Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çırpılı
Çırpılı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 36 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Çirpili kimi qeyd edilmişdir. Toponim «quru budaq, kol qırıntısı» mənasında işlənən çırpı sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Crapi, sonra Nerkin Crapi qoyulmuşdur.
Kirpili çayı
Kirpili — Rusiyanın Krasnodar diyarında çay. Çay Kuban-Azov düzənliyin mərkəzindən axır. Çayın uzunluğu— 202 km-dir. Su toplayıcı hövzənin sahəsi isə — 2650 km²-dir. Kirpili sözü türk dillərindən leksema olub körpü deməkdir. == Ümumi məlumat == Kirpili çayının mənbəyi Ust-Labins rayonun Ladojski stansiyasınnda 8 km şimal-qərbdə yerləşən Yujnu qəsəbəsi yaxınlığındadır. Çayın mənsəbini dəqiq müəyyənləşdirmək olmur. Kirpili çayı Kirpili liman bataqlığına tökülür. Bu ərazi Primorsko-Axtarski rayonun Stepnoy stansiyası yaxınlığındadır. Çay suyu öncə bataqlıqla, daha sonra limanla axır.