Azərbaycanda mövcud olmuş siyasi partiyaların siyahısı — Azərbaycanda fəaliyyət göstərmiş rəsmi dövlət qeydiyyatlı partiyaların siyahısı.
Azərbaycanda siyasi partiyaların tarixi 1900-cü illərdən başlayır. O dövrdə Rusiya İmperiyasının Dövlət Duması yaradıldı və bu dumaya seçkilər təyin olundu. Bu proseslər siyasi partiyaların yaranmasına təkan verdi.[1]
1980-ci illərin sonundan etibarən xalq Kommunist Partiyasına və ümumiliksə hökumətə qarşı etiraz aksiyalarına başladı. Aksiyalarda etiraz əlaməti olaraq vətəndaşlar Azərbaycan Kommunist Partiyasının biletlərini cırırdılar və 1991-ci ilin sentyabr ayında partiya bütün strukturlarını buraxaraq ləğv olunduğunu elan etdi.[4]
SSRİ dönəmində qeyri qanuni şəkildə fəaliyyət göstərən bir neçə siyasi partiya və ya ictimai təşkilatlar da olmuşdur. Bu təşkilatlar Rafiq Turabxanoğlu liderliyində 1960-cı illərdə yaradılan Azərbaycan Xalq Demokratik Partiyası, Azər Qasımzadə liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Dirçəliş Partiyası və 1990-cı idə Azərbaycan Xalq Partiyası ilə birləşməsindən yaranan Azərbaycan Xalq Dirçəliş Partiyası, Əbülfəz Elçibəy liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsi, Araz Əlizadə liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Sosial Demokrat Partiyası, 1990-cı ildə Rauf Arifoğlu və bir qrup şəxs tərəfindən yaradılan və Müsavat Partiyasının bərpasından öncə fəaliyyət göstərən Azərbaycan Milli Demokrat "Yeni Müsavat" Partiyası, Birlik Partiyası və Fəzail Ağamalı liderliyində 1990-cı ildə yaradılan Ana Vətən Partiyası olmuşdur.
Azərbaycan müstəqillik əldə etdikdən (18 oktyavbr 1991-ci il) sonra 66 siyasi partiya qeydiyyata alınıb. 1993-cü ildə həmin partiyalardan ikisi məhkəmə qərarı ilə ləğv edilib.
2021-ci ildə 6 partiya hakim Yeni Azərbaycan Partiyasına qoşulduğunu bildirib və qeydiyyata alınmış partiyaların sayı 58 olub.
2023-cü ildə “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra həmin 58 partiyadan 31-i ləğv barədə ərizə ilə Ədliyyə Nazirliyinə müraciət edib. Qalan 27 partiya yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.
↑1992-ci ildə Azərbaycanda fəaliyyəti təkrar bərpa olununcayadək mühacirətdə fəaliyyət göstərmişdir.[14][15]
↑1 ay sonra Ali Məhkəmənin qərarı ləğv edilmişdir.[20]
↑ 12Rəsmi dövlət qeydiyyatı olmayan Yeni Yol Partiyası 1992-ci ildə yaradılmış dövlət qeydiyyatlı Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası ilə 2022-ci il tarixində birləşmə qurultayı keçirərək vahid ad altında birləşdi. Lakin rəsmi sənədlərdə proses ad dəyişmə olaraq qeydə alındı.
↑1992-ci ildə yaradılmış Bozqurd Partiyasının 1995-ci ildə Ali Məhkəmə tərəfindən fəaliyyətinə son qoyulmasından sonra partiyanın əsasında 1999-cu ildə ad dəyişmə ilə yaradılmışdır.
↑Rəsmi qeydiyyatda olan 2 qanaddan biri — Hacı Hacıyevin sədrlik etdiyi qol fəaliyyətini dayandırdığını elan etdi, Rauf Qurbanovun sədrlik etdiyi qanad isə qeydiyyatın yenilənməsi üçün müraciət etmədi.
↑1992-ci ildə yaradılmış Demokratik Azərbaycan Dünyası Partiyası 2020-ci ildə adını Milli Həmrəylik Partiyası olaraq dəyişmişdir.
↑ 12Elçibəy höküməti tərəfindən SSRİ yönlü olduğu iddiasıyla AKP-nin fəaliyyəti dayandırılmışdır. AKP yeni AVKP adıyla siyasətə qayıtmışdır. AVKP 1995-ci ildə bağlandıqdan sonra Ramiz Əhmədov AKP olaraq siyasətə dönmüş, Sayad Sayadovun partiyası isə AVKP adını almışdır.
↑Seyidzadə D. B., Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar, B., 2004; Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat, B.. 1999; Вагирова И.С., Политические партии и организации Азербаиджана в начале XX века ,Б., 1997; Ахмедов А., Азербаиджанские тюркивреволюций1905года,Б.,2002.
↑Aslani S.ġ., Ġran "Ġctimaiyyun-amiyyun" (Mücahid) Partiyasına aid yeni sənədlər, ADU-nun Elmi əsərləri (tarix və fəlsəfə elmləri seriyası), 1973,
↑Seyid za d ə D., Azərbaycan XX əsrin əvvəllərində: müstəqillyə aparan yollar, B., 1998; Багирова И.С., Политические партии и организации Азербаиджана в начале XX века, Б., 1997; Ахмедов А., Азербаиджанские тюрки в революции 1905 г., Б., 2001.
↑;Багирова И.С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997;
↑Paşayev A., Haqqverilməz, alınar,"'Respublika" qəzeti,1990,22dekabr.
↑ 12Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Mustafayev Q., XX əsrin əvvəllərində Azərbaycanda Ġslam ideologiyası və onun tənqidi, B., 1973; Göyüşov A., Azərbaycanda Ġttihadçılıq, B., 1997; Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu — XX yüzilliyin əvvəlləri), B., 1999; Агамлиева Н., Худиев Р., Азербаиджанская Республика. Страницы политической истории. 1918–1920, Б., 1994.
↑ 12: Azərbaycan tarixi, 7 cilddə, c.5., B., 2001; Azərbaycan Cümhuriyyəti (1918–1920), B., 1998; Əfəndiyev S. M., Azərbaycan proletariatının inqilabi hərəkatı tarixindən, B.,1957; Багирова И.С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997;
↑Müsavat Partiyasının Proqram və nizamnamə sənədləri, Gəncə, 1993; Azərbaycantarixi,7cilddə, c.5, B.,2001;"GəncAzər"(Ġstintaqmateriallarıüzrə), B.,1993;