Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanım Yadigarlı
Xanım Vüqar qızı Yadigarlı (19 iyul 1994, Bakı) — azərbaycanlı jurnalist, Azərbaycan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Rəqəmsal İnnovasiyalar Mərkəzinin İctimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri. == Həyatı == Xanım Yadigarlı 1994-cü il iyulun 19-da Bakı şəhərində hərbçi ailəsində anadan olub. 2000–2010-cu illərdə Türk Dünyası Bakı Atatürk Liseyində təhsil alıb. 2010–2014-cü illərdə Bakı Kompüter Kollecinin "İnformasiya texnologiyaları mühəndisliyi" fakültəsində eyniadlı ixtisas üzrə təhsil alaraq İT üzrə mühəndis olmuşdur. Daha sonra isə 2016–2020-ci illərdə Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər və jurnalistika" fakültəsində "Jurnalistika" ixtisası üzrə ali təhsil almışdır. Xanım Yadigarlı həm də 2014-cü ildə "ANS" Şirkətlər Qrupunun və ABŞ-nin Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı nəticəsində yaranan Azərbaycan-ABŞ Jurnalistika Akademiyasında təhsil almışdır. 2021-ci il iyunun 1-dən ailəlidir.Azərbaycan, türk, ingilis və rus dillərini bilir. == Fəaliyyəti == Müxtəlif illərdə qiraət və dram dərnəkləri, habelə Hüseynqulu Sarabski adına Mədəniyyət Evinin üzvü olmuşdur. Xanım Yadigarlı peşəkar jurnalist kimi ilk dəfə əmək fəaliyyətinə 2011-ci ildə "ANS TV"də başlayıb. 17 yaşında işə başlayan Xanım Yadigarlı "ANS TV"də çalışdığı dönəm ərzində "Xəbərçi" və "Şoubiz" verilişlərinin aparıcısı, Xəbərlər departamentinin baş redaktoru, müxbir və prodüsser kimi fəaliyyət göstərib.
Yadigarlı (Sulduz)
Yadigarlı (fars. يادگارلو‎) — (azərb. Yeddiyarlı‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 607 nəfər yaşayır (137 ailə). Kənddə yaşayanların 100 % azərbaycanlılardır, ancaq bu kənddə azərbaycan türklərinin iki boyu yaşamaqdadır: — Avşarlar (Əfşarlar): Avşarlar bu kəndi səfəvilər çağında düzəldiblər və bu kənd keçmişdə Sulduz düzənliyinin başqa yerləri kimin onların məskəni imiş. — Qarapapaqlar (Tərəkəmələr): Ancaq sonradan azərbaycan hökmdarı olan Abbasmirzə Qacar, borçalıdan qarapapaqları Sulduza gətirərək burada məskunlaşdırdı.İndilikdə bu kənddə avşarlar və qarapapaqlar yaşamaqdadırlar. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, quşçuluq, ovçuluq, balıqçılıq və mal-qara saxlamaqdır. Habelə bu kəndin yaxınlığında Yeddiyarlı gölü yerləşir ki, minlərcə quş və balığın yaşayış yeridir və buraya çox gözəl görünüş verir. == Din == Kənddə İmamzadə Əhməd, İmamzadə Seyyid Bəyim və İmamzadə Mir Heydər türbələri var.
Əsrlərin yadigarı (film, 1967)
== Məzmun == Film qədim tarixi abidə, Abşeronun müdafiə qalalarından biri — Qız qalası haqqındadır.