Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yekəxana
Yekəxana (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Yekəxana (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Yekəxana su anbarı — İsmayıllı rayonu ərazisində su anbarı.
Yekəxana (Göyçay)
Yekəxana — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qaraməryəm tirəsinin ətəyindədir. Keçən əsrin əvvəllərində bu ərazidə Yekəxana Talib və Yekəxana İbrahim adlı iki kənd olmuşdur. 1870-ci ildə Pirsaat çayı yaxınlığında yaşamış yekəxana tayfası və bu tayfanın 72 ailədən ibarət Yekəxana Talib bəy; 32 ailədən ibarət Yekəxana İbrahimbəy adlı hissələrdən ibarət olması haqqında məlumat verilir. Oturaqlaşdıqdan sonra onlar iki kənd salmışdılar. Talib bəy və İbrahimbəy bu ailələrin başçıları olmuşlar. Sonralar oykonimin ikinci komponentləri ixtisar olunmuş, kəndin adı Yekəxana kimi rəsmiləşdirilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 752 nəfər əhali yaşayır.
Yekəxana (Qobustan)
Yekəxana — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı ilə Qobustan rayonunun Yekəxana kəndi Bədəlli kənd inzibati ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yekəxana kənd inzibati ərazi vahidi yaradılmışdır. Kənd keçmişdə İbrahimbəy də adlanmışdır. Yaşayış məntəqəsi XIX əsrdə Pirsaat çayı yaxınlığında yaşamış yekəxana tayfasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmış və bu tayfanın adı ilə adlandırılmışdır, İbrahimbəy bu ailələrin başçısı olmuşdur. Kənd Mərəzə yastanında yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1088 nəfər əhali yaşayır.
Yekəxana bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yekəxana su anbarı
Yekəxana su anbarı — İsmayıllı rayonu ərazisində Kürdmaşı kəndi ilə Göyçayın Yekəxana kəndi arasında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir. 1963-cü ildə istifadəyə verilmişdir. Ümumi həcmi 19 mln m³, faydalı həcmi 18.5 mln m³-dir. Suyunu kanalla Aşıqbayramlı su anbarından alır. İsmayıllı və Göyçay rayonlarında 1900 ha (1981-ci il) əkin sahəsinin suvarılmasında istifadə edilir. Wikimpaia ASE, V cild, Bakı, 1981, səh.
Meyxana
Meyxana — Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrı. Meyxanada iki və daha artıq meyxanaçı müşairə şəklində bədahətən söyləyir. Meyxananın quruluş xüsusiyyətləri bayatı, qoşma, gəraylı və başqa xalq, eləcə də, aşıq poeziyasının formalarına dəqiq olmasa da, meyxanının özünəməxsusluğu janra əlvanlıq artırır. Meyxanaya bu təkraredilməz görkəmi verən amil – müşayiətdə zərb alətinin metroritmik əsasının ostinat formullu təşkilidir. "Meyxana" sözü iki söz — "mey" (fars dili dialektlərinin birində "şərab", "sərxoşluq") və "xana" ("otaq" anlamı verir) sözlərinin birləşməsindən ibarətdir. Meyxanaçı Kərimin sözlərinə görə, meyxananın tarixi XVIII əsrin axırında yazıçı Seyid Hüseyn Sadiqin qardaşı Mirpaşa ilə bağlıdır. Bəzi musiqi mütəxəssisləri meyxananın təşəkkül tarixinin qədimlərə getdiyini bildirirlər. Tarix elmləri doktoru Təvəkkül Səlimov meyxanaların "ən azı 550–600 illik ənənəyə söykəndiyini" qeyd edir. Professor Nizami Tağısoy isə meyxanaların qam-şaman ənənələrindən və ozan-aşıq sənətindən yarandığını bildirir: Meyxana ilə təmaslaşan elementlər xalq tamaşalarından olan "Kos-kosa" oyununda da müşahidə edilir. Novruz bayramı ilə əlaqədar ifa olunan "Kosa-kosa" kimi yığcam süjet və struktur əlamətləri ilə seçilən xalq tamaşasında əksini tapan, incə yumorla cilalanan mətn, mətnə oynaq və emosional təsir aşılayan ritm, xüsusən də ifanın təkrarlanan nəqərat hissəsi meyxanaya məxsus elementləri yada salır.
Yekanat dehistanı
Yekanat dehistanı (fars. دهستان یکانات) — İranın Şərqi Azərbaycan ostanının mərənd şəhristanının ərazisinə daxil olan dehistan.
Baccharis texana
Baccharis texana (lat. Baccharis texana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Quercus texana
Quercus texana (lat. Quercus texana) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Salvia texana
Salvia texana (lat. Salvia texana) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Yekvan (Germi)
Yekvan (fars. لكوان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 408 nəfər yaşayır (82 ailə).
Daubentonia texana
Sesbania drummondii (lat. Sesbania drummondii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sesbaniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Daubentonia drummondii Rydb.
