Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tamamlıq
Tamamlıq — ikinci dərəcəli cümlə üzvlərindən biri. Adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi? nəyi? nə? kimə? nəyə? kimdə? nədə? kimdən?
Xaqanlıq
Xanlıq və ya xaqanlıq — xan, xaqan, xatun və ya xanımın idarə etdiyi ictimai-siyasi birlik. Bu ictimai-siyasi birliklər adətən Avrasiya çöllərində yerləşən köçəri türk, monqol və tatar cəmiyyətləri idi.Xanlıq orta əsrlərdə türkdilli xalqlarda ictimai-siyasi birlik idi. Onu xan idarə edirdi ki, adı da buradandır. Krım, Həştərxan, Kazan xanlıqları daha məşhur idi. 1740-cı illərdə Azərbaycanda 10-dan çox xanlıq meydana gəlmişdi. Onlardan Qarabağ, Quba, Şəki, Xoy xanlıqları Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdılar. Xanlıqlar XIX əsrin ikinci yarısınadək mövcud olmuşdular.Xaqanlıq erkən orta əsrlərdə türkdilli xalqlar da ictimai-siyasi birlik. Onu xaqan idarə edirdi, adı da buradandır. Monqol, Avar, Hun, Türk xaqanlıqları məşhur olmuşlar. Xanlıq ilə müqayisədə xaqanlıq çoxsaylı kiçik xanlıqların ona tabe olduğu böyük köçəri dövlət idi.
Axalıq
Axalıq Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Tiflis əyalətinin Pətək nahiyəsində iki kənd Axalıq adlanıb. Kənddə XIX əsrin ikinci yarısında Türkiyədən gəlmə ermənilər və yunanlar yaşayırdı.Birincisi,kəndin adı ərəb dilində əxi (Sufi-dərviş cəmiyyətləri üzvlərinin bir birinə verdyi ad,ərəbcə əxi "qardaş" sözündən) və Azərbaycan dilində - lik şəkilçisindən ibarətdir.Orta əsrlərdə Səfəvi şahları Ermənistanda,Azərbaycanda və qismən Gürcüstanda əxilərə torpaq (əkin) sahələri (zəraətlər) və məntəqələrin adlarının əvvəli "əxi" sözündən ibarət olurdu.Sonralar bu toponimlərdə əxi sözü təhrifə uğrayaraq çox hallarda "ağa" formasına düşmüşdür.Axalıq "əxiyə" mənsub yer,məntəqə mənasındadır.İkincisi,toponim ərəb mənbələrində Dəclə çayının sahilində qeyd olunmuş Axul əyalətindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış məntəqənin adıdır,"Axul" adı gətirilmədir.Belə halda Axalıq "Axulluq","Axuldan gəlmə" mənasındadır.
Tamamlıq budaq cümləsi
Tamamlıq budaq cümləsi ya baş cümlənin olmayan tamamlığı əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan tamamlığı izah edir. Kimi? nəyi? kimə? nəyə? kimdə? nədə? kimdən? və s. suallarından birinə cavab verir.
Xarablıq yaşayış yeri
Xarabalıq yaşayış yeri (Culfa) —