Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xoşbəxt (roman)
Xoşbəxt (ukr. «Щасливий») — Ukrayna yazıçısı Viktoriya Qranetskanın 2015-ci ildə Kiyevdə yayınlanmış, "Sözün Taclandırılması" Beynəlxalq ədəbi müsabiqəsinin özəl mükafatına layiq görülən romanı. == Süjet == Viktoriya Qranetskanın "Xoşbəxt" romanı yazarın 2015-ci ildə nəşr olunmuş, "Sözün taclandırılması" ədəbi müsabiqəsində mükafatlandırılmış üçüncü əsəridir. Müəllif yazır ki: "Çağdaş Ukrayna ədəbiyyatında prinsipial olaraq yeni bir şey yaratmaq istədim – başqalarının və daha əvvəl yazdıqlarımın fonunda fərqlənəcək yeni bir şey. Məncə, Ukrayna müsəlmanlarının mövzusu gərgin, mürəkkəb və hər zamankindən daha aktualdır…" Bu, əsərin süjetinin prototipinə çevrilmiş vinnitsalı bir ailənin əsl həyat hekayəsidir: oğlan – bir sıra səbəbdən doğma yurdu Dağlıq Qarabağı tərk edib Vinnitsaya köçmək məcburiyyətində qalan azərbaycanlı – müsəlmandır. Qız isə sevgilisi naminə dinini dəyişən və islamı qəbul edən Vinnitsadan olan ukraynalı pravoslav qızdır. Onların yeni qurduqları ailələrində bir oğlan uşağı dünyaya gəlir. Onu ukrayncadan "Xoşbəxt" kimi tərcümə olunan "Səid" adlandırırlar. Lakin uşaq sağalmaz xəstəliklə doğulur. Bununla belə, roman xoşbəxt sonluqla nəticələnir – əsərin baş qəhrəmanlarının aralarındakı anlaşılmazlığına və ətrafdakıların dirənişinə baxmayaraq, bütün çətinliklərin öhdəsindən gəlməyi bacarırlar.
Xoşbəxt Yusifzadə
Xoşbəxt Bağı oğlu Yusifzadə (14 yanvar 1930, Pirşağı, ZSFSR, SSRİ – 3 oktyabr 2023) — Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1987), professor, AMEA-nın həqiqi üzvü (aprel, 2007), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti. == Həyatı == Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1952-ci ildə "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" üzrə bitirərək "dağ mühəndisi-geoloq" ixtisasına yiyələnmişdir. 1957-ci ildə ailə qurmuşdur. İki övladı vardır.3 oktyabr 2023-cü ildə dünyasını dəyişmişdir. Birinci Fəxri xiyabanda dəfn olunmuşdur. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı "Dövlətxüsusineftlayihə" kontorunda başlamış, lakin az sonra o vaxt təzə təşkil olunmuş "Dənizneft" Birliyində işə qəbul edilmiş, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır. 1954-cü ilin mart ayında "Gürganneft" trestinin (indiki "Neft Daşları" NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilmiş və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin məşhur iştirakçılarından və rəhbərlərindən biri kimi tanınmışdır. X. B. Yusifzadə 1958–1959-cu illərdə "Neft Daşları" Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959–1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləmişdir.
Xoşbəxt ölüm (roman)
Xoşbəxt ölüm (fr. La mort heureuse) — fransız yazıçı Alber Kamünün 1936-1938-ci illərdə yazdığı roman. Əslində roman müəllifin ilk romanı olsa da, Kamü onun böyük hissəsini yazıb qurtardıqdan sonra kitabı çap etdirməməyə qərar verir. O, 1936-cı ildə romanı yazmaq üçün qeydlər götürməyə başlayır. Əsər ilk dəfə Kamünün ölümündən 11 il sonra, 1971-ci il 4 apreldə Qallimard Nəşriyyatı tərəfindən çap olunur. Riçard Hovard tərəfindən tərcümə edilən ingiliscə versiyası isə 1972-ci ildə nəşr edilir. Xoşbəxt ölüm ilə müəllifin 1942-ci ildə çap olunan və ən məşhur əsərlərindən sayılan Yad romanı arasındakı oxşarlıq diqqəti cəlb edir. Əsərin Patris Merso adlı baş qəhrəmanı bir çox cəhətdən Yad romanındakı Mersoya bənzəyir. Qəhrəmanların hər ikisi Əlcəzair əsilli fransız işçidir, müxtəlif səbəblərdən adam öldürür və bundan peşmanlıq duymurlar. İki hissədən ibarət olan Xoşbəxt ölüm üçüncü şəxsin dilindən yazıldığı halda, Yad romanının qəhrəmanı öz başına gələnləri özü nəql edir.
