Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zərərvericilər
Zərərvericilər Zərərvericilərin kütləvi artan ərazi, oradan isə yayılaraq yeni əraziləri fəth etməsi. İnsanın və kənd təsərrüfatı heyvanlarının transmissiya xəstəliklərinin hər hansı bir ərazidə uyğunlaşma qanunauyğunluğu (məs., ensefolit gənəsi). Burada həmin xəstəliklərin fasiləsiz dövr etməsində iştirak edən orqanizm növləri məskən salır. Zərərvericiləri məhv etmək və ya onların sayını tənzimləmək üçün təbiətə xəstəlik törədən zərərvericilərin düşmənindən istifadə edilməsi. Zərərvericilərin (cücü, gəmirici və b.) sadə mexaniki vasitələrin (aldadıcı, tələ, quyu) köməyi ilə və ya əl ilə məhv edilməsi. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” nəşriyyatı.
Bal arısının zərərvericiləri
Bal arısının zərərvericiləri - Varroa destructor (Parasitiformes), Acarapis woodi (Trombidiformes) kimi növlər bal arısının əsas zərərverici gənələridir. == Varroa destructor == Varroa destructor Anderson & Trueman, 2000 zərərverici gənəsi həm Apis mellifera, həm də Apis cerena arılarında parazitlik edir. Dişi gənənin uzunluğu 1,1-1,2 mm, eni isə 1,6-1,7 mm olub, bədəni qırmızımtıl qəhvəyi rəngdə və yastı olur. Əsasən arıların qarıncıq hissəsinin halqaları arasına yapışır və buradan arının hemolimfası ilə qidalanaraq yaşayır. Dişi gənələr içərisində erkək və işçi arıların sürfələri olan yuvalara girərək sürfə qidası ilə qidalanırlar. Yuvanın ağzı bağlandıqdan 60-70 saat sonra yumurta qoymağa başlayırlar. Bir dişi gənə 4-6 yumurta qoyur ki, bunlardan da 4 ədədi həyatda qala bilir. Yumurtaların birindən erkək, digər üçündən isə dişi varroalar çıxır. Varrotoz olan arı ailələrinin məhsuldarlıq qabiliyyəti aşağı düşür, bir sıra viruslu və nozematoz kimi xəstəliklərin yaranmasına şərait yaradır. === Mübarizə üsulları === Arıçılar varroa gənəsi ilə mübarizədə planlı şəkildə həyata keçirilən kimyəvi və bioloji mübarizə üsullarından istifadə edirlər.