Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəlilkənd buzxanası
Cəlilkənd buzxanası — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində yerləşən buzxana. == Tarixi == Cəlilkənd buzxanası XIX əsrə aid tikilidir. Bu buzxanadan uzun zaman istifadə olunub. Kəndin girəcəyindədir, onun girişi cənubdandır. Dördkünc şəkildə inşa olunan tikili tağabənzər formada tamamlanıb. Ölkə əhəmiyyətli memarlıq abidələri sırasındadır. Əhali uzun zaman Cəlilkənd buzxanasından istifadə edib. Buzxana sonralar sıradan çıxsa da, kənddə aparılan kompleks quruculuq tədbirləri nəticəsində yenidən qurulub. Yenidənqurmadan sonra Cəlilkənd buzxanasında milli yeməklər hazırlanaraq təqdim olunacaqdır. 2015-ci ildə Cəlilkənd buzxanası yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Naxçıvan buzxanası
Naxçıvan buzxanası — Azərbaycanın ən böyük buzxanalardan biri. Naxçıvan buzxanası Naxçıvan şəhərində, İmamzadə kompleksinin yaxınlığında yerləşir. Planda düzbucaqlı formada olan buzxananın uzunluğu 20 m, eni 9 m, indiki halda hündürlüyü 9,6 m-dir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan buzxanasının səciyyəvi cəhətlərindəndir. Təxminən hər 3 m-dən bir qurulan çatmavari tağlararası boşluq çatma tağbəndlə örtülmüşdür. Kərpic hörgü cərgələri yükdaşıyan tağlara nisbətən şaquli vəziyyətdə yerləşdirilmişdir. Binanın örtük hissəsinin dağılmasına baxmayaraq, kərpic hörüklərindən görünür ki, tağların yuxarı hissəsində tağbəndlərin konstruksiyası dəyişir və çox güman ki, balaca tağbəndlərlə tamamlanır. Bu balaca tağbəndlər binanın əsas oxu boyu yerləşdirilmişdir. Naxçıvan buzxanasının yüksək memarlıq həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə (XII–XIV əsrlər) tikildiyini göstərir.
Ordubad Buzxanası
Ordubad şəhərinin mərkəzində XIV əsrə aid memarlıq abidəsi. XVIII əsrdə yenidən bərpa edilmişdir. Binanın ümumi sahəsi 166 m², zirzəmisinin daxili sahəsi 89,4 m²-dir. Buzxananın tikintisi bişmiş kərpic ( 20x20x5sm) və əhəng məhlulu ilə aparılmışdır. Bina daxili girişdə boyük otaqdan, 2 marşlı 36 pillədən (20x30sm) və buz saxlanılan zirzəmidən ibarətdir. Binanın ümumi hün. 11,32 m-dir. Binanın divarlarının qalınlığı 0,8 m-dir. Otağın tavanı düz səthli olub, zirzəminin tavanı çatma tağların hər biri 2,9 m məsafədə yerləşdirməklə iki qonşu tağın arasında çatma tağ tavan şəklində həll edilmişdir. Bu halda hörgü cərgələri, daşıyıcı tava perpendikulyar vəziyyətdə düzülmüşdür.