Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zərgəran
Zərgəran — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Zərgəran kəndi Tircan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Bizlan kəndi olmaqla, Bizlan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Əhalisi 65 nəfərdir ki onunda 30 nəfəri kişi, 35 nəfəri qadındır.
Bərqvuran
Bərqvuran (lat. Thaleropis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin nimfalidlər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyətləri == Əsasən elədə iri kəpənəklər deyil. Ön qanadları sarı-qırmızı rəngdə olsa da, üzərində nöqtələr vardır. Arxa qanadları sarı-qəhvəyi olur.
Rəfiq Ərduran
Rəfiq Ərduran (türk. Refik Erduran 13 fevral 1928-ci il Üsküdar, İstanbul, Türkiyə — 7 yanvar 2017-ci il Ədirnə, Türkiyə. Vəfatından iki gün sonra İstanbuldakı Zəncirliquyu qəbiristanlığında dəfn olunmuşdur.) — Türkiyəli dramaturq, yazıçı, köşə yazarı. Otuz tamaşa yazmış və səkkiz kitab müəllifi olmuşdur. İyirmi il köşə yazarı kimi fəaliyyət göstərmişdir. Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən "Ən Uğurlu Dramaturq" və Türk Jurnalistlər Cəmiyyəti tərəfindən "Ən Uğurlu Yazıçı" adına layiq görülmüşdür. Dörd dəfə evli olmuş, dörd övlad atasıdır. Erduran Koreya müharibəsi dövründə hərbi tərcüməçi kimi xidmət etmişdir. 1986-2017-ci illər arasında Beynəlxalq Teatr İnstitutu Türkiyə Mərkəzinin sədri olmuşdur. 13 fevral 1928-ci ildə İstanbulun Üsküdar məhələsində Hüsaməttin Ərduran və həyat yoldaşı Rəfiqənin ailəsində anadan olmuşdur.
Tervuren muzeyi
Mərkəzi Afrika Kral Muzeyi və ya Tervuren muzeyi (nid. Koninklijk Museum voor Midden-Afrika (KMMA)) — Tervuren (Belçika) şəhərində etnoqrafiya və təbiətşünaslıq muzeyi. Muzey 1897-ci il Belçikada Ümumdünya sərgisinə tikilmişdir. Onun əsas ekspozisiyalarını o zaman Belçikanın koloniyası olan Konqodan eksponatları təqdim edirdilər. Ancaq muzeyin tədqiqatı sferası Belçika koloniyalarından da kənara çıxır, Afrikanın Şərqi), Mərkəzi və Qərb hissələrini əhatə edir.
Ayla Erduran
Ayla Erduran (22 sentyabr 1934, İstanbul) — Türk skripkaçı. == Haqqında == Karl Bergerin tələbəsi olan Ayla Erduran 10 yaşındaykən ilk konsertini səsləndirdi. 1946-cı ildən 1951-ci ilə qədər Paris Beynəlxalq Konservatoriyasında Benedetti və Benvenutidən təhsil almağa başladı. Məzun olduqdan sonra da 1995-ci ilə qədər ABŞ-də qaldı. Bu müddətdə İvan Qalamian və Zino Francescatti ilə birlikdə oxudu. 1957-ci ildən 1958-ci ilə qədər o, Moskva Konservatoriyasında David Oystraxın nəzarəti altında təhsil aldı. Erduran 1973-cü ildən 1990-cı ilə qədər İsveçrədə skripka müəllimliyi etdi. O, 1971-ci ildə dövlət sənətçisi adını aldı. O, həmçinin Ankarada Sevda Cenap Və Musiqi Fondundan (SCVMF) qızıl medal almışdır. Bir tərəfdən konsertlərlə karyerasını davam etdirərkən, digər tərəfdən 1973-cü ildən 1990-cı illərə qədər İsveçrədəki Conservatoire Populaire'də və Lozan Konservatoriyasında ustalıq sinfində müəllimlik edib.