Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yarımkol sekurineqa
Yarımkol flyuggeya (lat. Flueggea suffruticosa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin flyuggeya cinsinə aid bitki növü. Koreya, Mancuriya, Şimal-Şərqi Çin, Xabarovsk, Amur vilayətlərində bitir. Hündürlüyü 1,5-3 m olan, şaxələnmiş, çoxsaylı düz, çılpaq budaqlı, yarpağını tökən koldur. Yaşlı budaqları açıq-sarı, cavan budaqları isə yaşıldır. Cavan zoğları nazik, açıq-yaşıl və ya açıqyaşılımtıl-sarıdır. Govdələrinin qabığı boz rəngdədir. Yarpaqları növbəli düzülüşlü, ellipsvari və ya yumurtavaridən yumurtavari-lansetşəkilliyə kimi dəyişir, çılpaqdır, 2-7 sm uzunluqda, 0,6-3,5 sm enində, üstdən tünd və ya sarımtıl yaşıl, altdan açıq rəngdədir. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri yaşılımtıl-ağ, yaxud yaşılımtıl-sarı olub, ləçəksizdir.
Yarımkol flyuggeya

Yarımkollar
Yarımkollar — zoğunun yuxarı (otşəkilli) hissəsi veketasiya dövrünün axırında quruyub məhv olan, aşağı (odunlaşmış) hissəsində mühafizə olunan tumurcuqlar hesabına yerüstü hissəsi hər il təzələnən çoxillik bitkilər. Hündürlükləri adətən 80 sm-dək, nadir hallarda 150—200 sm olur. Yarımkollara yovşan, gəvən, şorangələr və s. daxildir. ASE, V cild, Bakı, 1981, səh.
Yarımton
Yarımton – çapda fotoqrafiyanın və başqa görüntülərin diametrləri müxtəlif olan çox kiçik, müntəzəm paylanmış “ləkələr” şəklində verilməsindən ibarət texnologiya; çapda onların qarışığından boz rəngin bu və ya digər çaları əmələ gəlir. Nəşriyyat işində istifadə olunan printerlərin çoxu (xüsusən, lazerli printerlər və fotoyığım maşınları) yarımton görüntülər çap edə bilər. Adi nəşriyyat işində yarımton, görüntünün xüsusi ekran vasitəsilə fotoşəklinin çəkilməsi yolu ilə alınır; görüntünün hər hansı nöqtəsinin çaları nə qədər tünd olarsa, alınan fotoşəkildə uyğun ləkələrin sayı da bir o qədər çox olacaq. Nəşriyyat proqramlarında yarımton ləkələr elektron üsulla yaradılır: boz rəngin hər bir səviyyəsi lazerli printerdə və ya fotoyığım qurğusunda çap edilən nöqtələr çoxluğu kimi göstərilir. Yarımton görüntünün keyfiyyətinə iki əsas amil təsir edir: printerin çözümlülüyü nə qədər çox olarsa, ləkələr arasındakı keçidlər də bir o qədər müntəzəm olacaq və boz rəngin bir o qədər çox səviyyəsini əks etdirmək mümkün olacaq, çünki hər bir ləkə nöqtələrin daha geniş diapazonu ilə göstərilə biləcək. (PostScript-uyumlu printerlərin ən geniş yayılmış çözümlülük qiymətləri bir düymə 300-dən 2540-dək nöqtə aralığında yerləşir). Yarımtonların ekran tezliyi verilmiş sahədə boz rəngin səviyyələrini göstərmək üçün istifadə olunan ləkələrin sayını müəyyən edir: adi nəşriyyat işində ekran tezlikləri bir düymdəki xətlərin sayı ilə, nəşriyyat proqramlarında isə bir düymdəki nöqtələrin sayı ilə ölçülür. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Halftone What is halftone printing?
Birmeyvəli sarıkol
== Təbii yayılması: == Aralıq dənizi sahilində, Şimali Amerikada, Cənubi Afrikada və İspaniyada yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 4 m-ə çatan, uzun sallanan budaqlara malik olan kol və ya alçaqboylu ağacdır. Çiçəklərinin ləçəkləri ağ rəngli olub, mərkəzi bənövşəyi-qırmızımtıl, incə və ətirli, gümüşü rəngli yarpaqların fonunda olduqca dekorativ görünür. Paxlaları uzunsov, hər iki tərəfi iti, toxumları açıq-darçını rəngdədir. Kök pöhrələri və toxumla çoxaldılır. == Ekologiyası: == Torpağa az tələbkar, quraqlığa davamlıdır, lakin, kütləvi çiçəkləməsi üçün vaxtaşırı suvarma tələb olunur. Şaxtaya davamsızdır, qış aylarında bitkinin kök boğazına qədər yerüstü hissəsi donur, lakin, yazda güclü pöhrə verərək bərpa olunur. == Azərbaycanda yayılması: == Dendrologiya İnstitutunun təcrübə sahəsinə introduksiya edilmişdir. == İstifadəsi: == Dekorativ bitki kimi yaşıllıqlarda istifadə oluna bilər. == Məlumat mənbələri == Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh.
Yarımnöv
Yarımnöv — bitki və heyvan sistematikasında növdən kiçik taksonomik kateqoriya. Yarımnöv сoğrafi (nadir halda ekoloji və ya geoxronoloji) populyasiyaların məcmusudur. Yarımnöv növün adına üçüncü söz (epitet) artırmaqla ifadə edilir. Məsələn, adi tülkü (Vulpes vulpes) növünün yarımnövü Orta Asiya tülküsüdür (Vulpes vulpes flavescens).[daha etibarlı mənbəyə ehtiyac var] ASE, V cild, Bakı, 1981, səh.