Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Möhtəşəm Yüzil (teleserial, 2011)
Möhtəşəm əsr (türk. Muhteşem Yüzyıl) — Türkiyənin Star TV telekanalında yayımlanan teleserial. Türkiyə kinematoqrafının son illərdəki ən məşhur tarixi teleserialı hesab olunur. Osmanlı sultanı Sultan Süleyman Qanuninin həyatından bəhs edən film Türkiyənin orta əsr tarixini, mədəniyyətini, o dövrün zadəganlarının həyat tərzini və adət-ənənələrini əks etdirir. Serial, təməl olaraq Osmanlı İmperatorluğu sultanı Qanuni Sultan Süleymanın və Xürrəm Sultanın həyatı, Xürrəm Sultanın övladları üçün girişdiyi taxt mübarizəsi və saray həyatı üzərində hazırlanmışdır. Rejissorluğunu Taylan qardaşlarının etdiyi, prodüserliyini Timur Savcının boynuna götürdüyü serialın ssenarisini 10 Aprel 2012-ci ilə-ölümünə qədər Məral Okay, ondan sonra isə Yılmaz Şahin yazmışdır. Seriallar 3.500.000 TL büdcəsiylə Türk televiziya tarixinin ən bahalı layihəsidir. İlk yayım tarixindən əvvəlki 5 aylıq müddət içərisində başlayan istehsal işləri üçün 2.100 m² sahəyə bir plato qurulmuş, 30 nəfərlik bir heykəltaraş və rəssam qrupu burada strukturların birə-bir eynisini inşa etmişdir. İyirmi altı yaşında bu böyük iqtidarı idarə etməyə başladığında, Sultan Süleyman önünə elə bir hədəf qoymuşdu ki; Böyük İsgəndərdən daha güclü və məşhur bir suverenlik quracaq və Osmanlını məğlubedilməz edəcəkdi. 1520-ci ildə bir ov gəzintisində aldığı, atası Yavuz Sultan Səlimin ölüm xəbəriylə taxta çıxan gənc Süleyman, xəyallarının kənarında bir iqtidarı idarə edəcəyinə bilmədən, Manisa'daki sarayında arvadı Mahidövran və oğlu kiçik Şahzadə Mustafanı buraxıb, yanında yaxın dostu, yoldaşı Parqalı İbrahim ilə yola çıxdılar.
Yuryel
Üryel (fr. Huriel) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Üryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03128. Üryel kəndi Fransanın coğrafi mərkəzi adı uğrunda 8 iddiaçıdan biridir 2008-ci ildə əhalinin sayı 2471 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1563 nəfər (15-64 yaş arasında) 1119 nəfər iqtisadi fəal, 444 fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə bu göstərici 69.1%). Fəal 1119 nəfərdən 1046 nəfər (572 kişi və 474 qadın) işləyir, 73 nəfər işsizdir (31 kişi və 42 qadın). 444 hərəkətsiz olan 109 nəfər arasında şagird və ya tələbə, 185 nəfər təqaüdçü, 150 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Əl-Muzil
Əl-Muzil (ər. المذل) — Allahın adlarından biri. Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir. Xor və alçaq edilmə, Allahın inkarçıları uğratdığı "dünya əzabı"nın bir hissəsidir. Bütün həyatlarını başqalarına nümayiş etdirmək, onlardan təqdir almaq üçün davam etdirən inkarçılar üçün 'xor və alçaq qılınma' son dərəcə böyük bir əzabdır. Allah Quranda dünyada verilən bu əzabın xüsusiyyətini belə bildirir: Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı saymışdılar və (buna görə) əzab da onlara gözləmədikləri yerdən gəldi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər! Allah bu xor və alçaq qılan sifətini möminlərin və xüsusilə də elçinin əliylə göstərər.
Müzzil şah (Kedah)
Paduka Şri Sultan Muzzil Şah ibni əl-Marhum Sultan Məhəmməd Şah (v. 1280) — dördüncü Kedah sultanı. Onun hakimiyyəti 1237–1280-ci illəri əhatə edir. O, dövlətin paytaxtını Kota Meryamdan Kota Sunqay Mas şəhərinə köçürmüşdür.