Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tatarofobiya
Tatarofobiya (rus. Татарофобия) — Volqa, Sibir və Krım tatarlarına qarşı düşmənlik, nifrət, ayrı-seçkilik və ya qərəzl hisslər. Türkofobiyanın növü. Fərqli tatar xalqaların bir-biri ilə çaşdırması propaqanda tərəfindən istifadə olunur. Məsələn, propaqandada insanların cahilliyi istifadə edərək, Volqa tatarların nisbətən bərabər statusunu göstərilir ki, onları Krım tatarları ilə çaşdıranlar millətarası münasibətlərinin ümumiyyətlə müsbət olduğunu zənn etsinlər. Volqa tatarları tərifləyən və onları qardaş xalqı kimi göstərən qurumların üçün eyni zamanda Krım tatarlara qarşı tatarofobiya aktları törətməyi və həmçinin Volqa tatarlara qarşı düşmənçilik nisbətən az olması Krım tatarlara qarşı mövcud olan ksenofobiyanın bəraəti kimi istifadəsi qeyri-adi hal deyil. Krım tatar dili və Volqa tatar dili qıpçaq dillərinin ayrı qollarına aid olduğlarında baxmıyaraq, Sovet İttifaqı Krım tatar vətəndaş haqqları hərəkətinin Krımda onların muxtariyyatının bərpasının müraciətlərinə onlar üçün əvəzinə Tatarıstanda muxtariyyatın yaradılmasının təklifi ilə cavab verirdilər. 1944-cü ilin may ayındaki törədilmiş Krım tatarlarının deportasiyasından sonra, Sovet hökuməti Krım tatarları haqqında artıq mövcud olan stereotipləri yaymağa başlayıb. Bundan əlavə, hökumət onların "xain", "burjua", "kontr-inqilabçı" və Krım yarımadası ilə bağlı olmayan "monqol" olduqları bəyan edirdi. Partiya üzvlərin apardığı agitasiya deportasiyanın istiqamətləri olan yerlərdə yaşayan başqa vətəndaşları onlara qarşı olmağa təşviq edirdilər və bundan artıq, Krımın özündə onlara qarşı duyğuları yaymaq üçün konfranslar aparılırdı.
Aerofobiya
Aerofobiya — hər hansı bir hava vasitəsində uçmaqdan yaranan patoloji qorxudur. Bir insan təyyarələrdən qorxursa, başqa bir termin var - "aviafobiya". Amma gündəlik həyatda biz hələ də “aerofobiya” sözünü daha tez-tez istifadə edirik, çünki əksər hallarda biz başqa uçuş vasitələrindən istifadə etmirik, lakin təyyarə ilə ölkənin başqa bölgəsinə, hətta Yer kürəsinə qədər məsafə qət etməli oluruq. == Haqqında == Get-gedə aviosərnişinlər uçmaqdan daha çox qorxurlar. Bu, müxtəlif səbəblərdəndir. Leyden Universitetinin Niderland psixoloqu Lukas Van Qerven təyyarənin bortuna qalxmağa qorxan 5 min insanın davranışını tədqiq edib. Onun nəticələri belədir: Kişilər bu nəqliyyat vasitəsini idarə edə etmədiklərinə görə qorxurlar, deməli nəsə düz olmayanda situasiyaya nəzarət edə bilmirlər. Qadınlar isə gözlənilməz və nəzarət olunmaz emosiyalar yaradan situasiyalar, qəzalardan qorxurlar. Beləliklə, qadın və kişilər həm də qorxu zonalarına görə fərqlənirlər. Uçuş qorxusunun özü bizim dövrümüzdə kütləvi xarakter daşıyır : Van Qervenin tədqiqatlarının nəticələrini dərc edən La Stampa qəzetinin dəlillərinə görə bu hissi bizim müasirlərimizin 40%-i keçirir.
Akrofobiya
Akrofobiya (Yunan sözləri olan ἄκρον-ákron “ zirvə, ucqar nöqtə” φόβος, phóbos “ qorxu” deməkdir) — yüksəklikdən qorxmaqdır. Bu, məkan və hərəkətlə bağlı xüsusi fobiyalar qrupuna daxildir və oxşar müalicə üsulları vardır. == Səbəbləri == İnsanların əksəriyyəti hündürlüyə qalxdıqda, xüsusilə məkan kiçik və mühafizə olunmayan yer olduqda bu təbii qorxunu müəyyən dərəcədə hiss edirlər. Akrofobiyadan əziyyət çəkənlər hündür yerdə olduğu zaman həyəcanlanır və aşağı sağ-salamat düşə bilmək üçün özlərini təşvişə salmağa başlayırlar. Dünya əhalisinin 2-5 faizi akrofobiyadan əziyyət çəkir. Yüksəklik qorxusunu təsvir etmək üçün əksər vaxtlarda “ başgicəllənmə” sözü istifadə olunur ( lakin səhv olaraq), lakin bu, əsasən fırlanma zamanı baş verən əlamətdir. Bu, yüksək yerdən baxanda və ya hündür yerdən yaxud yüksək obyektdən dik baxanda baş verə bilər, lakin bunlar başgicəllənməsini təsvir etmək üçün yetərli deyil. Başgicəllənmə halı hansısa hərəkət olduqda ( məsələn, ayağa qalxdıqda, oturduqda, gəzdikdə) və ya vizual perspektivdə dəyişiklik olduqda (məsələn, aşağı çömbəlmək, pilləkanla yuxarı qalxdıqda və ya aşağı düşdükdə, pəncərədən hərəkət edən avtomobil və ya qatara baxdıqda) baş verir. Adətən, digər fobiyalar kimi akrofobiya da yüksəklikdə baş verən hadisə və ya travma ilə bağlı yaranır. Lakin, hazırkı tədqiqatlar bu izaha şübhə ilə yanaşır.