Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etatizm
Etatizm (fr. etat – dövlət) — fransızca "eta" sözündən yaranan dövlət mənasını ifadə edən anlayış siyasi-iqtisadi müstəvidə "dövlətçilik" anlamı. == Ümumi məlumat == Fransızca "eta" sözündən yaranan, "etatizm" dövlət mənasını ifadə etməklə siyasi-iqtisadi müstəvidə "dövlətçilik" anlamı kimi, tətbiqini tapır. Termin olaraq XIX əsrin sonunda isveç burjua liberalı Nyuma Dro tərəfindən ədəbiyyata gətirilmişdir. İlk başlanğıcda dövlət mərkəziyyətçiliyi prinsipi mənasında, sonradan, imperializm dövründə burjua dövlətinin iqtisadi funksiyalarının güclənməsi ilə əlaqədar olaraq kapitalist ölkələrinin təsərrüfatının inkişafında dövlətin iqtisadi siyasətinin rolunu səciyyələndirən istilah kimi istifadə olunmuşdur. == Mənbə == Исмаилов Б.И., Газиев К.Ж. Политико – правовые доктрины эпохи глобализации: Монография. — Т.: ТГЮИ. — 2013. −213 с.
Etanizm
Erməni neopaqanizmi (erm. Նոր հայկական հեթանոսություն) və ya etanizm (erm. Հեթանոսութիւն) — Ermənistanda məqsədi ermənilərin qədim etnik dinini yenidən dirçəltmək olan neopaqan hərəkatları toplusu. Etanizmin davamçıları özlərini "etanos" (erm. հեթանոս) adlandırırlar. == Tarixi == Erməni neopaqanizminin tarixi XX əsrin əvvəllərində filosof və hərbi-siyasi xadim Qaregin Njdenin "Tsağakron" (milli din) adlı əsərinin nəşri ilə əlaqədar başlamışdır. Bu inanclar 1991-ci ildə SSRİ-nin süqutundan dərhal sonra rəsmi forma almışdır. Ölkədə milliyətçiliyin yüksəlişindən sonra Slak Kakosyan "Arordineri Uxt" təşkilatını təsis etmişdir. Aşot Navasardyan da daxil olmaqla, Ermənistanın hakim Respublika Partiyasının yaradıcılarından bəziləri etanizmi dəstəkləmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Konrad Siekierski, Yulia Antonyan.