Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşağı Yekmalə (Çaldıran)
Aşağı Yekmalə (fars. يكماله سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (9 ailə).
Yekşavə (Bükan)
Yekşavə (fars. يكشوه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 546 nəfər yaşayır (107 ailə).
Tripanasoma Persale
Tripanasoma Persale (lat. Trypanosoma percae )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən iri, uzunsov, ilanvari, öndən yastı, arxa kör çıxıntılı ensiz titrək membranlıdır. Qamçının sərbəst ucu nisbətən kiçikdir. Ön tərəfdə yerləşən dairəvi nüvənin eni bədənin enindən azdır. Kinetoplast bədənin arxa hissəsinə yaxın yerləşib. Bədədnin uzunluğu 22.0- 61.4, eni – 2.0-8.0, titrək membranın eni 0.5-0.9, qamçının sərbəst hissəsinin uzunluğu 3.4-17.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 0.2- 2.0, kinetoplastdan nüvəyə - 6.8-18.5, nüvədən ön qutaracağadək – 7.0-15.0, nüvəni uzunluğu 2.4- 6.1, nüvənin eni – 2.0- 6.8 mkm-dir. == Yayılması == Tripanasoma Persale Kür çayı, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Xanı balığının spesifik parazitidir.