Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qovluq
Qovluq termini (ing. folder) fayl sistemi obyektlərini qrafik istifadəçi interfeysində, office qovluqlarına bənzər təsvir etmək üçün tətbiq edilmişdir. İlk olaraq Mac OS-da istifadə edilib və Microsoft Windows sistemləri ailəsində Windows 95 ilə tətbiq olunmağa başlayıb. Bu gün bir çox əməliyyat sistemlərində istifadə olunur. Bu təsvirə əsasən, başqa bir qovluqda yerləşən qovluq, altqovluq və ya daxili qovluq adlanır. Kompüterdəki bütün qovluqlar birlikdə iyerarxik bir struktur əmələ gətirir ki, buna kataloqlar ağacı deyilir.
Tozcuq
Tozcuq hüceyrəsi bitkinin çiçəyindəki erkəkciyin tozluğunda yerləşir və orada yaranır. Tozcuq tam inkişaf etdikdə erkəkcik tozluğu yırtılır və tozcuq hüceyrələri dişicik ağızcığına düşür. Bu proses Tozlanma prosesi adlanır. Tozcuq — birhüceyrəli, bəzən çoxhüceyrəli, tozcuq dənələri adlanan əmələgəlmələr: toxumlu bitkilərin (toxumlu ayıdöşəyilər, çılpaq və örtülütoxumlu bitkilər) tozluğunda inkişaf edir və çoxalma prosesində iştirak edir. Tozcuq dənəsi daxili qat – intin və xarici qat – ekzindən ibarət sporoderm — örtük içərisində yerləşən protoplastdan ibarətdir. Qazıntı halında yalnız ekzinə rast gəlinir. Tozcuq dənəsinin səthində məsamələr, şırımlar və skulptur əmləgəlmələr müşahidə edilir. Tozcuq forması, məsamə və şırımların sayı, skulpturun səciyyəsi hər bitki növü üçün fərqləndirici əlamətlər olub bitkilərin təyinində istifadə edilir. Fossil tozcuqların tədqiqinin onun yerləşdiyi çöküntülərin (xüsusilə kontinental) nisbi yaşını təyin etmək, bitkilərin filogeniyası, floranın tarixi və b. məsələlərin həllində böyük əhəmiyyəti vardır.
Xorzuq
Xorzuq — İranın İsfahan ostanının Borxar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,301 nəfər və 5,478 ailədən ibarət idi.
Xovlu
Məhrəba və ya Xovlu — Əmici parça və ya kağızdır. Qurutma və ya silmək üçün istifadə olunur.Birbaşa əlaqə vasitəsi ilə, ümumiyyətlə bir suyunu çəkmək ya da sürtmə hərəkəti istifadə edərək nəmliyi çəkir. Məhrəbanın ixtirası Türkiyənin Bursa şəhəri ilə bağlı idi. Bu şəhər hələ də " türk məhrəbası" istehsalı üçün qeyd edilir.
Xovsuz xalça
Xovsuz xalçalar — toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palaz, cecim,ladı, kilim, şəddə, vərni, zili, sumax.
Xovsuz xalçalar
Xovsuz xalçalar — toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palaz, cecim,ladı, kilim, şəddə, vərni, zili, sumax.
Cocuq Mərcanlı
Cocuq Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Mehdili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cocuq Mərcanlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim "kicik Mərcanlı kəndi" mənasındadır. Yerli ləhcədə "Cojux Mərcannı" kimi tələffüz edilir.
Ovduq-Doğramac
Ovduq, Bozdamaş və ya Doğramac — Azərbaycanın milli yeməyi. Tərkibində xırda doğranmış tərəvəz məshulları, ətirli göyərtilər, suda bişirilmiş qatı yumurta və ət olan soyuq şorbadır. Ovduq sözünün mənşəyi Tat dili ilə izah olunur. Ov (su) və duğ (ayran) hissələrindən ibarətdir. Qatıq – 200q, Su – 100 q, Təzə xiyar – 100 q. Göy soğan – 40 q. Keşniş – 10 q. Şüyüd – 10 q. Reyhan – 5 q, Yumurta – 1 ədəd. Mal əti – 100 q.
