Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seolitlər
Seolitlər mikorməsaməli alümosilikat minerallar olub kommersial adsorbentlər və katalizlər kimi istifadə olunur. Seolit termini 1756-cı ildə İsveç mineroloqu Aleks Fredik Kronstedt tərəfindən ixtira olunub. Seolit yunan dilindən ζέω (zéō), mənası yandırmaq və λίθος (líthos), mənası daş deməkdir. == Kimyəvi tərkibi == Seolitlər sulu alümosiliktlar olub, tərkibində Ca və Na, bəzən isə Ba və K, nadir hallarda isə Sr, Mg və Mn iştirak edir. Kationların miqdarına görə seolitlər bir-birindən fərqlənir. Seolitlərin ümumi kimyəvi formulu (Na2K2, Ca, Ba) [(Al, Si)O2]n•H2O. Seolitlərin kristallik şəbəkələri alüminium-silisium-oksigen tetraedrlərinin karkaslarından ibarət olub, başqa karkas quruluşlarından boşluğu molekulyar su (seolit suyu) ilə dolmuş daha geniş kanalların olması ilə fərqlənir. Ona görə də ehtiyatla qızdırdıqda kristalın strukturu pozulmadan su çıxa bilir, sonra isə yenə də su öz yerini tutur. Bu halda kristalın eynicinsliliyi saxlanılmasa da, onun optiki xüsusiyyəti dəyişir. Seolit qrupunun mineralları müxtəlif dərəcədə öyrənilmişdir. A. Q. Betextin şərti olaraq seolitləri 3 qrupa bölmüşdür: şabazit (şabazit, levinit, lomantit və b.); natrolit-tomsonit (natrolit, skolesit, tomsonit və b.); heylandit və fillipsit (heylandit, fillipsit, desmin və b.).
Geofitlər
Geofitlər - qışlamanı, yaxud uzunmüddətli quraqlığa davamlığı təmin edən orqanları və bərpa tumurcuqları həyat formalarından ibarətdir. Əlverişsiz şəraitdə dözə biləcək geofitlər torpaqla, soyuq qışda isə məhv olmuş yerüstü orqanlar və qarla mühafizə olunur. Geofitlərə bir çox soğanaqlı (zanbaqkimilər), kökümsovlu (bir çox taxıllar, cil) və köküyumrulu bitkilər (kartof, batat) aiddir.
Hiolitlər
Hiolitlər (Hyolitha) - ikitərəfli — simmetrik, iki hissədən ibarət karbonat qabıqları olan fossil orqanizmlər. Qabıq konusvari əsas hissədən (qarın tərəfi yastılaşmış və bel qabarmış) və konusun ağız hissəni örtən qapaqdan ibarətdir. Hiolitlər halqəvi qurdlara, molluskalara (qanadayaqlı qastropaodlar, başıayaqlılar) aid edilir. Bəzən sərbəst heyvan tipi kimi ayrılır. Kembriy — perm. == Həmçinin bax == Molluskalar Başıayaqlılar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Oolitlər
Oolitlər — mərkəzi nüvənin ətrafında konsentrik-təbəqəli, bəzən radial-şüalı quruluşlu kürəvi və ya ellipsodial kalsium karbonat, Fe və Mn oksidləri, leptoxlorid əmələgəlmələri. Nüvə qum hissəcikləri, molluska qabıqlarının qırıntılarından ibarət ola bilər. Oolitlər çöküntüəmələgəlmə prosesində (suda asılı halda), diagenezdə, habelə çöküntülərin dəyişilmə prosesinin digər mərhələlərində də əmələ gəlirlər. Oolit quruluşu oolit və sementləyici maddədən ibarət olan süxur quruluşu. Karbonat (dolomit və əhəngdaşı) süxurlarda geniş yayılmışdır, bəzən silisiumlu süxurlarda, bəzi çökmə filizlərdə (dəmir və boksit) müşahidə olunur. Silisiumlu süxularda olan oolitlər gizli kristallik və ya aydın kristallik xalsedonla sementləşir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Zəlilər
Zəlilər və ya Sülüklər (lat. Hirudinea)— Həlqəvi qurdlar (lat. Annelida) tipinə, Kəmərlilər (lat. Clitellata) yarım tipinə aid olan heyvan sinfi. Onlar bu tipin mühüm siniflərindən biri olan Azqıllı qurdların (lat. Oligochaeta) kəskin dəyişilmiş nəsli və ya onun bir şaxəsi hesab olunurlar. == Ümumi xarakteristika == Azqıllı qurdlar sinfinin xarakterik əlaməti hesab olunan seyrək "qıl" örtüyü bunların ən primitiv qədim nümayəndələrində az da olsa rast gəlinir. Bədən seqmentlidir və ya ayrı –ayrı həlqələrdən (tipə xas olan əlamət) ibarətdir. Azqıllı qurdlardan fərqli olaraq bunlarda iki cür seqmentləşmə ayır edilir: xarici (və ya yalançı) və daxili (və ya əsl) seqmentləşmə. Azqıllı qurdlardan fərqli olaraq bütün zəlilərdə əsl seqmentlərin sayı sabitdir – ibtidai zəlilərdə (lat.
