Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Namiq Kamal zindanı
Namiq Kamal zindanı (türk. Namık Kemal Zindanı) — Kiprin Famaqusta şəhərində 1873–1876-cı illərdə Türkiyə yazıçısı Namiq Kamalın iqamətgahı olması ilə tanınan tarixi bina. Binanın yeri əvvəlcə Venesiya sarayının bir hissəsi idi, lakin bina indiki formada Osmanlı dövründə tikilmişdir. Bina iki mərtəbəlidir, aşağı mərtəbəsi Osmanlıdan əvvəlki memarlıq nümunəsi, yuxarı mərtəbəsi isə Osmanlı üslubundadır. Arxeoloq Tuncər Bağışqan Osmanlıdan əvvəlki üslubu Luzinyanlar dövrünə aid olduğunu müəyyən etmişdir. Bina "L" formasında olub, aşağı mərtəbəsi yonma daşdan, yuxarı mərtəbəsi isə Bağdadi texnikası ilə tikilmişdir.
Süleyman Zindanı dağı
Süleyman Zindanı dağı, Taxti Süleymandan 3 km qərbdə yerləşən bir içi boş konus formalı dağın adıdır. Bu dağ minlərlə il əvvəl göldə su minerallarının çökməsi səbəbindən yaranmışdır. Çevrəyə görə bu dağın hündürlüyü 97 yada 107 metr, üstündən təxminən 80 metr dərin bir çuxur, dağın üstdə açılış diametri təqribən 65 metrdir. Bu dağ Mannalar dövründə e.ə. 830–660-cı illərdə İbadət yeri olmuşdur. Süleyman Zindanı dağı yerdən 100 metr yüksəklikdəki bir təpədir. Sasanilər dövründə Zərdüştilik keşişlərin qurban və ibadət yeri olmuşdur və ətrafındakı tikililərin qalıqları bu müqəddəs məkanın əhəmiyyətini göstərir. Yəqin ki, iki min il əvvəl bu gün boş olan və təpənin ağzında yerləşən konus su ilə doluydu və konusun ətrafındakı əsərlərin qalıqları bu ağızın və içərisindəki gölün suyunun yararsız olduğunu göstərir; Ancaq zaman keçdikcə çöküntülərin nəticəsində nəticəsində 100 metr dərinlikdə yerləşən göldəki çatlar bağlandı və konus qurudu. Yerli əhali bu dağı Süleyman Zindanı və ya Dev Zindanı olaraq tanıyır və inanırlar ki, Süleyman bu dağda onun əmrinə tabe olmayan devləri həbs edir. Bu dağın adı yerli inamdan alınmışdır.
Zindan
Zindan — Orta əsrlərdə məhkumların saxlanılması üçün nəzərdə tutulmuş yerlər. Zindanlar adətən qəsrlərin zirzəmilərində yerləşirdi. Zindanlarda verilən işgəncələr barədə İntibah dövrü mənbələrində geniş məlumatlar mövcuddur.
Zindan-Muruq
Zindanmuruq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Zindanmuruq bələdiyyəsinin mərkəzi. Zindan-Muruq oyk., miir. Qusar rayonunun eyniadlı i.ə.v.-də kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Qusarçayın sağ sahilində, Qızılqaya platosunun (Böyük Qafqaz) yamacmdadır. Əsl adı Sindanmuruqdur. Dağıstanın cənubunda erkən orta əsrlərə aid Sindan (Şindan) qalasının adından və Muruq kəndinin adından yaranmışdır. Talış zonasında da Şindan qalası var. Qalanın adı ilk dəfə VII əsr hadisələri ilə əlaqədar çəkilir. Oykonim "Sindan yaxınlığındakı Muruq kəndi" mənasmdadır.
Zindan (alət)
Zindan və ya qədim qıpçaq türkcəsində Örs — əl ilə sərbəst döymədə pəstah üçün dayaq kimi işlədilən stasionar dəmirçi aləti. Zindanın işlək səthi pardaqlanmış ağır polad tökmə hissədən ibarətdir. Tökmə adətən kötük oturacağa bərkidilir. Cihazqayırmada və saat istehsalında masaya bərkidilmiş kiçik zindanlardan istifadə edilir.
Zindan qalası
Zindan qalası və ya Dairəvi qala — XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsi. Dairəvi qala və ona bənzəyən ikinci tikili Lənkəran mayakıdır. Bu iki tikili Lənkəran qala sisteminin cənub və şimal dayaq məntəqələri olublar. Rus işğalından sonra isə Lənkəran qalası dağıdılmış və qalanın dayaq məntəqləri də bir birindən aralı qalmışdır. 1869-cu ildə şimal dayaq məntəqəsi olan qalanın başına fanar quraşdırılır və binadan mayak kimi istifadə edilməyə başlanılır. Hazırda həmin mayak Xəzər Dəniz Gəmiçiliyinin tabeliyindədir. Cənub dayaq məntəqəsi olan Zindan qala isə 1869-cu ildən 1959-cu ildə qədər, həbsxana kimi istifadə olunub. Burada hətta 1903–1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də cəza çəkib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu qala memarlıq abidələri siyahısına daxil edilərək dövlət tərəfindən mühafizə olunur. Dairəvi qala Lənkəran qalası ilə eyni vaxtda XVIII əsrdə inşa edilib.
