Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yatrogen
Yatrogen (q.yun. ἰατρός — həkim + q.yun. γενεά — doğulmaq, törəmək) 1925-ci ildə ilk olaraq alman psixiatoru Bumke (Oswald Conrad Edouard Bumke) tərəfindən təklif olunmuş və xəstənin vəziyyətinin həkimin ehtiyatsız davranışından (fikirin xəstənin anlamayacaq xüsusi leksikondan istifadə etməklə) pisləşməsi mənasını verən tibbi termin. Yatrogen -zay tibbi iş deməkdir. Platonov qeyd edir ki, hansı sahədə çalışmasından asılı olmayaraq həkim yadında saxlamalıdır ki, onun hər bir sözü xəstəyə nalayiq (suggestiv) görünə bilər. Sonradan bu termin tibbdə geniş tətbiqini taparaq, həkimin ehtiyatsızlığı, savadsızlığı, səriştəsizliyi, səhlənkarlığı ucbatından xəstənin səhhətinə əlavə vurulmuş ziyan yartogen hal kimi qiymətləndirilməsinə qərar verilmişdir. Yatrogen hal ya reaksiya bəzən xəstənin bir neçə mütəxəssis tərəfindən müalicə olunmasından da yarana bilər. Qədim bir aforizimdə deyildiyi kimi: "Bir həkim yaxşıdır, iki pis, üç təhşətlidir". Yatrogen xəstəliklər ya arzuolunmaz hallar həkim tərəfindən xəstəyə təyin olunmuş dərman preparatlarının əlavə təsirlərindən də yarana bilər. Hər il dünyada 7 milyon xəstə yatrogen fəsadlardan əziyyət çəkir.
Tafrogen
Tafrogen (rus. тафроген, ing. taphrogen, tafrogen) — yun. taphros–quyu, çuxur – orta-okean silsilələrini göstərmək üçün təklif olunmuş termin.
Estrogen
Estrogen (alm. Östrogene‎) — qadınlarda əsasən yumurtalıqların follikulyar aparatı tərəfindən istehsal olunan steroid qadın cinsi hormonlarının alt sinfinin ümumi kollektiv adıdır. Həm də kişilərdə testislər və adrenal korteks və hər iki cinsdə digər ekstragonadal toxumalar (sümük, beyin, yağ toxuması, dəri və saç follikulları daxil olmaqla) tərəfindən istehsal olunur. == Ümumi məlumat == İnsanda üç növ estrogen var: estradiol, estriol və estron. Bədəndə androgenlərin mürəkkəb fermentativ reaksiyası nəticəsində əmələ gəlir: estradiol testosterondan, estron isə aromataza fermentinin təsiri altında androstenediondan əmələ gəlir. Estronun estradioldan daha zəif təsiri var və menopauzadan sonra onun səviyyəsi estradioldan üstündür. "Estrogen" adı bu hormonların dişi məməlilərdə vaginal epitelin proliferasiyasına, keratinləşməsinə və qismən desquamasiyasına səbəb olmaq qabiliyyətindən və kişiləri, yəni estrusu cəlb edən desquamating vaginal epitel tərəfindən xüsusi qoxu maddələrinin (feromonlar) sərbəst buraxılmasından irəli gəlir (estrus). Hədəf orqanların hüceyrələrində estrogen spesifik reseptorlarla (müxtəlif orqanlarda - uşaqlıq yolunda, vajinada, uretrada, süd vəzisində, qaraciyərdə, hipotalamusda, hipofiz bezində) kompleks təşkil edir. Reseptor - aqonist kompleksi genomun estrogen-effektor elementləri və mRNT, zülalların sintezinə və sitokinlərin və böyümə faktorlarının salınmasına səbəb olan xüsusi hüceyrədaxili zülallarla qarşılıqlı əlaqədə olur. Estrogen sinir sisteminə təsir edərək, nəticədə dişi məməliləri cütləşdirməyə təhrik edir.
Patogen
Patogen (yun. παθογένεια ← πάθος "əzab" + γενετική "yaradan") — istənilən mikroorqanizm (göbələklər, viruslar, bakteriyalar və d.), həm də başqa canlı varlıqda xəstəlik törədən, patoloji xarakter daşıya bilən zülal — priondur. Daha ümumi halda, patogen hər hansı bir orqanizm sisteminə zərər verə bilən və ya hər hansı bir xəstəliyin inkişafına səbəb ola biləcək hər hansı bir ekoloji amil kimi başa düşülür. Patogen mikroorqanizmlər öz sahibinə münasibətdə parazitlik edən mikroorqanizmlərdir (xüsusilə heyvanlarda bakteriyalar, bitkilərdə göbələklər). "Patogen" termini 1880-ci illərdə istifadəyə verilmişdir. Ümumiyyətlə, bu termin virus, bakteriya, protozoy, prion, viroid və ya göbələk kimi yoluxucu mikroorqanizm və ya agenti təsvir etmək üçün istifadə olunur. Bəzi qurdlar və həşərat sürfələri kimi kiçik heyvanlar da xəstəliyə səbəb ola bilər. Bununla belə, bu canlılara bir qayda olaraq, patogen deyil, parazit deyilir. Mikroskopik orqanizmlərin, o cümlədən mikroskopik patogen orqanizmlərin elmi tədqiqi ilə mikrobiologiya məşğul olur. Bu patogenləri cəlb edə bilən xəstəliklərin öyrənilməsiylə isə patologiya məşğul olur.