Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yuxusuzluq
Yuxusuzluq
Yuxusuzluq (film, 2002)
Yuxusuzluq ( Insomnia ) — Kristofer Nolanın detektiv trilleridir, Erik Şoldberqin eyni adlı Norveç filminin remeykidir. Film Alyaskanın Naytmut adlı kiçik şəhərində baş verir. Şəhərin dinc həyatı 17 yaşlı Kay Connellin (Crystal Lov) öldürülməsi ilə pozulur, onun cəsədi isə poliqonda tapılır. Bu işi araşdırmaq üçün polis detektivləri Uill Dormer (Al Paçino) və Hap Exart (Martin Donovan) Los Ancelesdən Alyaskaya gəlirlər. Onlara yerli polis, Dormerin istintaq işlərinin həvəskarı olan gənc detektiv Elli Burr (Hilari Suonk) kömək edir. Vəziyyət əvvəlki işlərindən birini araşdıran Dormerin, şübhəlilərdən birinə qarşı dəlil uydurdurması və həbs olunması faktı ilə daha da ağırlaşır. Lakin Exart bu barədə xəbər tutur və Dormerin toxunulmazlığı üçün Los-Ancelesə qayıtdıqdan sonra ona qarşı ifadə verəcəyini vəd edir. Polis əməkdaşları öldürülən Kayın çantasını qayıq stansiyasında tapırlar. Dormer, bu çantanın axtarışı barədə radioda reklam verməyi və "canlı yem" üsulu ilə qatili tutmağı əmr edir. Pusqu qurduqları zaman bir şübhəli hadisə yerinə gəlir.
Yuxusuzlar
Yuxusuzlar (ing.Nighthawks) — məşhur ABŞ rəssamı Edvard Hopper tərəfindən 1942-ci ildə çəkilmiş rəsm əsəri. Bu rəsm əsəri Edvard Hopperin ən məşhur əsəri və ABŞ incəsənətinin ən tanınmış işlərindən biridir. Rəsm əsərində gecəyarısı kafedə oturan bir neçə nəfər təsvir olunmuşdur. Rəsm əsərinin adı olan "Nighthawks" ingilis dilindəki "Night Owl" (Gecə bayquşu) ifadəsindən yaranmışdır. Hopper bu ifadə ilə gecəyarısına qədər yatmayan insanları təsvir etmək istəmişdir. Hopperin evinin yerləşdiyi Manhettindəki Qrinviç Villasınını yaxınlığındakı kiçik bir kafe ona ilham vermişdir. Rəssam bu işinə Pörl-Harbora hücum hadisəsindən sonra başlamışdır. Bu hadisədən sonra ölkə üzərinə çökən ab-hava rəsmdə də əks olunmuşdur. Əsərdə küçədə heç bir insan yoxdur və restoranın içində olanlar isə danışmırlar. Hərəsi öz düşüncəsinə qapılmış kimidir.