Alabuqa rayonu
Alabuqa rayonu (tatar. Алабуга районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-şərqində yerləşir.
İnzibati mərkəzi Alabuqa kəndidir.
== Coğrafiyası ==
Mendeleyev, Mamadış, Aşağı Kana, Tukay rayonları, Yar Çallı şəhəri və Udmurt Respublikası (Qraxovski və Kiznerski rayonları) ilə həmsərhəddir.
Bölgənin ən böyük çayları Kama, Vyatka, həmçinin onların qollarıdır (ümumi uzunluğu 20 km-dən çox):
Kama hövzəsi - Toyma, Tanayka, Yuraşka (Toyma qolu), Karinka, Kriuşa;
Vyatka hövzəsi - Umyak, Anzirka, Yuraşka (Adamka qolu).
Rayon ərazisində açıq boz, boz meşə torpaqlar üstünlük təşkil edir.
== Tarixi ==
Müasir Alabuqa rayonunun ərazisi X əsrin ikinci yarısında Volqa bolqarırının nəzarətində idi. 1236-cı ildə Batı xanın bolqarların torpaqlarını fəth etməyə müvəffəq olur və Alabuqanın ətraf əraziləri ilə birlikdə bölgə Qızıl Ordanın bir hissəsi olur. 1438-ci ildə Qızıl Ordanın süqutu nəticəsində inzibati olaraq 5 daruqa bölünmüş Kazan xanlığı qurulur.