Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yarımkol sekurineqa
Yarımkol flyuggeya (lat. Flueggea suffruticosa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin flyuggeya cinsinə aid bitki növü. Koreya, Mancuriya, Şimal-Şərqi Çin, Xabarovsk, Amur vilayətlərində bitir. Hündürlüyü 1,5-3 m olan, şaxələnmiş, çoxsaylı düz, çılpaq budaqlı, yarpağını tökən koldur. Yaşlı budaqları açıq-sarı, cavan budaqları isə yaşıldır. Cavan zoğları nazik, açıq-yaşıl və ya açıqyaşılımtıl-sarıdır. Govdələrinin qabığı boz rəngdədir. Yarpaqları növbəli düzülüşlü, ellipsvari və ya yumurtavaridən yumurtavari-lansetşəkilliyə kimi dəyişir, çılpaqdır, 2-7 sm uzunluqda, 0,6-3,5 sm enində, üstdən tünd və ya sarımtıl yaşıl, altdan açıq rəngdədir. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri yaşılımtıl-ağ, yaxud yaşılımtıl-sarı olub, ləçəksizdir.
Yarımkol flyuggeya

Yarımton
Yarımton – çapda fotoqrafiyanın və başqa görüntülərin diametrləri müxtəlif olan çox kiçik, müntəzəm paylanmış “ləkələr” şəklində verilməsindən ibarət texnologiya; çapda onların qarışığından boz rəngin bu və ya digər çaları əmələ gəlir. Nəşriyyat işində istifadə olunan printerlərin çoxu (xüsusən, lazerli printerlər və fotoyığım maşınları) yarımton görüntülər çap edə bilər. Adi nəşriyyat işində yarımton, görüntünün xüsusi ekran vasitəsilə fotoşəklinin çəkilməsi yolu ilə alınır; görüntünün hər hansı nöqtəsinin çaları nə qədər tünd olarsa, alınan fotoşəkildə uyğun ləkələrin sayı da bir o qədər çox olacaq. Nəşriyyat proqramlarında yarımton ləkələr elektron üsulla yaradılır: boz rəngin hər bir səviyyəsi lazerli printerdə və ya fotoyığım qurğusunda çap edilən nöqtələr çoxluğu kimi göstərilir. Yarımton görüntünün keyfiyyətinə iki əsas amil təsir edir: printerin çözümlülüyü nə qədər çox olarsa, ləkələr arasındakı keçidlər də bir o qədər müntəzəm olacaq və boz rəngin bir o qədər çox səviyyəsini əks etdirmək mümkün olacaq, çünki hər bir ləkə nöqtələrin daha geniş diapazonu ilə göstərilə biləcək. (PostScript-uyumlu printerlərin ən geniş yayılmış çözümlülük qiymətləri bir düymə 300-dən 2540-dək nöqtə aralığında yerləşir). Yarımtonların ekran tezliyi verilmiş sahədə boz rəngin səviyyələrini göstərmək üçün istifadə olunan ləkələrin sayını müəyyən edir: adi nəşriyyat işində ekran tezlikləri bir düymdəki xətlərin sayı ilə, nəşriyyat proqramlarında isə bir düymdəki nöqtələrin sayı ilə ölçülür. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Halftone What is halftone printing?
Harri Potter və Yarımqan Prins (roman)
Harri Potter və Yarımqan Prins (ing. Harry Potter and the Half-Blood Prince) — Harri Potter haqqında kitabların altıncı tomu. Bu kitab Ginnesin rekordlar Kitabına dünyanın ən çox satılan kitabı kimi düşüb. 2005-ci ildə kitabın əsasında film ekran üzü gördü.
Harri Potter və Yarımqan Prins (film)
Harri Potter və Yarımqan Prins (ing. Harry Potter and the Half-Blood Prince) — Harri Potter seriyasnın altıncı kitab əsasında çəkilən film. == Məzmunu == Harri Potter və "Yarımqan Prins"də Voldemortun geri dönüşünü Sehr Nazirliyinin də qəbul etməsiylə artıq insanlar Harrini "Seçilmiş Insan" deyə çağırmağa başlayırlar. Bu vaxt Harri, özünə vəftiz atası Siriusdan miras mallar qaldığını öyrənir. Bu mallar, Simruq Ordeninin gizli qərargahı olan Grimmauld meydanındakı, Blek ailəsinin evi və yaşlı ev elfi Kriçerdir. Harry, professor Sneypin Qaranlıq sənətlərə Qarşı Müdafiə müəllimi olduğu xəbərini eşitdikdə çaşıb qalır. Sneypin yeri, Harry-nin fərqində olmadan müəllimlik etməsi üçün razı etdiyi Horace Slughorn doldurur. Bu bir baxıma Harrinin faydasına olmuşdur çünki; Slughorn, Harrini Sneypin istədiyindən daha aşağı bir OSS (Orta sehrbazlıq səviyyəsi) balı ilə FYBS (Faciəvi Yorucu sehrbazlıq imtahanları) Eliksir sinifinə qəbul edər. Beləcə Harry seherbaz (ölüm yeyənlərlə döyüşən cadugər) ola bilməsi üçün lazım olan dərsləri ala bilər. (Harrinin gələcəkdə etməyi düşündüyü tək peşə sehrbazlıqtır.
Harri Potter və Yarımqan Prins (film, 2009)

Sarışgöl
Sarışgöl — Azərbaycan Respublikasının Xocalı rayonununda göl. Şirin sulu axarlı göldü. Zardaxaç kəndi yaxınlığında, 1400 m. yüksəklikdə yerləşir. Hidronim sarışln (rəng) və göl sözlərindən düzəlib, “suyu sarı rəngə çalan göl” mənasındadır.
Yarımnöv
Yarımnöv — bitki və heyvan sistematikasında növdən kiçik taksonomik kateqoriya. Yarımnöv сoğrafi (nadir halda ekoloji və ya geoxronoloji) populyasiyaların məcmusudur. Yarımnöv növün adına üçüncü söz (epitet) artırmaqla ifadə edilir. Məsələn, adi tülkü (Vulpes vulpes) növünün yarımnövü Orta Asiya tülküsüdür (Vulpes vulpes flavescens).[daha etibarlı mənbəyə ehtiyac var] ASE, V cild, Bakı, 1981, səh.