Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gözdə kimyəvi zədələnmə
Gözdə kimyəvi zədələnmə — gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verir. Bədənin müxtəlif lokalizasiyalı kimyəvi yanıqları içərisində ən qorxulusu gözlərin kimyəvi yanıqlarıdır. Göz almasının zədələnməsi yanmış gözdə görmə qabiliyyətinin tam itməsindən başqa, zədələnməmiş gözdə bir neçə müddət sonra simpatik iltihab adlanan səbəbdən görmə qabiliyyətin zəifləməsi də baş verə bilər. Bundan əlavə bir qayda olaraq, gözlərin kimyəvi yanıqlarında zədələyici amilin bir hissəsi gözləri əhatə edən toxumalara tökülərək ağır kosmetik defektlər ilə nəticələnir. Gözlərin kimyəvi zədələnməsi kəskin, bəzən dözülməz ağrı, göz yaşının axması, kəskin başlayan (bəzən müvəqqəti) zədələnmiş gözdə görmə qabiliyyətinin pozulması müşayiət olunur. Bəzən qısa müddətli şüur itməsi də müşahidə olunur. == Həmçinin bax == Yanıq; Kimyəvi yanıqlar; Göz; Görmə siniri; Zədə; Korluq; Sarğı (tibbi); Oftalmologiya.
Kəllə-beyin zədələnməsi
Kəllə-beyin zədələnməsi, Kəllə-beyin travması (qısaca KBT, yun. τραύμα — zədə), adından göründüyü kimi hər hansı bir zərbə nəticəsində kəllə və baş beyinin müştərək zədələnməsi deməkdir. Kəllə-beyin zədələnməsi açıq və qapalı olmaqla iki yerə bölünür. Zərbə nəticəsində kəllə qapağının tamlığının pozulması ilə müşayət olunarsa onda bu açıq kəllə-beyin zədələnməsi, əks təqdirdə isə qapalı kəllə-beyin zədələnməsi adlanır. Kəllə-beyin zədəsi almış hər bir kəs nevroloji simptomların meydana çıxıb — çıxmamasından asılı olmayaraq beyin qanaxması kimi fəsadlaşmanı vaxtında müəyən etmək üçün hospitalizə olunmalı və daimi nəzarətə götürülməlidir. Adından göründüyü kimi nəqliyyat və iş qəzaları, idman travmaları nəticəsində kəllənin almış olduğu zədələr nəticəsində baş verir. === Qiymətləndirilməsi: === Kəllə-beyin zədələnməsinin ağırlıq dərəcəsi Qlasqo-Koma şkalası üzrə təyin edilir. < 4 bal = 85% dəyişkən vegetativ status < 8 bal = ağır beyin funksional pozğunluq > 11 bal = 5–10% dəyişkən vegetativ status, 85% bərpa olunan zəif funksional pozğunluq == Klinik formaları == Beyin silkələnməsi — bu zaman beyinin funksiyasına təsir edəbiləcək pozğunluq aşkar edilmir. Meydana çıxmış simptomlar bir neçə gün ərzində itib getmiş olurlar. Beyin zədələnməsi: yüngül, orta və ağır dərəcəli olur.
Qarabağ münaqişəsi zamanı zədələnmiş Azərbaycan tikililərinin siyahısı
Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısı — Qarabağ, eyni zamanda onun ətrafında yerləşən Azərbaycan ərazilərində Birinci və İkinci Qarabağ müharibələri zamanı qismən və ya tamamilə dağıdılmış talan edilmiş və ya hər hansı bir şəkildə zərər çəkmiş tarix-memarlıq abidələrini əks etdirən siyahı. Siyahının hazırlanması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatına alınmış daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısından istifadə edilmişdir. Tarix və memarlıq abidələri qeydiyyata alınma prinsipinə uyğun olaraq, dünya, ölkə və yerli əhəmiyyətliyinə görə üç başlıqda göstərilmişdir. Cədvəllərdə abidələrinin sıralanma nömrəsi, adı, ünvanı ilə yanaşı qısa təsvir bölməsində tarixi və müvafiq mənbələr əsasında dağıdılması haqqında məlumatlar, mümkün şəkli (dağıdıldıqdan sonra və ya əvvəl) və dəqiq koordinantları qeyd edilmişdir. Eyni zamanda, siyahıya müharibələr zamanı yuxarıda qeyd edilmiş ərazilərdə dağıdılmış və ya ziyan görmüş monumental-heykəltəraşlıq nümunələri və muzeylər də daxil edilmişdir. Erməni komandiri Arkadi Ter-Tadevosyanın dediyinə görə, 1992-ci ildə Şuşa işğal edildikdən sonra şəhər yaxınlıqdakı Xankəndindən olan ermənilər tərəfindən talan və məhv edilmişdir. Ter-Tadevosyan demişdir ki, Qarabağ erməniləri azərbaycanlıların geri dönməməsi üçün evləri yandırmışdır. 2002-ci ildə, şəhərin erməni qüvvələri tərəfindən işğal edilməsindən on il sonra, şəhərin təxminən 80%-i xarabalıq halında idi. Ermənilər Şuşadan olan üç azərbaycanlı musiqiçi və şairin tarixi büstlərini də söküb satmışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) araşdırma missiyası 2005-ci ildə Füzuli şəhərinə səyahət etmiş və şəhərin xarabalıq olduğunu bildirmişdir.