Zindan sümükcüyu
Zindan sümükcüyü (lat. Incus, incudis f.) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Bu sümük ilk dəfə italyan anatomu Alessandro Akillini tərəfindən təsvir edilmişdir. Zindan sümüyü çəkic sümükcüyünün zərbələrindən alınan səs dalğalarını üzəngi sümükcüyünə ötürmüş olur. Bu sümük ancaq məməli heyvanlarda mövcuddur. Zindan sümüyünün cismi-lat. corpus incudis və bir-birindən uzaqlaşan qısa-lat. crus breve və uzun ayaqcığı-lat. crus longum vardır. Uzun ayaqcığının ucunda mərciyəbənzər çlxlntı-lat.
Çoxistifadəçili zindan
Çox istifadəçili zindan (MUD /mʌd/; ing. Multi-User Dungeon, rus. многопользовательский мир) — İnternet üzərindən mətn mesajları vasitəsilə oynanan fantastik rollu kompüter oyunlarının ümumi adı. Tipik MUD oyununda elflər, əjdahalar və bənzəri əfsanəvi varlıqlarla yanaşı savaşçılar, oğrular və maqlar kimi insani xarakterlər də mövcud olur. Oyunçular virtual dünya ilə uzaq serverə komanda sətrli interfeys vasitəsilə göndərilən mətn komandalarının köməyilə qarşılıqlı əlaqədə olurlar. Cavabında onlara otaqların, əşyaların, hadisələrin, başqa oyunçuların personajlarının, virtual aləmin cürbəcür başqa elementlərinin təsviri göndərilir. Oyunçular, adətən, adi danışıq dilində ünsiyyətdə olurlar. Son illər İnternet üzərindən oynanan qrafik dəstəkli proqramların inkişafı və İnternet bağlantı sürətlərinin artması ilə əlaqədar olaraq MUD oyunları, demək olar ki, sıradan çıxmışdır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Zindan adası (film, 2010)
Zindan Adası (ing. Shutter İsland) — Dennis Liheynin eyni adlı romanı əsasında çəkilmiş, Martin Skorsezenin rejissoru olduğu psixoloji triller filmi. Martin Skorseze və Leonardo DiKaprio, bu filmlə birlikdə 4-cü dəfə əməkdaşlıq edirlər. (Əvvəlki filmləri: Nyu-Yorkun bandaları (2002), Aviator (2004) və Dönüklər (2006). Leonardo DiKaprio xəstələrdən birinin itkin düşməsindən sonra Zindan Adasındakı psixiatriya xəstəxanasını araşdıran, federal hüquq-mühafizə orqanı olan ABŞ Marşal Xidmətində işləyən Eduard "Teddi" Danielz rolunu oynayır. Filmin premyerası 13 fevral 2010-cu il tarixində, 60-cı Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur. Film klassik musiqidən istifadə olunan saundtrek ilə də diqqət çəkir. IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur. 1954-cü ildə ABŞ Marşal Xidməti nümayəndəsi Eduard "Teddi" Danielz və yeni həmkarı Çak Ol Boston Limanındakı Qala adasında yerləşən, Amerikanın ən təhlükəli ağıl xəstələrinin saxlanıldığı "Ashecliffe" Xəstəxanasına gedirlər. Onlar üç uşağını boğaraq öldürdüyü üçün buraya həbs edilən ağıl xəstəsi Reyçel Solandonun itkin düşməsini araşdırırlar.
Çox istifadəçili zindan (İnformatika)
Çox istifadəçili zindan (MUD /mʌd/; ing. Multi-User Dungeon, rus. многопользовательский мир) — İnternet üzərindən mətn mesajları vasitəsilə oynanan fantastik rollu kompüter oyunlarının ümumi adı. Tipik MUD oyununda elflər, əjdahalar və bənzəri əfsanəvi varlıqlarla yanaşı savaşçılar, oğrular və maqlar kimi insani xarakterlər də mövcud olur. Oyunçular virtual dünya ilə uzaq serverə komanda sətrli interfeys vasitəsilə göndərilən mətn komandalarının köməyilə qarşılıqlı əlaqədə olurlar. Cavabında onlara otaqların, əşyaların, hadisələrin, başqa oyunçuların personajlarının, virtual aləmin cürbəcür başqa elementlərinin təsviri göndərilir. Oyunçular, adətən, adi danışıq dilində ünsiyyətdə olurlar. Son illər İnternet üzərindən oynanan qrafik dəstəkli proqramların inkişafı və İnternet bağlantı sürətlərinin artması ilə əlaqədar olaraq MUD oyunları, demək olar ki, sıradan çıxmışdır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
ARY Zindagi
ARY Zindagi — "ARY Digital Network" şirkətinin sahibləndiyi Pakistan özəl əyləncə telekanalı. Telekanal Hindistan, Pakistan və Türkiyə proqramlarını yayımlayır. ARY Zindagi ilk dəfə AsiaSat 3S 105.5 Degree East peyki ilə sınaq testi olaraq 5 aprel 2014-cü ildə yayımlanmışdır. Telekanal əsas yayımına 11 aprel 2014-cü ildə başlamışdır. Telekanal "ARY Zauq" telekanalının əvəzinə yaradılmışdır.