Azərbaycanın Xoşbəxt Torpağı (1980)
Azərbaycanın xoşbəxt torpağı qısametrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1980-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan SSR-in 60 illik yubileyinə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan SSR-in 60 illik yubileyinə həsr olunmuşdur. Kinolentdə yubiley şənliklərindən, zəhmətkeşlərin əziz bayrama töhfələrindən söhbət açılır, qardaş respublikaların, Moskva və Leninqrad şəhərlərinin nümayəndə heyətləri üzvləri öz ürək sözlərini söyləyirlər.
Mənim xoşbəxt ulduzlarım (film)
Mənim xoşbəxt ulduzlarım (ing. My Lucky Star, kantonca: Fuk sing go jiu) – 1985-ci ildə döyüş-komediya janrında kanton dilində çəkilən Honkonq filmidir. == Məzmun == İki Honq Konq polisi brilliantları oğurlayan şəxsi tapmaq üçün Tokioya yollanırlar. Lakin həmin şəxs burada nindza klanının idarəsi altında keçmişdir. Polislərdən biri Riki Funq onu izləyən zaman klan tərəfindən oğurlanılır. "Əzələlər" ləqəbli polis isə klanın izini itirir. Bu səbəbdən bir müddət keçdikdən sonra "Əzələlər" ləqəbli polis keçmiş dostlarını köməyə çağırmağa məcbur olur. Həmin dostlar onunla birlikdə yetimxanada böyümüş və "Yetimxana bandası" adı altında dəstə yaratmışlar... == Rollarda == == Xarici keçidlər == Mənim xoşbəxt ulduzlarım — Internet Movie Database saytında.
Müdir xoşbəxt sonluq istəyir
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. == Mövzu == Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həmdə Ferruh Abi olaraq İsfəndiyar rolunu oynamışdır.
Vosret
Vosret — Vosret, Vaset və ya Voset, "qüdrətli" mənasını verən bir Misir ilahəsi idi, Yuxarı Misirdəki Tebesdə yerləşirdi və onun adı Vaset şəhərinin Misir adı ilə eyni idi. O, kiçik bir ilahə idi, lakin On İkinci Sülalə dövründə üç firon onun adını öz adlarına daxil etdilər: Senusret və ya Senusret "Vosretdən olan adam" deməkdir.Vosretin təsvirində onun üçün heç bir məbəd tapılmamışdır. Təsvir edilən zaman o, başında əsa (adı ilə əlaqəli) olan hündür bir tac geyirdi və nizə, yay və oxlar kimi digər silahları daşıyırdı. O, Amonun ilk arvadı idi (Con Rey onu "qonşu qızın teoloji ekvivalenti" adlandırır) və Mut ilə əvəz olundu, baxmayaraq ki, Mut sadəcə Vosret üçün sonrakı addır.
Xostək
Xostək (lat. Caragana) — paxlaçiçəklilər sırasının paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Azərbaycanın xoşbəxt torpağı (film, 1980)
Azərbaycanın xoşbəxt torpağı qısametrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1980-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan SSR-in 60 illik yubileyinə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan SSR-in 60 illik yubileyinə həsr olunmuşdur. Kinolentdə yubiley şənliklərindən, zəhmətkeşlərin əziz bayrama töhfələrindən söhbət açılır, qardaş respublikaların, Moskva və Leninqrad şəhərlərinin nümayəndə heyətləri üzvləri öz ürək sözlərini söyləyirlər.
