Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yorğunluq sindromu
Xroniki yorğunluq sindromu — XX əsrin tibb praktikasında kəşf olunan xəstəliklərdən biri. Etiologiyası tam məlum deyil. Geniş yayılmış bu xəstəlik hələ 1930–1950-ci illərdə ABŞ və Avropada qeydə alınıb. 80-ci illərin əvvəllərində Amerika alimlərinin araşdırmaları sindromun təbiətini müəyyən qədər öyrənməyə və onu mövcud xəstəliklərin siyahısına daxil etməyə imkan verdi, lakin bu günə qədər xəstəlik haqqında bir çox müəmmalar mövcuddur. Xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə həkim Pol Çeyni tərəfindən təsvir edilmişdir. Bu xəstəlik cavan ali təhsilli adamlar arasında geniş yayıldığı üçün onu bəzən məcazi mənada "cavan karyeristlərin qripi" də adlandırırlar. ABŞ-də aparılan araşdırmalara əsəsən ölkədə 10 milyonadək insan bu sindromdan əziyyət çəkir. Psixoterapevtlərin fikrincə əgər insan gün ərzində işi 10 saatdan çox fikirləşirsə, bu artıq xroniki yorğunluq sindromudur. Alimlər bu xəstəliyin yaranma səbəblərini axtarmağa çalışdığı bir vaxtda bu xəstəlik epidemiya kimi geniş yayılır. Mütəxəssilərin fikrincə xroniki yorğunluq sindromu immunəsəb sisteminin pozulması ilə yaranır.
Xroniki yorğunluq sindromu

Pozğunluq
Pozğunluq — cəmiyyətin qəbul edən adətləri, moral prinsipləri və yüzilliklərlə formalaşmış normaları inkar etməkdir.
Durğunluq dövrü
Durğunluq dövrü (rus. Период застоя) — SSRİ tarixində L.İ.Brejnevin hakimiyyətə gəlməsindən (1964) Sov.İKP-in XVII qurultayına (fevral 1986), daha dəqiq — 1987-ci ilin yanvar plenumuna qədər olan dövrü əhatə edən, ondan sonra cəmiyyətin bütün sferalarında keçirilən irimiqyaslı islahatlarla nəticələnən siyasi ifadə. == Durğunluq dövründə mədəniyyət == === Ədəbiyyat === Müharibə mövzusunda yazan yazıçılar arasında ən məşhuru əvvəlki kimi Konstantin Simonov qalır, o "Dirilər və ölülər" trilogiyasını yazmaqda davam edir. Romanın ikinci və üçüncü hissələri – "Heç kim əsgər doğulmur" (1964) və "Son yay" (1970) işıq üzü görür. Müharibə haqqında ədəbiyyatda Y.V.Bondarevin ("Hərarətli qar" 1969), B.L.Vasilyevin ("Burada üfüqlər sakitdir" 1969) böyük əməyi olmuşdur. Lakin heç də yazıçıların hamısı əsərlərini maneəsiz şəkildə nəşr etdirmək imkanına malik deyildi. "durğunluq" dövründə yazılmış əsərlərin əksəriyyəti yalnız "Yenidənqurma" illərində işıq üzü gördü. Durğunluq illərində sovet mətbuatı artıq Aleksandr Soljenitsının əsərlərini çap etmişdi. Onun əsərləri xaricdə çap edilir. Bu, sovet rəhbərliyini olduqca əsəbiləşdirirdi.
Psixoloji pozğunluq
Psixi pozuntu (mental pozuntu, ruhi xəstəlik) — geniş mənada normal, sağlamdan fərqli bir psixi vəziyyət. Hüquq, psixiatriya və psixologiya kimi sahələrdə bu terminin daha özəl mənası var. Psixi pozğunluğun əksi psixi sağlamlıqdır. Həyat şəraitinə uyğunlaşa bilən, həyat problemlərini həll edə bilən insanlar adətən psixi cəhətdən sağlam qiymətləndirilir. Əgər bu qabiliyyətlər məhduddursa və insan şəxsi, ailə həyatında və ya işdə gündəlik işlərinin öhdəsindən gələ bilmirsə, şəxsi məqsədlərinə nail ola bilmirsə, onda bu və ya digər dərəcədə psixi pozğunluqdan danışmaq olar. Psixi pozğunluq hisslər, düşüncələr, davranışlar sahəsində dəyişikliklərə və pozğunluqlara səbəb olur və bununla yanaşı, bəzi ifadələrə görə, demək olar ki, həmişə bədənin somatik funksiyalarında dəyişikliklər olur. Uğurlu psixoloji və dərman müalicəsinin yaradılması tibb və psixologiyanın əməkdaşlığı və psixi pozğunluqları müxtəlif perspektivlərdən nəzərdən keçirməklə mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər dördüncü-beşinci insan psixi və ya davranış pozğunluğuna malikdir. Bir çox psixi pozğunluqların səbəbləri tam başa düşülmür. Bir sıra əlamətlər var ki, onlar görünəndə mütəxəssislər peşəkarlardan kömək istəməyi tövsiyə edirlər.
Durğunluq dönəmi Osmanlı sədrəzəmləri
== Quruluş dövrü == Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Yüksəliş dövrü == Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. == Durğunluq dövrü == Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. == Geriləmə dövrü == Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Dağılma dövrü == Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Durğunluq dövrü Osmanlı sədrəzəmləri