Ovduq (Doğramac)
Ovduq, Bozdamaş və ya Doğramac — Azərbaycanın milli yeməyi. Tərkibində xırda doğranmış tərəvəz məshulları, ətirli göyərtilər, suda bişirilmiş qatı yumurta və ət olan soyuq şorbadır. Ovduq sözünün mənşəyi Tat dili ilə izah olunur. Ov (su) və duğ (ayran) hissələrindən ibarətdir. Qatıq – 200q, Su – 100 q, Təzə xiyar – 100 q. Göy soğan – 40 q. Keşniş – 10 q. Şüyüd – 10 q. Reyhan – 5 q, Yumurta – 1 ədəd. Mal əti – 100 q.
Qovuq çay
Qovuqlu çay (digər adları: qovuq çay, şarcıq çay, inci çay və ya babl çay) — qovuqlu içkilər növündən çay. 1980-ci illər əsnasında Tayvanın Tayçunq şəhərinin çay mağazalarında ilk dəfə servis edildi. Ən çox qovuqlu çay reseptləri meyvə və ya süd ilə qarışıq bir çay döşəməni ehtiva edir. Qovuqlu çayların ümumiyyətlə, iki fərqli növü var: meyvə dadlı çaylar və süd çayları. Qovuqlu çay ən çox çeynənən tapioka topları'ndan ("boba") ibarətdir, lakin o, çəmən jeli, aloe vera, qırmızı lobya və partlayan boba kimi digər əlavələrlə də hazırlana bilər. Qovuqlu çayları iki kateqoriyaya bölünür: südsüz çaylar və südlü çaylar. Hər iki növ əsas olaraq qara çay, yaşıl çay və ya oolong çay seçimi ilə gəlir. Südlü çaylara adətən toz və ya təzə süd daxildir, lakin qatılaşdırılmış süd, badam südü, soya südü və ya kokos südündən də istifadə edilə bilər.
Xovlu tikmə
Xovlu tikmə (ing. punch needle embroidery, rus. вышивка в ковровой технике) - tikilmiş (toxunulmamış) xalça texnologiyasıdır. Qədim məxmərtel tikmənin əsasında yaradılmış tik­mə növüdür. Digər adları məxmərtel, məxmərtelbaf, məx­mərbafdır. Orta əsrlərdə Azərbaycanda bu tikmə müxtəlif tikmələrlə kombinasiya olunmuş şəkildə parçanın kənarına xətt vurmaq və ya gülün içərisini doldurmaq üçün istifadə edilirdi. Daha çox, dəstəkləyici xarakter daşıyırdı. Təkcə məxmərtel tikmə ilə işlənmiş tam bir nümunə yoxdur. Hazırda bu tikməni yalnız süfrələrin kə­na­rında gül şəklində işləyirlər. Xovlu tikmələr tərs üzdən qullabla işlənilir.Parçanın arxa tərəfində eskiz çəkilir və elə arxa tərəfindən də tikilir.
Xovlu xalça
Xovlu xalçalar — toxuculuq sənətinin ən yüksək mərhələsini əks etdirən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovsuz, xovlu və süjetli növlərə ayrılır. Çox saylı kompozisiyalı naxışlarla və zəngin ornamentli motivlərlə olan xovlu xalçalar azərbaycan xalçaçılıq sənətində xüsusi seçilirlər. Xovlu xalçalar toxunma texnikasına görə xovsuz xalçaların (kilim, sumax, palaz və s.) istehsalından daha mürəkkəbdir, amma xovsuz xalçalardan daha yüksək istismar keyfiyyətlərinə malikdir.
Xovlu xalçalar
Xovlu xalçalar — toxuculuq sənətinin ən yüksək mərhələsini əks etdirən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovsuz, xovlu və süjetli növlərə ayrılır. Çox saylı kompozisiyalı naxışlarla və zəngin ornamentli motivlərlə olan xovlu xalçalar azərbaycan xalçaçılıq sənətində xüsusi seçilirlər. Xovlu xalçalar toxunma texnikasına görə xovsuz xalçaların (kilim, sumax, palaz və s.) istehsalından daha mürəkkəbdir, amma xovsuz xalçalardan daha yüksək istismar keyfiyyətlərinə malikdir.