Yekan Kəhriz
Yekan Kəhriz (fars. یکان کهریز‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. Yekan farsca bir və vahid mənasında kəhriz isə su arxı və suyu bağlayan yerə deyilir. Yakan Kəhriz Yamçı bəxşinin qərbi, Əsl kəndinin şimalı, 5591 metrlik dağlara cənubda, şərqdən yuxarı yekanda yerləşir. bu kənd dağ ətəyində yerləşib Yekanat (Yekanlar) dehestanının mərkəzidir. Yekan Kəhrizdə 6 böyük tayfa vardır ki onların adları belədir: Çaylu tayfası Həmzəlu Yarğeybli Hasarlu Oğuzlu Qərəli Aşuri kətibələrində Əski şəhər Ulxu ətrafinda olan kəhrizlərdən söz gedib ki ehtimal verilir Yekanda çoxlu kəhrizlərin olduğu üçün mənzur bu kənd imiş. Yekanat əskidən ovlanma yeri olmuşdur eləki Müzəfərrədin şah vəliəhdlik dönəmində neçə dəfə ovlanmaq üçün buraya gəlmişdir. Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Teymurilərin bəzi savaşları bu sahədə olmuşdur. Məşrutə inqilabında Yekanlıların önəmli rolu varidi edləki Kəsrəvi yazır: Yekanat məşrutədə çoxlu zəhmətlər çəkmişlər. 2006-cı il məlumatına görə kənddə 2,118 nəfər yaşayır (526 ailə).
Rzaqulu xan Yekani
Rzaqulu xan Zal xan oğlu Yekani (fars. رضاقلی خان یکانی‎(?-?) — Mərənd hakimi. Rzaqulu xan Zal xan oğlu Yekani Mərənd şəhərində anadan olmuşdu. Mükəmməl hərbi təhsil almışdı. Nasirəddin şah və Müzəffərəddin şah Qacara xidmət etmişdi. Naib rütbəsindən sərtib rütbəsinədək yüksəlmişdi. Bir müddət Mərənd hakimi olmuşdu. Səttar Hacı Həsən oğlu ilə dost idi. Səttar zindandan azad olandan sonra Rzaqulu xan Sərtibin yanına gəlir. Rzaqulu xan Mərənd-Xoy-Salmas yolunun qarasoran rəisi idi.
Yuxarı Yekan (Mərənd)
Yuxarı Yekan (fars. يكان عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,156 nəfər yaşayır (303 ailə).
Mirzə Möhbəli xan Yekani
Möhbəli xan ibn Mirzə Məhəmmədtağı Yekani (1834-1890) — XIX əsr Azərbaycan şairi, Mərənd xanı. Möhbəli xan ibn Mirzə Məhəmmədtağı 1834-ci ildə Mərənd bölgəsinin Yekan mahalında anadan olmuşdur. Mir Qılınc xan Babanın törəməsindəndir. Naziməddövlə ləqəbini daşıyırdı. İbtidai təhsilini atasından almışdı. Təbrizdə mədrəsə təhsili aldıqdan sonra Mərəndə qayıdıb, yaradıcılıqla məşğul olmuşdur. Divanı var. Mirzə Möhbəli xan Yekani 1890-cı ildə vəfat edib. Mirzə Möhbəli xanın Cahangir xan adlı oğlu vardı.
Mirzə Nurulla xan Yekani
Mirzə Nurulla xan Yekani (1873-?) — İran Məşrutə hərakatının fəal üzvü. Mirzə Nurulla xan Ağa bəy oğlu 1873-cü ildə Yekan mahalının Yekan kəhrizi kəndində anadan olmuşdu. İbtidai təhsilini doğma kəndlərində almışdı. Şimali Azərbaycana gəlmiş burda bir müddət çalışmışdı. Mirzə Nurulla xan Məşrutə hərəkatına qoşulmuşdu. Qohumları Qoçəli xan, Baxşalı xan, Şirəli xan və başqaları ilə çiyin-çiyinə istibdada qarşı mübarizə aparmışdı. Mücahidlərə başçılıq etmişdi. Qaynaqlarda yazılır: “Qafqaz mücahidləri, beynəlmilçilərlə birlikdə Mirzə Nurulla xan Yekaninin və Qoçəli xanın başçılıq etdikləri mücahidlər Ələmdardan hərəkat edərək noyabrın 21-də Xoyun şimalında yerləşən Evoğlu kəndində toplandılar. Mücahidlərə qarşı göndərilmiş Maku qoşun hissələri bu kəndə yaxın olan Bilvar kəndində yerləşib mücahid dəstələrinin Xoya hərəkət etməsinə imkan verməli idilər. Lakin onlar mücahid dəstələrinin Xoya hücumunun qarşısını ala bilmədilər.
Salvia texana var. canescens
Salvia texana (lat. Salvia texana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Salviastrum texanum Scheele === Heterotipik sinonimləri === Salvia texana var. canescens A.Gray Salviastrum canescens (A.Gray) I.M.Johnst. Salviastrum texanum var.
Yekan-i Sadi (Mərənd)
Yekan-i Sadi (fars. يكان سعدي‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 694 nəfər yaşayır (161 ailə).
Çonqaralı-i Yekan (Urmiya)
Çonqaralı-i Yekan (fars. ‎چنقرالوی یکان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.403 nəfər yaşayır (428 ailə).
Ərəbli-i Yekan (Urmiya)
Ərəbli-i Yekan (fars. عربلوی یکان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 154 nəfər yaşayır (51 ailə).
Şəbxana (Kəleybər)
Şəbxana (fars. شبخانه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (10 ailə).