Mənim xoşbəxt ulduzlarım (film, 1985)
Mənim xoşbəxt ulduzlarım (ing. My Lucky Star, kantonca: Fuk sing go jiu) – 1985-ci ildə döyüş-komediya janrında kanton dilində çəkilən Honkonq filmidir. == Məzmun == İki Honq Konq polisi brilliantları oğurlayan şəxsi tapmaq üçün Tokioya yollanırlar. Lakin həmin şəxs burada nindza klanının idarəsi altında keçmişdir. Polislərdən biri Riki Funq onu izləyən zaman klan tərəfindən oğurlanılır. "Əzələlər" ləqəbli polis isə klanın izini itirir. Bu səbəbdən bir müddət keçdikdən sonra "Əzələlər" ləqəbli polis keçmiş dostlarını köməyə çağırmağa məcbur olur. Həmin dostlar onunla birlikdə yetimxanada böyümüş və "Yetimxana bandası" adı altında dəstə yaratmışlar... == Rollarda == == Xarici keçidlər == Mənim xoşbəxt ulduzlarım — Internet Movie Database saytında.
Xoşbəxt ailə modeli (Hacı Şahin)
Xoşbəxt ailə modeli — Hacı Şahinin 3-cü və son kitabı.Kitabda Hacı Şahin son dövrlərdə ailə institutunun dağılmasına səbəb olan faktorlar və onların çarələri barədə bəhs edir. Müəllif hesab edir ki, ailə dəyərlərinin istismarı onların inkarı ilə nəticələnməməlidir. Bunun üçün isə müasir dünyada ailə anlayışına yeni məzmun verilməlidir.Kitab 2022-ci ildə "Kitabdan ses" YouTube kanalı tərəfindən səsləndirilib. == Məzmun == İnsanlararası münasibətlərin ciddi transformasiyaya məruz qaldığı bir dövrdə ailə haqqında yanaşmalar da dəyişir. Bu təsisatın müxtəlif mədəniyyətlərdə yerini, bəşər tarixindəki rolunu, insanın şəxsi inkişafına təsirini nəzərə alanda ailə dəyərlərinin gələcəyi haqda narahat olmalıyıq. Bu kitabda Hacı Şahin Həsənli son dövrlərdə ailə institutunun dağılmasına səbəb olan faktorları təhlil edib, onlara çarə tapmaqla yanaşı, ictimai münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçid imkanları haqda da bəhs edir. Müəllifin fikrincə, ailə dəyərlərinin istismarı onların inkarı ilə nəticələnməməlidir. Əksinə, müxtəlif kritik hadisələrlə formalaşan müasir dünyada ailə təsisatına yeni məzmun verilməlidir. Kişi-qadın, valideyn-övlad münasibətləri üçün yeni formalar deyil, məhz yeni yanaşmalar düşünülməlidir.
Ağacvari xostək
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.
Ağqabıq xostək
Ağqabıq xostək (lat. Caragana leucophloea) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Kolvari xostək
Kolvari xostək (lat. Caragana frutex) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Somxet bәnövşәsi
Somxet bәnövşәsi (Viola somchetica C. Koch) Hündürlüyü 15 sm-ə qədər, gövdəsiz, çılpaq və yaxud az tüklü, kökümsovları qısa, qalıntəhər olan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları qismən uzun saplaqlıdır. Yumurtaşəkilli və yaxud yumurtavari-üçbucaq, bəzən üçbucaq formadadır, qaidə hissəsində adətən dərin oyuqludur, kənarları dairəvi-dişli, uc hissədə küttəhər və ya sivriləşmişdir, çılpaq və ya çox xırda tükləri olduğuna görə kələkötürdür. == Çiçək == Çiçəkləri uzun saplaq üzərindədir, iki ensiz xətli-neştərvari çiçəkaltlığı vardır, ətirlidir, tünd-qırmızı rəngdədir. == Meyvə == Qutucuq uzunsovdur, kütdür, çılpaqdır və uzunluğu 6-11 (12) mm-dir. == Çiçəkləməsi == May-İyul == Meyvə verməsi == İyul-Avqst == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal. - subalp və alp qurşaqlarında. == Yaşayış mühiti == Meşələrdə, daş topaları olan yerlərdə və yüksək dağ çəmələrində rast gəlinir.
