Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Severqin boğazı
Severqin boğazı — Sakit okeanda yerləşən boğaz Şikotan adasını Harimkotan adasınfan ayırır. Boğazın eni 29 km təşkil edir. Kuril adalarının Kiçik Kuril sıralaması arasında qərarlaşır. Boğaz rus kimyaçısı Vasili Mixayloviç Severqinin şərəfinə adlandırılmışdır.
Vasili Severgin
Vasili Mixayloviç Severgin (rus. Василий Михайлович Севергин; 8.9.1765, Sankt-Peterburq — 17.11.1826, Sankt-Peterburq) — Rusiya kimyaçı, mineraloq, geoloq, İmperator elmlər akademiyasının akademiki (1793). == Tərcümeyi-hal == Saray musiqiçisinin ailəsində anadan olmuşdur. O, İmperator elmlər akademiyasının nəzdindəki gimnaziyanı bitirdikdən sonra, 1785-ci ildə Sankt-Peterburq Elmlər Akademiyasının Akademik Universitetini bitirdikdən sonra, mineralogiyanı öyrənmək üçün Göttingen Universitetinə göndərildi. 1789-cu ildə təhsilini bitirdikdən sonra Sankt-Peterburqa qayıtdı. O, Elmlər Akademiyasında mineralogiya kafedrasında adyunkt seçildi, 1793-cü ildə isə Elmlər Akademiyasının mineralogiya şöbəsini akademik və professoru adına layiq görüldü. Mineraloq M.V.Severginın əsas məqsədi dəqiq müşahidələr idi. Çoxsaylı xatirələrini və məqalələrini rus dilində yazmışdır, bəziləri latın və fransız dilindədir. Məqalədə mineralogiya, fizika, kimya, Yer fizikası və kənd təsərrüfatı texnologiyasına aid olan əşyalar təsvir edilmişdir. Severgin öz işlərində, mineralogiya sahəsində Rene-Jüst Qayuinin və kimya sahəsində Lavuazyenin baxışlarından istifadə etmişdir.
Qətərin dövlət quruluşu
Qətərin dövlət quruluşu — 2003-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Qətər Əmirliyi mütləqiyyət formalı idarəetmə üsuluna malik monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1971) 3 sentyabrda qeyd olunur. Qətər Əmirliyinin yeni Konstitusiyası 29 aprel 2003-cü il tarixində qəbul edilmişdir. == İnzibati ərazi bölgüsü == Qətər Əmirliyi inzibati cəhətdən 7 bələdiyyəyə (Ad-Doha, Ar-Rayyan, Umm-Salal, Al Xor, Al-Vakra, Al-Dayyan və Aş-Şamal) bölünür. == Dövlət başçısı == Hakim ailənin 3 minlik kişi üzvləri arasından seçilən Qətər Əmiri, mövcud Konstitusiyaya görə ölkədə milli və dini birliyin rəmzi, milli müstəqilliyin və ərazi bütövlüyünün, habelə vətəndaşların hüquqlarının ali təminatçısı, dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanıdır. Qətər dövlətini beynəlxalq münasibətlərdə ali səviyyədə təmsil edən Əmir, icraedici və qanunvericilik hakimiyyətlərinin həyata keçirilməsində də müstəsna səlahiyyətlərə malikdir. Bir qayda olaraq, bütün mülki və hərbi qulluqçuların təyinatı, habelə Müdafiə Şurasının formalaşdırılması və Konstitusiya ilə nəzərdə tutulmuş digər səlahiyyətlər dövlət başçısı tərəfindən həyata keçirilir. Əmir öz fərmanı ilə Məhkəmənin istənilən qərarını ləğv edə bilər. == Qanunverici hakimiyyət == Dövlət başçısı tərəfindən təyin olunan 35 üzvdən (zəruri hallarda Əmir öz istəyi ilə Məşvərət Məclisinin üzvlərinin sayını qeyri-məhdud sayda artıra bilər) ibarət birpalatalı Məşvərət Məclisi (Məclis əl-Şura) Əmirin rəhbərliyi altında ölkədə qanunvericilik hakimiyyətini həyata keçirməkdə nisbi və məhdud səlahiyyətlərə malikdir.