Qovuq (film, 2007)
Qovuq 2007-ci il İsrail istehsalı olan dram/melodram filmidir. Bir tərəfdə əsgərliyini çəkən Noam, digər tərəfdə isə yolun kənarında doğan qadına kömək etməyə çalışan Əşrəf. Bu insanlar ilk dəfə burada tanış olurlar və aralarında bir əlaqə yaranır. Noam, Təl Əvivin Şenkin adlı məhəlləsində yaşayır. Burada isə daha çox imkanlı insanların yaşadığı yerdir. Əşrəf, Noamın həyatına girəndən sonra artıq o da bu mühütin bir üzvü olur. Noam ve dostları Lulu və Yali ilə yaşamağa, Yalinin böyük retorantında işləməyə başlayır. İsrail və Fələstin münasibətləridə öz növbəsində qalmaqdadır. Bu isə bu iki adamın sevgisinə öz təsirini göstərir. Lulu və Noamın işğala qarşı bir qrupla "Barış" mitinqinə hazırlaşmağa başlamasından Sonra Təl Əvivi tərk edən Əşrəf özünün çox acız olduğunu başa düşür.
Növcü
Növcü — Azərbaycan Respublikasının Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsi tərkibindəki Növcü kəndinin bir hissəsi Yuxarı Növcü kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Kəndin adının mənşəyi Lerik rayonun Nücü kəndi ilə bağlıdır.
Fövcül-füsəha
Fövcül-füsəha — XIX əsrdə 40-50-ci illərin ortalarından Lənkəranda təşkil edilmiş ədəbi məclislərdən biri "Fövcül-füsəha" ("Gözəl danışanlar dəstəsi") adlanırdı. Yığıncaqlarında müxtəlif peşə sahiblərinin iştirak etdiyi bu məclisə tanınmış şair və müəllim Mirzə İsmayıl Qasir başçılıq edirdi. Onun əsas üzvləri Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali, Hüseynqulu Şuriş və başqaları idilər. Onlar klassiklərin əsərlərini mütaliə edir, şerlərinə nəzirə yazır, ədəbi-fəlsəfi və dini məsələlər ətrafında müzakirə açır, mübahisə aparırdılar.
Növcü (dəqiqləşdirmə)
Növcü — Azərbaycan Respublikasının Ağsu rayonunda kənd. Yuxarı Növcü — Azərbaycan Respublikasının Ağsu rayonunda kənd.
Növcü bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Növcü
Yuxarı Növcü — Azərbaycan Respublikasının Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsi tərkibindəki Növcü kəndinin bir hissəsi Yuxarı Növcü kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir.
Mövcud valyutaların siyahısı
Yuxarı Növcü bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ovçu Pirim
"Ovçu Pirim", yaxud "Ovçu Pirim nağılı" — Pirim adlı ovçunun macəralarından bəhs edən Azərbaycan xalq nağılı. İlk dəfə nağıl 1889-cu ildə "Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu"nun yeddinci nəşrində "Tatar^ nağılları" başlığı ilə nəşr olunmuşdur. Nağılın bu variantını 1888-ci ildə Şamaxı şəhərində şəhər müəllimi Aleksandr Kalaşev danışıb. Bakı quberniyasının Şamaxı rayonunun Saqiyan kəndinin sakinləri olan bibisi, 90 yaşlı Manışaq Karoğlanova, əmisi Musa Kalaşev və atası İsaak Kalaşevin sözlərindən onun tərəfindən lentə alınıb. Toplunun 1899-cu ildə çapdan çıxmış 26-cı nəşrində "Zaqafqaziyada tatar xalq ədəbiyyatı" fəslində Ovçu Pirim haqqında rəvayət dərc edilmişdir. Bu məlumatlar Yelizavetpol quberniyasının Cavanşir qəzasının Mamırlı kəndində Zaqafqaziya Müəllimlər Seminariyasının şagirdi Musa Quliyev tərəfindən qeydə alınıb. Bu nağılın süjeti birincinin süjetindən tamam fərqli idi, ancaq hər iki nağılda Pirim ovçu idi. Fəslin ön sözündə Tiflis gimnaziyasının direktoru A. Boqoyavlenski yazırdı: Ovçu Pirim haqqında rəvayət nəcib hisslərin təsirli mübarizəsinin mənzərəsini verir: Nağıl 1935-ci ildə Hənəfi Zeynallının tərtib etdiyi və Moskvada professor Sokolovun redaktorluğu ilə nəşr olunan "Azərbaycan, türk nağılları" toplusunda çap olunub. Nağıl 1937-ci ildə Hümmət Əlizadənin "Dastanlar və nağıllar" kitabında çap olunub. Nağıl 1959-cu ildə Əhliman Axundovun redaktorluğu ilə "Azərbaycan nağılları" məcmuəsində çap olunub.