Uzuntükcüklü xostək
Uzuntükcüklü xostək (lat. Caragana jubata) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Xırdayarpaq xostək
Xırdayarpaq xostək (lat. Caragana microphylla) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
İriçiçək xostək
İriçiçək xostək (lat. Caragana grandiflora) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Şimali İran, Rusiya, Orta Asiya və Cənubi Qafqazın şərqində və qərbində yayılmışdır. == Botaniki təsviri == Təbiətdə 2–5 m hündürlükdə olan koldur. Gövdəsi qonur-boz rəngdədir. Cavan budaqları künclü, çılpaq və ya kol şəkillidir. Ağımtıl və ya qonur-boz rəngdədir. Yarpaqaltlıqları 2–3 mm uzunluqda bərk tikan formasında, budaqları və cavan zoğları çoxtikanlıdır. Yarpaqlarının saplağı odunlaşmış, tüklü və tökülməyəndir. Yarpaqcıqları xırda, 5–12 mm uzunluqda və 2–3 mm enindədir.
Ağacşəkilli xostək
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.
Mənim xoşbəxt ulduzlarım 2 (film,1985)
Mənim xoşbəxt ulduzlarım 2 (ing. My Lucky Stars 2:Twinkle Twinkle Lucky Stars) — 1985-ci ildə çəkilmiş döyüş filmi. "Mənim xoşbəxt ulduzlarım" filminin davamıdır. == Məzmun == Honq Konq polis qrupu oğurlanmış brilyantlara görə Tokionu dolandırır. Yapon mafiyası, Yakuza, yollarına davam edir. Sonra köhnə yoldaşları köməyə gəlir. == Rollarda == Samma Hunq — Fəstbak Jackie Chan — Maskalar Yuen Biao — Ricky Fung Rosamund Kwan — Chi Chi Wang Richard Ng — Sandy Sibelle Hu — Barbara Wu Eric Tsang — Mordaty Tong Stanley — Rawhide Richard Norton — Killer Avropa Michael Mu — Pagoda Andy Lau — Polis məmuru John Sham — Johnny Mişel Yeo — Cüdo müəllimi Charlie Chin — Ot Dik Wei — Honq Konqda narkotik satıcısıdır.
Mənim xoşbəxt ulduzlarım 2 (film, 1985)
Mənim xoşbəxt ulduzlarım 2 (ing. My Lucky Stars 2:Twinkle Twinkle Lucky Stars) — 1985-ci ildə çəkilmiş döyüş filmi. "Mənim xoşbəxt ulduzlarım" filminin davamıdır. == Məzmun == Honq Konq polis qrupu oğurlanmış brilyantlara görə Tokionu dolandırır. Yapon mafiyası, Yakuza, yollarına davam edir. Sonra köhnə yoldaşları köməyə gəlir. == Rollarda == Samma Hunq — Fəstbak Jackie Chan — Maskalar Yuen Biao — Ricky Fung Rosamund Kwan — Chi Chi Wang Richard Ng — Sandy Sibelle Hu — Barbara Wu Eric Tsang — Mordaty Tong Stanley — Rawhide Richard Norton — Killer Avropa Michael Mu — Pagoda Andy Lau — Polis məmuru John Sham — Johnny Mişel Yeo — Cüdo müəllimi Charlie Chin — Ot Dik Wei — Honq Konqda narkotik satıcısıdır.
Patron xoşbəxt sonluq istəyir (film, 2014)
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. == Mövzu == Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həmdə Ferruh Abi olaraq İsfəndiyar rolunu oynamışdır.
Xost
Xost vilayəti (puşt. خوست, fars. خوست‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.Mərkəzi Xost şəhəridir. == Coğrafiyası == Vilayətin sahəsi 4.152 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 520.2 min nəfər, inzibati mərkəzi Xost şəhəridir. == Əhalisinin etnik tərkibi == Əhalisinin əksəriyyətini puştunlar təşkil edir. Vilayət əhalisinin 99%-i puştun dilində, vilayətin 2 kəndində təxminən 1000 nəfər əhali daricə danışır.