Qətərin İraq səfirliyi
Qətərin İraq səfirliyi — Qətərin İraqndakı diplomatik nümayəndəliyidir. Paytaxtda - Bağdad şəhərində yerləşir. Qətərin İraqdakı fövqəladə və səlahiyyətli səfiri 2015-ci ildən Zayed əl-Hayaridir == Fəaliyyəti == Qətərin İraqdakı səfirliyi Səddam Hüseynin Küveytə hərbi müdaxiləsinə cavab olaraq 1990-cı ildə bağlanmışdır. Yalnız bundan 25 il sonra 2015-ci ildə fəaliyyəti yenidən bərpa olunmuş və bu müddət ərzində ilk dəfə olaraq Qətər əmiri şeyx Təmim bin Həməd Əl-Saninin fərmanı ilə Zayed əl-Hayarini ölkənin İraqdakı səfiri təyin olunmuşdur.
Qətərin HƏMAS-a dəstəyi
Qətərin HƏMAS-a dəstəyi — Qətər dövlətinin Fələstinin HƏMAS silahlı təşkilatına dəstəyi. Qətər HƏMAS-ın əsas maliyyə dəstəkçisi və müttəfiqidir. Qətər HƏMAS-a 1,8 milyard dollardan çox vəsait köçürmüşdür. 2012-ci ildə HƏMAS lideri Xalid Məşəl Suriyadan Qətərə köçəndə Qətər HƏMAS partiyasının rəhbərliyinə ev sahibliyi etmişdi. HƏMAS-ın hazırkı rəhbəri İsmayıl Həniyə 2016-cı ildən Dohada yaşayır. Qətər HƏMAS-ın ən mühüm maliyyə dəstəkçisi və xarici müttəfiqi adlandırılmışdır. == Tarixi == 2007-ci ildə qruplaşma Fələstin İdarəsini Qəzzə zolağından devirdikdən sonra Qətər Türkiyə ilə birlikdə HƏMAS-ı dəstəkləyən yeganə ölkə idi. 2008-ci və 2009-cu illərdə Xalid Məşəl Doha Sammitinə dəvət olunmuş, burada o zamankı Qətər əmiri Həməd ibn Xəlifə Sani ilə yanaşı oturmuş, Sani İsrailin Qəzzəyə qarşı müharibəsində İsrailin vurduğu ziyanı bərpa etmək üçün 250 milyon dollar vəd etmişdir. Bundan sonra HƏMAS və Qətər arasındakı əlaqələr möhkəmlənmişdir. Bu hadisələr Qətərin "Fələstin məsələsində" əsas oyunçuya çevrilməsinə səbəb olmuşdur.
Eberqin binası (Rostov-na-Donu)
Eberqin binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Serafimoviç küçəsi, ev 76 ünvanında yerləşir. Binada konstruktivizm stilinə sahibdir. Bina 1934-cü ildə inşa edilmişdir. Regional əhəmiyyətli mədəni irsi siyahısına daxil edilmişdir. == Tarixi == Rostov-na-Danu ərazisində məşhur rostovlu arxitektor Lev Leonidoviç Eberqin layihəsi əsasında inşa edilmişdir. O, Rostov-na-Donu şəhərində bir çox tarixi binaların layihə müəllimidir. 1932-ci ildən Rostov-na-Donuda yaşayan arxitektor. Teatralnı meydanında yerləşın M. Qorki adına Rostov Akademik teatrının tikintisinə öz töhfəsini vermişdir. Onun layihəsi əsasında «Rostov» mehmanxanası, «Rusiya» kinoteatrı, "Zolotoy Kolos" yaşayış binası və s.