Ərgül Ovçu
Ergül Avcı Əroğlu – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının blokçusudur. Ergül Avcı karyerasına 2008-ci ildə Yaşılyurdda başlamışdır. Karyerası boyu Türkiyə Qadınlararası Voleybol Çempionatında fərli-fərqli komandalar da oynamışdır. Ən yaxşı günlərini isə VakıfBankda keçirimişdir. Bu komanda da CEV Qadınlar Çempionlar Liqasının da sahibi olmuşdur. 2009-cu ildən bəri çağrıldığı milli komandada debüt ilində Avropa liqasında gümüş medal qazanmışdır. 2013-cü ildə Aralıq dənizi oyunlarında iştirak edən Türkiyə voleybol yığmasının heyətində yer almışdır. Mersində keçirilən "Kiçik Olimpiya Oyunları"nda qazanılan gümüş medal Ergül üçün hələ ki, bu səviyyədə ən böyük nailliyyət idi.
Mövcud olmayan diyara qayıdış
Piter Pen 2 (ing. Piter Pan 2) — 2002-ci ildə istehsal olunmuş cizgi filmidir. 1953-cü ildə çəkilmiş Piter Pen cizgi filminin davamıdır. Digər adları "Mövcud olmayan diyara qayıdış" (ing. Return to Never Land) və "Piter Pen 2: Mövcud olmayan diyara qayıdış" (ing. Peter Pan 2: Return to Never Land) kimi səslənir. Cizgi filmi ingilis yazıçısı Ceyms Metyu Barrinin "Piter və Vendi" (ing. Peter and Wendy) əsəri əsasında hazırlanmışdır. Cizgi filminin DVD göstərilişi 20 avqust 2002-ci il tarixində baş tutmuşdur. Piter Pen 2 — Internet Movie Database saytında.
Azərbaycanda mövcud olmuş siyasi partiyalar
Azərbaycanda mövcud olmuş siyasi partiyaların siyahısı — Azərbaycanda fəaliyyət göstərmiş rəsmi dövlət qeydiyyatlı partiyaların siyahısı. Azərbaycanda siyasi partiyaların tarixi 1900-cü illərdən başlayır. O dövrdə Rusiya İmperiyasının Dövlət Duması yaradıldı və bu dumaya seçkilər təyin olundu. Bu proseslər siyasi partiyaların yaranmasına təkan verdi. Çar Rusiyasının süqutu və Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycanın ali qanunverici orqanı-Azərbaycan parlamentinin fəaliyyətə başlaması siyasi partiyaların fəaliyyətinə təkan verdi. 1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyəti 11-ci Qırmızı Ordu tərəfindən işğal edildi və bütün partiyaların fəaliyyətinə son qoyuldu. SSRİ dönəmində leqal olaraq tək fəaliyyət göstərən partiya Azərbaycan Kommunist Partiyası oldu. 1980-ci illərin sonundan etibarən xalq Kommunist Partiyasına və ümumiliksə hökumətə qarşı etiraz aksiyalarına başladı. Aksiyalarda etiraz əlaməti olaraq vətəndaşlar Azərbaycan Kommunist Partiyasının biletlərini cırırdılar və 1991-ci ilin sentyabr ayında partiya bütün strukturlarını buraxaraq ləğv olunduğunu elan etdi. SSRİ dönəmində qeyri qanuni şəkildə fəaliyyət göstərən bir neçə siyasi partiya və ya ictimai təşkilatlar da olmuşdur.