La-Roşet
La-Roşet (Yuxarı Alplar)
Xorxe Diaz
Xorxe Diaz (26 noyabr 1985) — İspaniyalı atıcı. Xorxe Diaz İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Xorxe Diaz birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.9 xal toplayaraq 27-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Xorxe Hernandez
Xorxe Hernandez (8 noyabr 2000-ci ildə Limpioda anadan olub) — ABŞ Futbol Liqası təmsilçilərindən olan LA Qalaksi II klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar ABŞ-lı futbolçudur. == Klub karyerası == === LA Qalaksi === Hernandez LA Qalaksi akademiyası vasitəsilə inkişaf etmişdir. Hernandez öz peşəkar karyerasında debütünü 22 aprel 2017-ci ildə Oranj Kaunti klubuna qarşı oyunda etmişdir. O, 82-ci dəqiqədə Ziko Baylini əvəz etmişdir. Həmin görüşdə LA Qalaksi II liqa görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 11 İyun 2017 tarixində yenilənib1Sudamerikana Kuboku görüşləri daxildir. 2ABŞ Superkuboku görüşləri daxildir.
Xorxe Morel
Xorxe Emmanuel Morel Barrios (isp. Jorge Emanuel Morel Barrios; 22 yanvar 1998, Asunsyon, Paraqvay) — Paraqvay təmsilçilərindən olan Quarani klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Paraqvay futbolçusudur. == Klub karyerası == Morel peşəkar karyerasına Quarani klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 15 fevral 2016-cı ildə Paraqvay Premyer Liqasında Sportivo Lukeno klubuna qarşı oyunda etmişdir. 2016-cı ildə Boqarin klubu ilə Paraqvay çempionu olmuşdur. == Milli karyerası == 2015-ci ildə Morel Paraqvayın gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Morel Venesuela, Peru, Argentina, Ekvador və iki dəfə Kolumbiya və Braziliya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Braziliya millisinə qarşı oyunda Morel bir qolla yadda qalmışdır. 2015-ci ildə Morel Paraqvayın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Morel Suriya və Fransa milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Xorxe Qrau
Xorxe Qrau (15 fevral 1987) — Kubalı atıcı. Xorxe Qrau Kubanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Xorxe Qrau birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 569 xal toplayaraq 37-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Xorxe adası
Xorxe adası — Antarktidanın Cənubi Şetland adalarında yerləşən, İngilis boğazının qərb tərəfində yerləşən Aitço adaları arxipelaqına daxil olan buzlaqsız adadır. Adanın uzunluğu 420 m, eni 300 m, səthinin sahəsi isə 13 hektardır. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf edilmişdir. Xorxe adası Lautaro gəmisinin kapitanı, 1949-cu ildə Çili Antarktida Ekspedisiya heyətində yer alan Kapitan Xose Duartenin oğlunun adını daşıyır. == Yerləşməsi == Ada Barrientos adasından 2.4 km şimal-qərbdə, Bilyana adasından 100 m şimalda, Riksa adalarından 500 m şimal-şərqdə, Okol qayasından 1.96 km cənubda və Robert adasının Fort Vilyam burnundan cənubda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Çili xəritəsinə 1971-ci ildə Argentina xəritəsinə 1980-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands. Scale 1:120000 topographic map. Troyan: Manfred Wörner Foundation, 2010.
Xosep Bartomeu
Xosep Mariya Bartomeu Floreta (6 fevral 1963, Barselona) — biznesmen, tacir, sahibkar. == Həyatı == 6 fevral 1963-cü ildə Barselonada doğulub.
Xosep Qvardiola
Xosep Qvardiola (kat: Josep Guardiola /Cusep Quardiola/ - 18 yanvar 1971, Sanpedor, Barselona, İspaniya) — katalon əsilli ispaniyalı keçmiş futbolçu, Mançester Siti futbol klubunun baş məşqçisi. == Klub karyerası == Xosep Qvardiola futbolçu karyerasına həvəskar futbol klubu olan Gimnastik de Manresada başlayıb. 13 yaşı olanda Barselona B futbol klubuna keçib. Təxminən 6 il bu klubun heyətində çıxış edib, 1990-ci ildən karyerasını Barselona klubunun heyətində davam etdirib. İspaniya milli futbol çempionatında Barselona klubunun heyətində ilk oyununu 16 dekabr 1990-cı ildə Kadiz futbol klubuna qarşı keçirib. Klubun heyətində yarımmüdafiəçi kimi çıxış edən Qvardiola 1997-ci ildə Joze Mari Bakerodan komandanın kapitanı sarğısını təhvil alıb. 1990-2001-ci illərdə Barselonanın heyətində İspaniya milli futbol çempionatında 263, ümumilikdə isə 379 oyun keçirib. Qvardiola 17 iyun 2001-ci ildə Valensiya klubuna qarşı oynadığı oyundan sonra Barselona klubunun heyətindəki çıxışına son qoyub. Barselona klubundan ayrıldıqdan sonra İtaliya milli futbol çempionatında çıxış edən Breşiya və Roma klublarının heyətində yer alıb. Ancaq İtaliya çempionatında keçirdiyi oyunlarda çox da uğurlu nəticələr göstərə bilməyən Qvardiola Nandrolon testinin nəticələri müsbət çıxandan sonra 4 ay cəza alıb və bununla da İtaliyadakı futbolçu karyersını bitirib.
