş yoğun və ətli köklərə, qısa çoxşaxəli kökümsova malik çoxillik ot bitkisidir. Gövdəsi silindrik formalı, yaşıl rəngli olub, hündürlüyü 100-180 sm-ə çatır. Yarpaqları tünd yaşıl rəngli, yumurtavari formalı, zirvəsi bir qədər sivri və tam kənarlıdırlar. Gövdənin aşağı yarpaqları tək-tək yerləşərək növbəli düzülürlər, yuxarı yarpaqları isə qoşa yerləşirlər. Qoşa yarpaqların biri böyük, digəri kiçik ölçülü olur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək inkişaf edir. Çiçək saplağı tükcüklü olub, bir qədər sallaqdır. Çiçək saplağının ucunda bir, bəzən də iki çiçək yerləşir.
Komarov xanımotu
Komarov xanımotu (lat. Atropa komarovii) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Qafqaz xanımotu
Qafqaz xanımotu (lat. Atropa caucasica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Hündürlüyü 1-1,5 (2) m, gövdəsi düz, budaqlanmış, yaşıl, bəzən qırmızımtıl rəngli, çılpaq və ya demək olar ki, yuxarı hissəsi vəzili-tüklü olan çoxillik ot bitkisidir. Kökümsovu qalın, çoxgünbəzlidir, iri şaxələnmiş kökləri vardır. Çoxillik ot bitkisidir. Yarpaqları iri, yumurtaşəkilli və ya uzunsov-ellipsvaridir, tamkənarlıdır. Sivri və ya az sivriləşmişdir, qaidə hissəsində qısa saplağa (1-3 sm uzunluqda) daralmışdır,çılpaqdır və yaxud alt tərəfdən damarın üzəri tüklüdür. Hər iki tərəfdən çox az bozumtul nöqtəlidir (oturaq vəziciklər), yuxarı yarpaqlar cüt-cüt düzülmüş və eyni böyüklükdə deyil, uzunluğu 10-20 sm, eni 4-9 sm-dir.
Sivri xanımotu
Sivri xanımotu (lat. Atropa acuminata) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
İspan xanımotu
İspan xanımotu (lat. Atropa baetica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.