Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikayıl Rəhimov (zootexnik)
Rəhimov Mikayıl İsmayıl oğlu (26 sentyabr 1930, Tumaslı, Naxçıvan MSSR – 31 oktyabr 2004) – zootexnik. Kənd təsərrüfatı elmləri doktoru (1985), professor (1986), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının (1991) müxbir üzvü. SSRİ Dövlət mükafatı laureatı (1985). == Həyatı == 1930-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olmuşdur. 1937-ci ildə valideynləri ilə birlikdə Qazaxıstana sürgün edilmişdi. Perm Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakültəsini (1958) və həmin institutun aspiranturasını (1964) bitirmişdir. 1978-ci ilədək Rusiyanın ali məktəb və elmi idarələrində çalışmış, Tümen Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri, dekan, Sibir Elmi-Tədqiqat Layihə-Texnoloji Heyvandarlıq İnstitutunda şöbə müdiri işləmişdir. 1987-ci ildən F. Ə. Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun direktorudur. Heyvandarlıq məhsulları istehsalının texnologiyasının hazırlanmasına və tətbiqinə dair tədqiqatların, 3 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir.
Zootexnika
Zootexnika — Heyvanşünaslıq heyvanlar və ya evdə saxlanılan heyvanların, o cümlədən emal, yetişdirmə və saxlama şəraitini öyrənən elmdir . Genetika, çoxalma (heyvandarlıq), qidalanma , heyvanların rifahı, sağlamlıq (profilaktik tibb) və iqtisadiyyat sahələri ilə sıx əlaqəlidir.