Elşad Xose

Elşad Xose (tam adı: Elşad Əliyev; 25 sentyabr 1979, Bakı) — Azərbaycan repçisi.[1]

Elşad Xose
Elşad Əliyev
Ümumi məlumatlar
Ləqəbi Xose
Doğum tarixi (45 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Repçi, radio aparıcı
Fəaliyyət illəri 1999—
Janr Hip-hop

Elşad Xose müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Dəyirman, Elçin Cəfərov, Elmira Ələkbərzadə, Elnarə Xəlilova, Faiq Ağayev, Günay İbrahimli, Manana Caparidze, Miri Yusif, Natavan Həbibi, Röya, Samirə Allahverdiyeva, Zülfiyyə Xanbabayeva və digər sənətkarlar ilə əməkdaşlıq edib.

1979-cu il sentyabr ayının 25-də Bakıda dünyaya gəlmişdir. Özünə "Xose" təxəllüsünü məktəb vaxtı götürüb. Gənc yaşlarında "Odlar Yurdu" KVN komandasının heyətində çıxış edib.

Populyarlıq qazanması

[redaktə | mənbəni redaktə et]

1999-cu ildə 106 FM radio stansiyasında aparıcı işləyib.[2] Radioda işləyən dövrdə özünün ilk treki olan "Allah" mahnısını yazdırıb.[2]

2000-ci ildə "Jizn ne menyaetsa" ilk musiqi albomunu buraxıb.[2] Həmin ildə Şövkət Ələkbərova ilə virtual duet yaradıb, "Qəmgin mahnı" ilə Azərbaycan musiqi səhnəsində uğur qazanmışdır.[2] O, bu mahnını studioda 20 dəqiqəyə yazmışdır. Klipin prezentasiyası 2000-ci il mayın 27-də Bakının "Tunnel" disko klubunda keçirilib.

Albomun buraxılışından sonra yaradıcılığına fasilə verib, Rusiyanın Moskva şəhərinə köçmüşdür.

Sonrakı illər

[redaktə | mənbəni redaktə et]

2007-ci ilin sentyabr ayında Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Elşad Xose saxlanılaraq, onun üzərindən 0,533 qram heroin aşkarlanmışdı.[3] Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə 2 aylıq müddətə həbs qətimkan tədbiri seçilib.[4]

2011-ci il dekabr ayının 11-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin"İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Əfsanə geri dönür" şüarı altında "Leyli və Məcnun" hip-hop müziklının premyerası baş tutmuşdur.[5][6] Tamaşada Leyli obrazını Natəvan Həbibi, Məcnunu Elşad Xose, Məcnunun atası rolunu Alim Qasımov, Leylinin atasını meyxanaçı Ağamirzə ifa ediblər.[5]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

2010-cu ildə Azad Azərbaycan TV-də yayımlanan "Maşın Şou" realiti verilişində iştirak edib.[7]

2012-ci il martın 27-də rəqqasə Oksana Rəsulova ilə evlənmişdir. 2012-ci il sentyabrın 18-də cütlük ayrılmışdır.[8] 2021-ci ilin dekabr ayında Lətifə adlı xanımla ailə qurub.[9]

Elşad Xosenin diskoqrafiyasına 7 studiya albomu daxildir.