Qıllı zəlilər
Qıllı zəlilər (lat. Acanyhobdellıda) — Zəli sinfinə aid dəstə == Haqqında == Bu dəstənin Acanyhobdellıda fəsiləsindən olan ancaq bir nümayəndəsi var Qıllı zəli (Acanthobdella peledina) növünün bədəni 30 buğumdan ibarət olub, ön sormacı yoxdur. Bədənin ön tərəfindəki 5 buğum hər tərəfdən iki cüt qıllara malikdir. Qıllı zəli pirimitiv quruluşlu qədim forma olub, ikinci bədən boşluğuna və qan-damar sisteminə malikdir. Bu növ Fillandiya göllərində, Oneqa göllərində, Yenisey çayında və Kola yarımadasında müxtəlif su hövzələrində rast gəlinir. Qıllı zəlilər qızılbalıqlarda parazitlik edirlər. == Mənbə == B.İ.Ağayev, Z.A.Zeynalova. Onurğasızlar zoologiyası.
Xortumlu zəlilər
Xortumlu zəlilər — (lat. Rhynchobdellıda ) Zəli sinfinə aid dəstə == Haqqında == Bu dəstəyə kiçik və orta ölçülü zəlilər aid olub, bədənlərinin uzunluğu 5-30 mm, bəzən də 50-75 mm-ə çatır. Bütün növləri udlağın xortumuna çevrilməsi ilə xarakterizə olunur. Çinədan və bağırsağında metamer yerləşən yan cibciklər vardır. Spermatofor vasitəsilə mayalanırlar. Spermatofor dişi fərdin hər hansı bir nahiyəsinə, əsasən cinsi dəliyinə yapışdırılır. Dəstənin xarakterik nümayəndələrində biri müxtəlif balıqlarda parazit edən balıq zəlisidir. Balıq zəlisi şirin sularda geniş yayılmışdır. Bəzən sahibini tərk edərək, bitkilərin üzərində yaşayırlar. Baramalarını bitkilərin və hər hansı bir substratın üzərinə yapışdırırlar.
Çənəli zəlilər
Çənəli zəlilər (lat. GNATHOBDELLIDA) Zəli sinfinə aid dəstə. == Haqqında == Əksər zəlilər ağız boşluğunda çənələr inkişaf etmişdir. Çənələr üç ədəd olub, mişar kimidir. Mayalanmaları spermatoforlar vasitəsilədir. Tibb zəlisində cütləşmə orqanı vardır. Dəstənin Hirudinidae fəsiləsində olan növləri geniş yayılmışdır. Bu zəlilər yaxşı üzmək qabiliyyətinə malik olub, yumurtalarını torpağa qoyurlar. Fesilənin xarakterik nümayəndələrindən biri at zəlisidir (Limnatis nilotica). At zəlisinin uzunluğu 8–10 sm, eni l-1,5 sm-dir.