Tatarofobiya (rus. Татарофобия) — Volqa, Sibir və Krım tatarlarına qarşı düşmənlik, nifrət, ayrı-seçkilik və ya qərəzl hisslər. Türkofobiyanın növü.
Fərqli tatar xalqaların bir-biri ilə çaşdırması propaqanda tərəfindən istifadə olunur. Məsələn, propaqandada insanların cahilliyi istifadə edərək, Volqa tatarların nisbətən bərabər statusunu göstərilir ki, onları Krım tatarları ilə çaşdıranlar millətarası münasibətlərinin ümumiyyətlə müsbət olduğunu zənn etsinlər. Volqa tatarları tərifləyən və onları qardaş xalqı kimi göstərən qurumların üçün eyni zamanda Krım tatarlara qarşı tatarofobiya aktları törətməyi və həmçinin Volqa tatarlara qarşı düşmənçilik nisbətən az olması Krım tatarlara qarşı mövcud olan ksenofobiyanın bəraəti kimi istifadəsi qeyri-adi hal deyil. Krım tatar dili və Volqa tatar dili qıpçaq dillərinin ayrı qollarına aid olduğlarında baxmıyaraq, Sovet İttifaqı Krım tatar vətəndaş haqqları hərəkətinin Krımda onların muxtariyyatının bərpasının müraciətlərinə onlar üçün əvəzinə Tatarıstanda muxtariyyatın yaradılmasının təklifi ilə cavab verirdilər.[1][2][3]
1944-cü ilin may ayındaki törədilmiş Krım tatarlarının deportasiyasından sonra, Sovet hökuməti Krım tatarları haqqında artıq mövcud olan stereotipləri yaymağa başlayıb. Bundan əlavə, hökumət onların "xain", "burjua", "kontr-inqilabçı" və Krım yarımadası ilə bağlı olmayan "monqol" olduqları bəyan edirdi. Partiya üzvlərin apardığı agitasiya deportasiyanın istiqamətləri olan yerlərdə yaşayan başqa vətəndaşları onlara qarşı olmağa təşviq edirdilər və bundan artıq, Krımın özündə onlara qarşı duyğuları yaymaq üçün konfranslar aparılırdı. Krım Tatarların yarımadadaki izləri silinirdi. Məsələn, yaşayış məntəqələrin Krım tatar adları rus adları ilə əvəzlənilirdi. Mərkəzi Asiyaya deportasiya olunmuş Krım tatarlar xüsusi məskunlaşan statusu yaşayırdılar və dolayısıyla, onların haqqları, o cümlədən yaşayış yerlərinin ölçüsü, başqa vətəndaşlardan az idi.[4]
Tatarofobiya cəmiyyətdə və dövlət orqanlarda hələ də mövcuddur, lakin keçmişnən müqayisədə müasir dövürdə, o daha münaqişəlidir və dövlətin rəsmi siyasəti artıq deyil. Bunun nümunəsi, Ukraynanın Krım Muxtar Respublikasındaki Rusiya Konsulu olan Vladimir Andreyevin rus vətəndaşlardan SSRİ-n iki dəfə Qəhrəmanı Əhmədxan Sultan haqqında olan Haytarma filminə getməməyə tələbi idi. Bunun səbəbi, filmin onun fikirincə Krım tatarları yətərincə mənfi şəkildə göstərməməyi idi:[5][6]
Mən filmi izləməmişəm, lakin bilirəm ki, film tarixin saxtalaşdırılmasına əsaslanır, çünki onu istehsal edənlər Krım tatarlarıdırlar. |
Tarixən, Volqa tararları nümunəvi azlıq (ing. model minority) olaraq sayılırdı və onlara münasibət Krım tatarlarla müqayisədə nisbətən yaxşı idi. Halbuki, Volqa tatarlarına qarşı da xurafad mövcuddur və hətta Tatarıstanı tatarsızlaşmağa cəhdləri də var idi.[7][8]
2013-cü ildə Elmira Abdrazakova Miss Russia müsabiqəsində qalib gələndə, onun ünvanına etnik təhqirlər gəlirdi.[9]