Studiya albomları
Ad İl Albomun üz qabığı Qeyd
Jizn ne menyaetsa 2000
Trek siyahısı
BaşlıqMüddət
1."К нам не лезь, не надо"3:53
2."Город"4:33
3."Жизнь не меняется"4:59
4."Если очень хочешь" (feat. Eka)4:08
5."Не злись" (feat. Spider 187)5:00
6."Это моя жизнь"2:49
7."Sahil"3:47
8."Allah"2:18
9."Ürəyim" (feat. Zülfiyyə Xanbabayeva)4:00
10."Dönmə geri" (feat. Faiq Ağayev)3:24
11."Aylı gecə" (feat. Şeyla)4:37
12."Qəmgin mahnı" (feat. Şövkət Ələkbərova)2:03
Canlı yayım 2002 [[Fayl:|150px]]
Trek siyahısı
BaşlıqMüddət
1."İntro"1:05
2."Ordan burdan"3:57
3."Tənhayam" (feat. Elmira Ələkbərzadə)3:36
4."Жизнь серая" (feat. Ser-G)4:39
5."Мне все по..." (Skit)1:48
6."Yuxuma gəl" (feat. Manana Caparidze)2:38
7."Heç kəs əbədi deyil" (feat. Samirə Allahverdiyeva)3:55
8."Qayıtdı xəyallar" (feat. Samirə Allahverdiyeva)4:13
9."Я покидаю этот город" (feat. Samirə Allahverdiyeva)3:50
10."Plagiat" (Skit)2:25
11."Kimdi?"3:59
12."Neylərsən" (feat. İlhamə Quliyeva)2:51
13."Hər şey bizə azdı" (feat. Anar Nağılbaz)3:58
14."Город" (Remix)4:33
15."Neylərsən" (feat. Eka (Remix))4:08
Plagiat 2003
Trek siyahısı
BaşlıqMüddət
1."İntro"0:44
2."O naz edir" (feat. Miri Yusif)3:18
3."Bu nə güzaran" (feat. Savash)2:50
4."Müxbirlər çaşıb"3:23
5."Xos" (feat. Miri Yusif)4:04
6."Sous" (feat. Dəyirman)6:09
7."Rusiya"3:34
8."Göbələk" (feat. Dəyirman & Anar Nağılbaz)6:25
9."Vay vay vay" (feat. Miri Yusif)2:18
10."Lal, kor, kar" (feat. Dəyirman)5:47
Hər atdığım addım 2004 [[Fayl:|150px]]
Trek siyahısı
BaşlıqMüddət
1."Uzaqlara" (feat. Elnarə Xəlilova)4:15
2."Plagiata yox" (feat. Elnarə Xəlilova)3:34
3."Bezmişəm"4:12
4."Keyfdi bu"2:57
5."Özünü tanı"3:28
6."Hər atdığım addım"2:21
7."Əyləncə" (feat. Dəyirman & Jin & Nadir)5:28
8."Dəbdi bu" (feat. Miri Yusif & Jin & Nadir)3:53
9."Cənab prezident" (feat. Dəyirman)6:25
10."Corc Buş haralıdır?" (feat. Dəyirman)3:58
11."Аzərbaycan" (feat. Dəyirman & Faiq Ağayev)3:51
İxlas 2005
Trek siyahısı
BaşlıqMüddət
1."Azdı 2" (feat. Jin & Nadir)3:43
2."Gəl hamama"0:44
3."Gülüm mənim"0:25
4."İxlas"3:17
5."Mavi" (feat. Dəyirman & Aygün Kazımova)4:50
6."2000 — 2004 Mix"2:01
7."Next 2" (feat. Dəyirman)3:47
8."Next" (feat. Dəyirman)3:15
9."Oxay"3:34
10."Qızıl balıq"3:12
11."Yay"0:46
12."Yox yox"3:18
Hip-Hop Namə 2008
Trek siyahısı
BaşlıqMüddət
1."İntro"0:57
2."Atalar üçdən deyib"3:17
3."Axtara axtara" (feat. Alim Qasımov & Almaz Ələsgərova)1:55
4."Az danış"1:06
5."Gəl ceyranım"2:38
6."Dedi qodu"0:56
7."Düşüncə" (feat. Miri Yusif & Samirə Allahverdiyeva)3:04
8."Freestyle" (feat. Erkin)1:00
9."Мне все по... 2"1:20
10."Yox yox" (SoundLab Remix)4:06
11."Outro"2:26
İnsaf 2011
Trek siyahısı
BaşlıqMüddət
1."Nur" (İntro)1:12
2."Yox təbəssüm"3:12
3."Qapını bağla" (feat. Miri Yusif)3:41
4."Mənidə apar" (feat. Samirə Allahverdiyeva)3:32
5."Damcı" (Skit)0:37
6."Dedi yalan"3:51
7."Mənə nə?" (feat. MC Murad)3:38
8."İnsaf"3:42
9."Mən, sən, birdə o" (feat. Günay İbrahimli)4:02
10."Müqəssir" (feat. Natavan Həbibi)3:50
11."O sən deyilsən" (feat. Elçin Cəfərov & MC Murad)4:02
12."Dəstəmaz" (Outro)2:18
  1. Mələyin öpüşü (film, 2017) — Elxan
  1. "«Əfsanə geri dönür»". www.anl.az. www.anl.az. 2020-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2019.
  2. 1 2 3 4 "L'mir и Эльшад Хосе презентовали новый клип". baku.ws. baku.ws. 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2020.
  3. "Арестован мастер азербайджанского рэпа". lenta.ru. lenta.ru. 2007-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2020.
  4. "Azərbaycanın rep ulduzu Elşad Xosenin narkoman olduğu təsdiqlənib". trend.az. trend.az. 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2020.
  5. 1 2 "Leyli and Majnun hip-hop style". News.az. 1 November 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 December 2011.
  6. "В Баку состоялась премьера первого азербайджанского мюзикла в стиле хип-хоп "Лейли и Меджнун" – ФОТО". 1news.az. 22 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2011.
  7. "14-й день «Машын-шоу»: Мурад Дадашев и Гусейн Дарья vs. Эльшад Хосе - ФОТО". 1news.az. 1news.az. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  8. "Oksana Rəsulova və Elşad Xose ayrıldı". 525.az. 525.az. 2012-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2019.
  9. "Elşad Xose ikinci dəfə evləndi". qafqazinfo.az. qafqazinfo.az. 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]