Tualet Tarixi Muzeyi
Tualet Tarixi Muzeyi (ukr. Музей історії туалету) – Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən muzey. Muzey tualet mədəniyyətinin tarixinə həsr olunub. 5 sentyabr 2007-ci ildə açılıb.
Muzeydə 5000 il əvvələ aid olan tualet nümunələri, Leonardo da Vinçi tərəfindən ixtira olunmuş tualet, 580 digər eksponatı görmək mümkündür. Kolleksiyaya şüşə, taxta, plastik, metal, badam xəmirindən hazırlanmış suvenirlər daxildir. Muzey dünyada ən böyük tualet suvenirləri kolleksiyasına malik olduğuna görə Ginnesin Rekordlar Kitabına düşüb.