Xorxe Luis Borxes
Xorxe Luis Borxes ( audio) (24 avqust 1899[…], Buenos Ayres – 14 iyun 1986[…], Cenevrə) – argentinalı yazıçı, şair və publisist. "Uydurulmuş hekayələr", "Alef", "Uydurma canlılar ensiklopediyası" və bir çox kitabların (novellalar toplusunun) müəllifidir. Öz əsərlərində güzgü, yuxu və labirint effektlərindən tez-tez istifadə etmişdir. == Həyatı == Xorxe Françisco İsidor Luis Borxes Akevedo 24 avqust 1899-cu ildə Buanes Ayresdə doğulmuşdur. Sehirli gerçəklik (Magic realism) axımının öncüllərindəndir və sürrealist yazıları ilə məşhurdur. Ən məşhur əsərləri Ficciones (1944) və Alef (1949) yuxular, labirintlər, kitabxanalar, güzgülər, heyvanlar, uydurulmuş yazıçılar, din və Allah haqqında mövzuların yer aldığı qısa hekayələrdən ibarətdir. Onun işləri 19-cu əsrin realist/naturalist ənənələrinə qarşı çıxan elmi-kütləvi və sehirli reallıq kimi axımlara öz töhfəsini vermişdir. Alimlər düşünürlər ki Borxesin korluğu ona yenilikçi ədəbi simvolları təsəvvürlləri vasitəsilə yaratmağa kömək etmişdi. 1914-cü ildə onun ailəsi Borxesin orta məktəbə getdiyi və Cenevrə Kollecindən bakalavr dərəcəsi aldığı İsveçrəyə köçür. Ailə İspaniyada qalmaq daxil olmaqla Avropanı gəzir.
Xorxe van Balen
Xorxe van Balen (d. 23 aprel 1954) — Venesuelalı keçmiş üzgüçü. Xorxe van Balen Venesuelanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Xorxe van Balen birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 57.20 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Elşad Xose
Elşad Xose (tam adı: Elşad Əliyev; d. 25 sentyabr 1979, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.Elşad Xose müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Dəyirman, Elçin Cəfərov, Elmira Ələkbərzadə, Elnarə Xəlilova, Faiq Ağayev, Günay İbrahimli, Manana Caparidze, Miri Yusif, Natavan Həbibi, Röya, Samirə Allahverdiyeva, Zülfiyyə Xanbabayeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === 1979-cu il sentyabr ayının 25-də Bakıda dünyaya gəlmişdir. Özünə "Xose" təxəllüsünü məktəb vaxtı götürüb. Gənc yaşlarında "Odlar Yurdu" KVN komandasının heyətində çıxış edib. === Populyarlıq qazanması === 1999-cu ildə 106 FM radio stansiyasında aparıcı işləyib. Radioda işləyən dövrdə özünün ilk treki olan "Allah" mahnısını yazdırıb.2000-ci ildə "Jizn ne menyaetsa" ilk musiqi albomunu buraxıb. Həmin ildə Şövkət Ələkbərova ilə virtual duet yaradıb, "Qəmgin mahnı" ilə Azərbaycan musiqi səhnəsində uğur qazanmışdır. O, bu mahnını studioda 20 dəqiqəyə yazmışdır. Klipin prezentasiyası 2000-ci il mayın 27-də Bakının "Tunnel" disko klubunda keçirilib.