Atatürkün dini inancı
Müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün dini inancı ilə bağlı bir mübahisə var. Dini inancı, onun ifadələri ilə prezidentlik dövründəki ictimai və siyasi tətbiqləri əsas alınaraq fərqli formalarda şərh olunmaqdadır. Bəzi araşdırmaçılar onun dinə bağlı ifadələrinin dövri olduğunu vurğulamaqda və bu mövzu ilə əlaqəli müsbət görüşlərinin 1920-ci illərin başları ilə məhdud olduğunu bildirirlər. Bəzi türk mənbələri iddia edir ki, o dindar bir müsəlman idi. Bununla birlikdə, digər mənbələrə görə Atatürkün özü ümumiyyətlə din əleyhdarı və anti-islamçı olan bir aqnostik, yəni doktrinyor olmayan deist və ya ateist idi. Mənbələr, Atatürkün dini skeptik və azadfikirli olduğunu ortaya qoyur. 1933-cü ildə ABŞ səfiri Çarlz H. Şerill onunla görüşdü. Müsahibədə Atatürk ümumiyyətlə aqnostik olduğuna dair qəbul edilmiş inancı rədd etdi, ancaq dininin yalnız kainatın ixtiraçısı və hakimi tək Allaha inanmaq olduğunu söylədi. O, həmçinin hesab edir ki, bəşəriyyətin belə bir Allaha inanması lazımdır. Bundan əlavə, dua ilə Allaha səslənməyin insanlıq üçün yaxşı olduğunu söylədi.
Tanrı inancı (Bartolini)
"Tanrı inancı" (it. La Fiducia in Dio) - neoklassik üslubda işləmiş italyan heykəltəraşı Lorenzo Bartolininin ən məşhur əsərlərindən biridir. Ağ mərmərdən yonulmuş əsərin üç əsas nüsxəsi vardır ki, onlar da Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində, Sankt-Peterburqdakı Ermitajda və Milandakı Muzey Poldi-Pezzolidə saxlanılır. Əsər Can Cakomonun anası Roza Trivulzio Poldi Pezzoli tərəfindən sifariş edilmişdir. 1833-cü ildə həyat yoldaşını itirdikdən sonra dul Roza Bartolinidən, onun inancını əks etdirən, ev üçün təsəlliverici bir heykəl işləməsini xahiş etmişdir. Bartolini tənha qadının hisslərini oturaraq əllərini dizlərinin üstündə birləşdirmiş çılpaq qadın fiqurunda təcəssüm etdirmişdir. Etik və dini dəyərlərin təsviri olan heykəlin hazırlanmasında sənətkarın nümayiş etdirdiyi nəfis mərmər işləmə bacarığı heykəlin böyük uğur qazanmasına səbəb olmuş və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Sifarişçiyə təslim edilməmişdən əvvəl heykəl Florensiya, Parma və 1837-ci ildə Milanda Brera Akademiyasında sərgilənmişdir. Əsərdə diz çökərək oturmuş orta yaşlı çılpaq qadın təsvir edilmişdir. Orta çəkili bədən quruluşuna malik olan qadın əllərini dizinin üstündə birləşdirmişdir.
Qatilin inancı: Mənşə (film, 2009)
Assasinin kredosu: Mənşə (ing. Assassin’s Creed: Lineage) — Qatilin İnancı II videooyunu əsasında çəkilmiş üç qısa bölümdən ibarət bir filmdir. Film Ubisoft tərəfindən çəkilmişdir. Və birinci bölümü də 26 oktyabr 2009-cu ildə YouTube-də çıxmışdır. Filmin məqsədi videooyun üçün həvəs yaratmaq idi, bununla bərabər, həm də o, Ubisoft-un film sahəsinə girməsində ilk addım oldu. Filmi kanadalı rejissor İv Simono yönəltmişdir. Filmdəki əhvalat Qatilin İnancı II oyunundakı əhvalatın başlanğıcıdır. Diqqətlər videooyunun baş qəhrəmanı Ezio Auditore da Firenze-nin atası Covanni Auditore-nin üzərində cəmləşir. Covanni XV əsr intibah dövrundə İtaliyada yaşayan bir Qatildir. Yeni bir çağın başlanğıcında satqın bir ailə tərəfindən birləşmiş vahid İtaliyanı dağıtmaq üçün İtaliyanın güclü ailələrindən olan Medisi ailəsinə qarşı sui-qəsd qurulur.
Mustafa Kamal Atatürkün dini inancı